Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Tağı Əhmədovu "satan" öz qardaşı oğlu imiş

13 okt 2016, 00:55   
Tağı Əhmədovu "satan" öz qardaşı oğlu  imiş

Keçmiş MTN-in həbsdə olan generalı Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdan 3 milyon manat (o vaxtkı məzənnə ilə) pulu hədə-qorxu, təhdid və şantaj yolu ilə alması barədə yeni təfərrüat yayılıb.

Altun.az xəbər verir ki, Virtualaz.org saytı bununla bağlı şahid ifadələrinin əks olunduğu məhkəmə materiallarından istifadə etməklə maraqlı məqamları tirajlayıb.

İddia olunur ki, Tağı Əhmədovun metronun “Koroğlu” stansiyasındakı ticarət mərkəzini işlədən qardaşı oğlunu MTN-də döyərək onun əleyhinə ifadə alıblar...

Çovdarovun adamı nə xəbər gətirmişdi...

Tağı Əhmədov istintaqa ifadəsində göstərir ki, Çovdarov 2014-cü ilin yazında, vəzifədən azad edildikdən sonra onu təhdid etməyə başlayıb. Həmin vaxt MTN-in Rəsul adlı əməkdaşı T.Əhmədova zəng vurub, onunla Bakıdakı Hüseyn Cavid parkında görüşüb.

“Çovdarov deyir ki, nazirliyə səndən çoxlu şikayət daxil olub. Bu şikayətlərin qarşısını almaq və məsələni həll etmək üçün pul vermək lazımdır” - “çekist” Tağı Əhmədova deyib. Ancaq hansı məbləğin tələb olunduğunu bildirməyib.

“Çovdarova çatdır ki, mən heç kimə bir qəpik verən deyiləm” - Tağı Əhmədovun cavabı belə olur.

Daha sonra T.Əhmədov Akif Çovdarovun ondan pul tələb etdiyini çatdırmaq üçün Eldar Mahmudovun iş nömrəsinə zəng vurur, nazirlə danışmaq istədiyini köməkçiyə - Vüqar Mahmudova çatdırır. 5-6 dəfə zəng vurandan sonra nəhayət Vüqar Mahmudov Tağı Əhmədova deyir ki, onun mesajını nazirə çatdırıb. Ancaq nazir bildirib ki, məsələni Akif Çovdarova həvalə edib, qoy Tağı Əhmədov gedib onunla görüşsün.

Bu zaman Tağı Əhmədov əmin olur ki, Çovdarovun ondan pul tələb etməsindən nazirin özü də xəbərdardır, yaxud onlar bu işdə ortaqdırlar.

Bir neçə gün sonra MTN əməkdaşı Rəsul Tağı müəllimi yenə Hüseyn Cavid bağına görüşə çağırıb. Ona çatdırıb ki, Çovdarov Tağı Əhmədovun oğlu, Xətai Məhkəməsində hakim işləyən Rauf Əhmədovu MTN-ə aparmaq istəyir. Həmin ərəfədə bəzi reket saytlarda Rauf Əhmədovun əməlləri barədə yazılar gedirmiş və Tağı Əhmədov başa düşür ki, həmin yazılar da MTN-in sifarişidir.

Rauf özü gəlməsə, başına torba salıb gətirəcəyik

“Çovdarov dedi ki, əgər Rauf özü MTN-ə gəlməsə, başına torba salıb gətirdəcəyik” - MTN əməkdaşı Tağı Əhmədova deyib.

Metropolitenin keçmiş rəisi bu hədədən sonra oğlunun ürəyinin xəstə olduğunu, MTN-ə aparılmasının ona təhlükə yaradacağını nəzərə alıb, pulu verməyə razılaşıb. “Nə qədər istəyir?” - Tağı müəllim Rəsuldan soruşub. “3-5 milyon arasında” - Çovdarovun xəfiyyəsi məbləği deyib.

Tağı Əhmədov uzağı 3 milyon verəcəyini deyib. Daha sonra 3 milyon manatı toplayıb Rəsula zəng vurur ki, məbləğ hazırdır. Məbləğ 1.2 milyon ABŞ dollarından, 1.5 milyon avrodan və 300 min manatdan ibarət olub.

Tağı Əhmədov Çovdarovla üzləşmək istəmir

Rəsul mesajı Çovdarova çatdırıb. Daha sonra Tağı Əhmədova zəng vuraraq Çovdarovun sözlərini deyib:

“General dedi ki, pulu səhər tezdən, 20 saylı orta məktəbin yaxınlığında, Müdafiə Nazirliyinin Ordu İdman Klubunun qarşısında, Parlament prospektinə birləşən küçədə şəxsən ona çatdırmaq lazımdır. Çovdarov səni həmin saatda qara “Cip”də gözləyəcək”.

T.Əhmədov bədheybət general ilə şəxsən üz-üzə gəlmək istəməyib. Bu səbəbdən Rəsula pulu özü yox, oğlu Ruslan və qardaşı oğlu Əlinin çatdıracağını deyib. Beləliklə, Ruslan və Əli dollar, avro və manat bağlamaları ilə dolu idman çantasını götürüb 2014-cü il aprelin 10-da (yaxud 12-də) Rəsulun dediyi ünvanda onları qara “Lənd Rover”də gözləyən Akif Çovdarova verib.

2015-ci ilin oktyabrında Tağı Əhmədov Eldar Mahmudovun işdən çıxarıldığını eşidəndə sevinib, Rəsula zəng edərək Çovdarova verdiyi 3 milyonu tələb edib. Çovdarov isə “Mən ondan pul-filan almamışam” cavabını verib.

Metrodakı ticarət köşklərinə baxanı MTN-ə necə apardılar...

MTN-in Tağı müəllimi soymaq üçün göstərdiyi təzyiqlər təkcə onun oğlu ilə bağlı olmayıb. Metropoliten rəhbərinin qardaşı oğlu Şövqünü və onun “Koroğlu” metrostansiyasında ticarət mərkəzini işlədən adamı Elşəni də MTN-ə aparıblar. Orada onları döyüblər, Tağı Əhmədov işə qarışıb, 3 milyonu çatdırmazdan bir-iki gün əvvəl Mahmudovun köməkçisinə zəng edib, tutulanları buraxmağı xahiş edib, pulu çatdıracağını deyib.

Elşən adlı həmin şəxs Bakı Metropoliteninin keçmiş işçisi Tağıyev Elşən Namiq oğludur. O, sonralar metrodakı ticarət mərkəzlərinin işinə nəzarət edib. Dediyi kimi, təmizliyə, qayda-qanuna əməl edilməsinə nəzarət etməklə məşğul imiş. Metrolarda ticarət qadağan olunandan sonra işsiz qalan Elşən 2014-cü il aprelin 11-də həyat yoldaşı ilə birlikdə “Park Bulvar”da olanda ona MTN-dən zəng vurub nazirliyə çağırıblar.

Elşəni MTN-də 2-ci mərtəbədə boş otağa salıb metroda ticarət obyektlərindən yığılan pulları Tağıya, yaxud oğlu Raufa necə verdiyini soruşublar. Elşən döyülsə də möhkəm çıxıb, Tağı müəllimi satmayıb.

Bu vaxt otaqdakı 3-4 MTN əməkdaşı onu döyməyə başlayıb, sifətinə, bədən nahiyəsinə zərbələr endiriblər. Elşənin dedyinə görə, həmin vaxt MTN-dəki qonşu otaqlardan birində Tağı müəllimin qardaşı oğlunu, əvvəllər bir yerdə işlədikləri Şövqünü də görüb, əlamətlərindən bilib ki, onu da döyüblər. Elşəni döysələr də o, Tağı Əhmədovun əleyhinə ifadə verməyib, onu MTN-də axşama qədər saxlayıb sonra buraxıblar.

Yazıb təsdiq edirəm ki…

Tağı müəllimin qardaşı oğlu Şövqü isə Elşən qədər dözümlü ola bilməyib. Əhmədov Şövqü Xeyrulla oğlu metronun “Qara Qarayev” və “Koroğlu” stansiyalarındakı ticarət mərkəzlərinə nəzarət edib, 2012-ci ildə “Qara Qarayev” stansiyasının rəis müavini təyin olunub, 2014-cü ilin oktyabrında “səhhəti ilə bağlı” işdən çıxıb. 2014-cü il aprelin əvvəllərində onun mobil telefonuna MTN-dən zəng gəlib. Onu da nazirlikdə 2-ci mərtəbəyə qaldırıblar, otaqlardan birinə salıb tələb ediblər ki, metrodakı ticarət köşklərindən yığdığı aylıq haqqı Tağı Əhmədova və oğluna necə çatdırdığını ətraflı yazsın.

Şövqü Əhmədov əvvəlcə bu tələblə razılaşmayıb, yığılan pulları vergi kimi dövlətə köçürdüyünü, bu barədə qəbzlərin olduğunu deyib. Ancaq MTN əməkdaşları otağa daxil olaraq onu təhqir edib, qorxudublar. Nəticədə Şövqü əmisinin əleyhinə ifadə verib, metroda yığılan pulları əmisi Tağı Əhmədova çatdırdığını deyib.

Tağı müəllimin Çovdarova 3 milyon aparan oğlu

Tağı Əhmədovun oğlu, iş üzrə şahid qismində dindirilən Ruslan Əhmədov isə Çovdarova 3 milyon manatı necə verdiyini təsvir edib. Çovdarov onu Müdafiə Nazirliyinə arxa tərəfdən gəlib Fəxri Xiyabanla Mərkəzi Ordu İdman Klubunu kəsən, Parlament prospektinə birləşən küçədə qara “Cip”də gözləyib. Tağı müəllimin oğlu da təsdiq edib ki, pulu verməyə əmisi oğlu Əli ilə birlikdə, özünə məxsus “Yaquar” avtomobili ilə gedib. Təyin olunan yerə çatanda Ruslan onları qara rəngli “Lənd Rover” avtomobilinin gözlədiyini görüb. Ruslan “Cip”ə yaxınlaşıb. Bu vaxt avtomobilin qabaq sol şüşəsi aşağı enib. “General Akif Çovdarov” - “Cip”dəki şəxs özünü təqdim edib.

Düş aşağı, sizinlə bu qədər...

Ruslan bu qısa tanışlıqdan sonra əmisi oğluna tapşırıb ki, “Yaquar”dakı pulla dolu çantanı gətirsin. Çovdarov isə öz sürücüsünə əmr edib ki, “Cip”in baqajını açsın. Əli pulla dolu çantanı gətirib Çovdarovun sürücüsünün yanında baqaja qoyub, sonra o, sürücü ilə birlikdə maşından bir az uzaqlaşıb. Çovdarov Ruslanın maşının arxa oturacağında oturmasını əmr edib. Tağı Əhmədovun oğlu generala pulun 3 valyutada olduğunu deyib.

Həmin valyutaların cəmi 3 milyon manat etdiyini sübut etmək üçün Ruslan hesabat apardığı kiçik kağızı da Çovdarova təqdim edib, general isə “ehtiyac yoxdur, düş aşağı, sizinlə qurtardıq” deyib. Bundan sonra Ruslan Əli ilə birlikdə evlərinə qayıdaraq pulu Çovdarova necə vediklərini Tağı Əhmədova danışıb.