Bugün:

"Tramp Çin ilə ticari əlaqəni kəsərsə, həmin dəqiqə vəzifəsindən uzaqlaşdırılacaq"

04 sen 2017, 15:07, altun
    Oxunub: 53
"Tramp Çin ilə ticari əlaqəni kəsərsə, həmin dəqiqə vəzifəsindən uzaqlaşdırılacaq"

Beynəlxalq “VikiLiks” saytının qurucusu olan Culiyan Assanj ABŞ Prezidenti Donald Trampın rəsmi Pekin ilə ticarət münasibətlərini kəsmək qərarının ona baha başa gələcəyini deyib.
Altun.az xəbər verir ki, o, bu qərarın qüvvəyə minəcəyi an Trampın vəzifəsindən azad ediləcəyini iddia edib:
“Şimali Koreya ticarətinin 90%-ni Çin ilə həyata keçirir. Əgər D.Tramp ABŞ-ın Çin ilə etdiyi 650 milyard dollarlıq ticarətini kəsərsə, gözlənilmədən vəzifəsindən uzaqlaşdırılacaq”.
C.Assanjın bu açıqlamasının Donald Trampın Şimali Koreyanın son nüvə sınağının ardınca tvitter hesabından verdiyi açıqlamadan sonra gəlməsi diqqət çəkib.
loading...