Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv

06 okt 2017, 17:50   
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv

Rusiya Ali Məhkəməsi deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı keçən iş üzrə qərar verib. AzEuroNews.com-un məlumatına görə, məhkəmə deputat oğlunun şəriki və yaxın ailə dostu, İnterpol xətti ilə axtarışda olmuş Elnur Rauf oğlu İbrahimovun Azərbaycana ekstradisiya edilməsi haqda yekun qərar çıxarıb.

Məsələnin mahiyyəti budur ki, H.Axundov və E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb. Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb.

Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra -9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən qaçırılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci(etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istntaq yerində sayır.

Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin o, digər zərərçəkənlər kimi E.İbrahimovun ölkəyə ekstradisiya olunması üçün hər hansı bir addım atmır. Özü və anası E.Axundova digər zərərçəkənləri müxtəlif iddialarla məhkəməyə veriblər.

Zərərçəkənlərin israrlı tələblərindən sonra E.İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskava şəhərində həbs olunub. Onun İnterpol xətti ilə axtarışa verilməsi üçün iş üzrə zərərçəkən kimi tanınan vətəndaşlar 2 il aidiyyatı dövlət qurumlarına ardıcıl müraciətlər ediblər. H.Axundov isə belə bir təşəbbüsdə bulunmayıb.

Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar. H.Axundov xaric digər zərərçəkənlər E.İbrahimovun həbsi, sonradan Azərbaycana ekstradisiyası üçün çalışırlar. H.Axundov isə heç nə olmamış kimi davranır. Zərərçəkənlər düşünürlər ki, E.İbrahimovu görünməyən gizli qüvvələr himayə edir. Fikirlərini belə əsaslandırırlar ki, onlarla adama qarşı milyonlarla manat dələduzluq edən bu şəxsi həbs etdirmək üçün illərlə polis, prokurorluq orqanlarında döymədikləri qapı qalmayıb. Atası Bakı Metrpolitenində elektrik, anası isə orta məktəb müəlliməsi işləyən birinin bu qədər şəxslərə qarşı külli miqdarda pul “ataraq” əlini qolunu sallayaraq gəzməsi işdə güclü qüvvələrin maraqlı olmasını ortaya qoyur. Zərərçəkənlər deyirlər ki, Elmira Axundovanın oğlu Həbib Axundov bu istiqamətdə heç bir iş görmür, əksinə anası ilə birlikdə onları məhkəmələrə verərək yüksək məbləğlərlə cərimə, həbs etdirməyə çalışır .Belə də maraqlı situasiya yaranır – zərərçəkənlər həbs olunandan sonra onların Həbib Axundovun şəriklik etdiyi piramidaya qoyduğu pullar kimə qalacaq?

Formal olaraq iş materiallarına görə, Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki Elnur İbrahimov pulları götürüb və qaçıb. Bəs reallıqda belədirmi?

Elmira Axundova sözdə Elnur İbrahimovun beynəlxalq axtarışda olduğunu deyir, amma dediklərinin doğru olmadığını söyləyənlərə məhkəmə davası açır. Niyə? Məqsədi nədir?

Məsələni bu şəkildə qoymaqla xanım deputat oğlunun şərikinin axtarılmaması məqsədi güdmür ki? Pullar həqiqətənmi ölkədən qaçaq düşən Həbib Axundovun şəriki Elnur İbrahimovdadır?

Bu suala cavab tapmaq üçün bir müddət əvvəl iş üzrə zərərçəkənlərin Elmira Axundovanın həmkarlarına müraciətinə diqqət edək.

“Onlarla insanı aldadıb həyatlarını zəhərə döndərən yeganə oğlu Həbib Axundovu cəmiyyət üçün xeyirli övlad kimi yetişdirə bilməyən Elmira Axundovanın müxtəlif televiziya kanallarında gənclərə öyüd-nəsihət verməsi, problemə düçar olmuş şəxslərə yol göstərməsi və bəzən də şou üçün göz yaşları axıtması insanda ikrah hissi yaradır. Aldadılmış insanlar çarəsiz durumda və ümidsiz olaraq çıxış yolları axtardıqları halda, Həbib Axundov Londonda, Dubayda, Antalyada və dünyanın müxtəlif şəhərlərində kef məclisləri qurur, dövlət nömrə nişanları 111-lə bitən 5-6 ədəd bahalı (”Porshe”, “Jip-Wrangler”) avtomaşınlar sürür, Port-Baku adlanan bahalı yaşayış kompleksində anasına və özünə məxsus 370 kv.metrlik mənzildə qiyməti milyonlarla manat olan təmir apartdırır, A.Alı küçəsi 45 ünvanında 5 mərtəbəli dəbdəbəli qeyri-yaşayış sahəsinin inşasını tamamlatdırır. Dövlət Gömrük Komitəsində aylıq əmək haqqı 485 manat 46 qəpik təşkil edən bu şəxs hansı vəsait hesabına dəyəri milyonlarla ölçülən bu işləri görə bilir?

Elmira Axundovanın xeyir-duası ilə “fəaliyyət” göstərmiş oğlu Həbib Axundov cəzasızlıq mühitində yaşayacağını zənn edir. Toruna saldığı Elnur İbrahimovu çirkin məqsədləri üçün tam istifadə etdikdən sonra şou düzəldərək onu Gürcüstan Respublikası vasitəsilə Rusiya Federasiyasına yola salan Həbib Axundov bütün cinayətləri ona yönəltməklə sudan quru çıxdığını düşünür. Elmira Axundovanın tutduğu qulluq mövqeyindən sui-istifadə etməklə Müdafiə Nazirliyinin ərzaq, geyim və əşya tenderlərində müxtəlif fiziki və hüquqi şəxsləri müəyyən haqq (şəriklik) müqabilində qalib elan etdirməsi dövləti cinayətdən başqa bir şey deyildir. Elmira Axundova bu cür “işbazlığı” nəticəsində prezidentin daim nəzarətdə saxladığı, həddindən artıq həyati sahə olan Müdafiə Nazirliyində, eləcə də əlillərin və müvəqqəti işsizlərin ümid yeri olan, əhalinin aztəminatlı hissəsinin sosial problemlərinin həlli ilə məşğul olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də davam etdirməsi nəticəsində dövlət büdcəsinin 100 minlərlə manat vəsaiti talan edilmiş və şəxsi ciblərə getmişdir.

Deputat Elmira Axundova

İxtisasca jurnalist olan Elmira Axundovanın aylıq qazancı şəxsi “Audi-Q7″ markalı avtomaşını almağa, sürücü saxlamağa, gəlininə 28 iyul 2015-ci tarixdə ”Toyota-Prado” (2015-ci ilin buraxılışı) markalı avtomaşın almağa, ona da sürücü saxlamağa, Qəbələdə iki mərtəbəli, mansarlı dəbdəbəli villa tikdirməyə, Şüvəlanda möhtəşəm villa almağa, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi 72 ünvanında 6 mərtəbəli qeyri-yaşayış sahəsi inşa etdirməyə, oğlunun dəyəri yüz minlərlə manat ölçülən bahalı maşınlarının “kreditlərini” ödəməyə, “Favorit” marketlər şəbəkəsini saxlamağa necə kifayət edir?

Bu suallara cavabın Axundovların əsil üzünü cəmiyyətə açacağına tam əminik. Xahiş edirik müraciətimizə münasibət bildirəsiniz”.

Maraqlı məqamlardan biri də budur ki, maliyyə piramidası dağılandan sonra Elmira Axundovanın oğlu Həbib Axundovdan savayı bütün zərərçəkənlərin maliyyə durumu kəskin şəkildə pisləşib. Deputat oğlunun isə əksinə, var-dövləti birə 10, hətta daha çoxartıb.

Sual olunur – nəyin və ya kimin parası hesabına?

Redaksiyadan: Mövzu ilə bağlı yazıda adı çəkilən şəxslərin də mövqeyini öyrənib dərc etməyə hazırıq…
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv
Rusiya Ali Məhkəməsi Elmira Axundovanın oğlunun şəriki haqda qərar verdi-Eksküliziv