Bugün:

KİV: Kim Çen Inın övladı dünyaya gəlib

29 avq 2017, 11:40, altun
    Oxunub: 121
KİV: Kim Çen Inın övladı dünyaya gəlib

Şimali Koreya lideri Kim Çen Inın cari ilin əvvəlində üçüncü uşağı dünyaya gəlib.

Altun.az-ın Yonhap xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya kəşfiyyatı xəbər verir.

Məlumata görə, Li Sol Çu 2016-cı ildə doqquz ay ərzində ictimai yerlərdə görünmədiyi üçün uşağın fevral ayında doğulduğu ehtimal olunur.

Kim Çen In və müğənni Li Sol Çu 2009-cu ildə evləniblər. Agentliyin məlumatına görə, onların 2010 və 2013-cü illərdə övladları dünyaya gəlib.

2013-cü ildə Şimali Koreyada olan amerikalı basketbolçu Dennis Rodman bildirib ki, Kim Çen Inın ikinci uşağı Kim Çju E adlı qızdır. Digər iki uşağın adı və cinsiyyəti barədə məlumat yoxdur.