Bugün:

Ukraynanın kəşfiyyat şefindən FSB-yə: “Putin əbədi deyil”

04 sen 2017, 16:21, altun
    Oxunub: 55
Ukraynanın kəşfiyyat şefindən FSB-yə: “Putin əbədi deyil”

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsak Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikova televiziya vasitəsilə müraciət edib.

Altun.az xəbər verir ki, müraciətdə Qritsak Bortnikovdan Ukrayna ərazisində teraktların təşkilinin dayandırılmasını istəyib. O həmçinin məktubda Moskvanın Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatı başlamaq üçün bəhanə axtardığını bildirib:

“Mən sizə zabit kimi müraciət edirəm. Hətta müharibə vaxtları belə xüsusi xidmət orqanları əməkdaşlarının pozmamalı olduqları qaydalar var. Siz bütün bu qadağaları artıq keçmisiniz. Həm siz, həm də mən bilirik ki, Odessa, Xarkov, Xerson və digər şəhərlərdəki teraktların əsas təşkilatçıları xüsusi xidmət orqanlarıdır. Bu hücumlar nəticəsində onlarla insan ölüb. Siz qırmızı xətti artıq keçmisiniz. Siz Rusiyada vəziyyəti pisləşdirib, Ukrayna ərazisinə müdaxilə üçün hətta öz vətəndaşlarınızı belə partlatmağa hazır idiniz. Artıq başa düşün ki, Rusiyadakı siyasi hakimiyyət o cümlədən Putin əbədi deyil”.
loading...