Bugün:

Ərdoğan: Bu işə Putinlə qəti qərar verdik

12 sen 2017, 10:11, altun
    Oxunub: 30
Ərdoğan: Bu işə Putinlə qəti qərar verdik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınacaq S-400 zenit raket kompleksləri üçün ilkin ödənişin edildiyini açıqlayıb.

Altun.az xəbər verir ki, bu barədə “Hürriyət” informasiya yayıb.

“Bizim dostlarımız artıq S-400 raket kompleksləri barədə müqavilə imzalayıblar. Bildiyim qədəri ilə ilk ödəniş artıq edilib. Proses Rusiyadan bizə kreditin köçürülməsi ilə davam edəcəkdir. Həm mən, həm də Rusiya Prezidenti cənab Vladimir Putin bu məsələdə qərarlıyıq”, - Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin Rusiyadan 4 ədəd S-400 raket sistemi alacağı və buna görə 2.5 milyard dollar ödəyəcəyi haqqında informasiya yayılmışdı.
loading...