Bugün:

Merkel Ankara qarşısında geri çəkildi - BƏYANAT

12 sen 2017, 20:38, altun
    Oxunub: 26
Merkel Ankara qarşısında geri çəkildi - BƏYANAT

Almaniya kansleri Angela Merkel Türkiyəyə silah satışına tam qadağanın tətbiqinə qarşı çıxış edib.
Altun.az xəbər verir ki, kansler bu haqda “NDR Info” nəşrinə müsahibəsində bildirib.
“Türkiyə NATO üzrə müttəfiqimizdir. Biz təhlükəsizlik məsələləri üzrə Türkiyə ilə əməkdaşlıqdan asılıyıq və terrorla bağlı informasiya mübadiləsi edirik”, - Almaniya hökumətinin başçısı deyib.
Dünən Almaniya Xarici İşlər Nazirliyinin başçısı Ziqmar Qabriel bildirib ki, Almaniya ikitərəfli münasibətlərin kəskinləşməsi ilə əlaqədar qüvvədə olan müqavilələr üzrə Türkiyəyə silah çatdırılmasını dondurmaq barədə qərar qəbul edib.
loading...