Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

lham Əliyev: “O günlər bizim yaddaşımızdan silinməyəcək”

29 sen 2017, 16:20   
lham Əliyev: “O günlər bizim yaddaşımızdan silinməyəcək”

“Bu gün biz Milli Olimpiya Komitəsinin 25 illiyini qeyd edirik. Bugünkü mərasimdə Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri, xarici qonaqlar iştirak edirlər. Fürsətdən istifadə edərək, bugünkü mərasimdə iştirak etmək üçün ölkəmizə gəlmiş Avropa Olimpiya Komitələrinin nümayəndələrini xüsusi salamlayıram. Azərbaycan Avropa Olimpiya Komitələrinin fəal üzvüdür. Bugünkü mərasimdə Avropa Olimpiya Komitələrinin rəhbərliyinin iştirakı əlbəttə ki, bizi çox sevindirir. Onu da qeyd etməliyəm ki, bu gün Bakıda Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin toplantısı, eyni zamanda, Milli Olimpiya komitələrinin forumu keçirilir”.

Altun.az-ın məlumatına görə, bunu Azərbaycanın dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir:

“Azərbaycan dünyada idman dövləti kimi tanınır. İdman Azərbaycanda dövlət siyasətidir. Dövlət bu istiqamətdə öz siyasətini apararkən idmanın hərtərəfli inkişafına nail ola bilmişdir. Qeyd etməliyəm ki, bütün müvafiq qurumlar, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, idman cəmiyyətləri, federasiyalar, klublar bir məqsədi güdür ki, Azərbaycanda idman daha da inkişaf etsin, idmanın kütləviliyi daha da geniş vüsət alsın və idmançılarımız bizi beynəlxalq yarışlarda tez-tez sevindirsinlər. Bax, bu birgə fəaliyyət nəticəsində və idmana cavabdehlik daşıyan bütün qurumlar arasındakı koordinasiya sayəsində Azərbaycan beynəlxalq aləmdə idman sahəsində çox böyük uğurlara imza atmışdır.

Biz əlbəttə ki, ilk növbədə, idmanla məşğul olmaq üçün şərait yaratmalı idik və bu istiqamətdə dövlət investisiyaları hesabına Azərbaycanda bir çox müasir Olimpiya idman qurğuları tikilib istifadəyə verilmişdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-yə yaxın müasir Olimpiya İdman Kompleksi tikilmişdir. Bakıda isə bu gün ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilmiş idman obyektləri əsaslı təmir olundu və eyni zamanda, son illərdə bir neçə böyük stadion, idman zalı inşa edildi. Onların arasında əlbəttə ki, təxminən 70 min tamaşaçı yeri olan Olimpiya Stadionunu qeyd etməliyəm. Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və Bakı Atıcılıq Mərkəzinin tikintisi böyük investisiya tələb edən müasir idman qurğularıdır. Eyni zamanda, Bakıda idman şəhərciyi fəaliyyət göstərir. Bir sözlə, son illər ərzində həm bölgələrdə, həm Bakıda idmanın inkişafına, infrastruktur layihələrinə qoyulan vəsait öz nəticəsini verməkdədir.

Biz əlbəttə ki, idmanda əldə edilmiş nailiyyətlərlə fərəhlənirik. Çünki bizim idmançılarımız ölkəmizi beynəlxalq arenalarda ləyaqətlə təmsil edirlər. Azərbaycan ilk dəfə olaraq müstəqil dövlət kimi 1996-cı ildə Yay Olimpiya Oyunlarında iştirak etmişdir və o vaxt cəmi 1 medal qazanmışdır. Ondan 20 il sonra Rio Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə komanda hesabında Azərbaycan 14-cü yerə layiq görülmüşdür. Bax, bu tərəqqi idmanın inkişafını göstərən ən gözəl amildir. Çünki Olimpiadadan-Olimpiadaya medallarımızın sayı artırdı və 18 medal qazanmaq doğrudan da çox böyük tarixi nailiyyətdir”.

Prezident qeyd edib ki, Azərbaycan idmançıları, eyni zamanda, Avropa və dünya çempionatlarında böyük uğurlar qazanırlar: “Bu il bizim iki idmançımız sərbəst güləş və boks üzrə üçüncü dəfə dünya çempionu olub. Bu da tarixi nailiyyətdir. Bir sözlə, bu gün Azərbaycan o ölkələrdəndir ki, onun çox güclü idman potensialı var. Həm infrastruktur, həm idmançıların hazırlığı, gənc idmançıların hazırlanması - biz bu məsələyə kompleks şəkildə yanaşırıq. Bir daha qeyd etmək istəyirəm ki, bütün müvafiq qurumlar bir nöqtəyə vurur, bir məqsədə qulluq edir və məhz buna görə də biz idmanda bu nailiyyətləri əldə edə bilmişik.

Biz beynəlxalq arenada - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri çərçivəsində də fəal iştirak edirik. Bizim beynəlxalq federasiyalarla da çox yaxşı əlaqələrimiz var. Təsadüfi deyil ki, Azərbaycanda demək olar ildə bir neçə dəfə mötəbər beynəlxalq yarış keçirilir. Bu günlərdə Bakı şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçirilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib. Biz buna öyrəşmişik və bu da əlbəttə ki, həm ölkəmizin potensialını göstərir, həm də beynəlxalq federasiyaların bizə olan inamını əks etdirir. Bu idman tədbirləri arasında mötəbər yarışları bu gün xüsusilə qeyd etmək istərdim. Bakıda iki dəfə Formula-1 yarışı keçirilmişdir. Bu, tamaşaçı auditoriyasına görə Yay Olimpiya Oyunlarından sonra yəqin ki, ikinci idman yarışıdır. Bu yarışların auditoriyası 500 milyon insandır. Bakıda iki dəfə keçirilmiş “Formula-1” yarışı artıq “Formula-1” yarışları arasında özünəlayiq yer tuta bilib. Çünki bu, şəhər yarışıdır və tamaşaçılar üçün, televiziya ilə bu yarışı izləyənlər üçün həm yarış daha maraqlı keçir, eyni zamanda, şəhərimizin gözəlliyi yarım milyard insana təqdim olunur”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda dünya, Avropa çempionatları keçirilir: “Əlbəttə ki, mən 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etməliyəm. Bu qərarı qəbul edən Avropa Olimpiya Komitələrinin rəhbərlərinə və üzvlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. O vaxt bu qərarın qəbul edilməsi bizə imkan verdi ki, bu Oyunları keçirək, öz imkanlarımızı göstərək və beləliklə, Avropa Oyunlarına start verək. Bilirsiniz ki, hazırlıq üçün bizim cəmi 2 il yarım vaxtımız var idi və deyə bilərəm ki, bu Oyunlar qısa müddət ərzində Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Bakıda bu Oyunlarda 50 ölkə, 5 mindən çox idmançı, nümayəndə heyətlərinin minlərlə üzvü, qonaqlar iştirak ediblər. Onu da qeyd etməliyəm ki, Azərbaycan bu Oyunlarda çox yaxşı nəticələr göstərmişdir, komanda hesabında idmançılarımız ikinci yerə layiq görülmüşlər. Bu Oyunlar bizim hamımızın xatirindədir, bu, gözəl bir idman və dostluq bayramı idi. O günlərdə yaşanan ab-hava əminəm ki, bundan sonra da bizim yaddaşımızdan silinməyəcək. Bu gözəl təcrübəni əldə edərək, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirib. Bu Oyunlarda 54 ölkə, 3 mindən bir qədər çox idmançı iştirak etmişdir. Bu Oyunlarda da Azərbaycan idmançıları öz güclərini göstərərək bu dəfə komanda hesabında, 54 ölkə arasında birinci yeri tuta bilmişlər. Bu Oyunlar da çox böyük müvəffəqiyyətlə keçdi. Həm Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılar və qonaqlar əminəm ki, öz vətənlərinə ən xoş təəssüratlarla qayıtmışlar.

Bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir. Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir. Siz bilirsiniz ki, Azərbaycan bu istiqamətdə dünya miqyasında çox böyük işlər görür”.
OXŞAR MÖVZULAR