Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi...” – İSGƏNDƏR HƏMİDOV

10 avq 2017, 00:24   
“Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi...” – İSGƏNDƏR HƏMİDOV

“Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkdi, guya tankları Gəncəyə təmirə aparırdı”

Türkiyədə biznes həyatı ilə məşğul olan sabiq baş nazir Surət Hüseynovun son günlərdə peyda olması və mətbuata verdiyi müsahibə ciddi müzakirələrə səbəb olub. Uzun illərdir yoxa çıxan və jurnalistlərin israrına rəğmən daim susan S.Hüseynovun qəfildən “dirilməsini” kimsə təsadüfi hesab etmir. O, müsahibəsində daha çox AXC-Müsavat hökumətinin ünvanına ittihamlar səsləndirsə də, ümumilikdə başlanan prosesin mahiyyətinin fərqli olduğu şübhəsizdir.
Həmçinin Surət Hüseynovun ardından Rusiyanın adamı kimi tanınan eks-prezident Ayaz Mütəllibovun da onu dəstəkləyən açıqlamalar verməsi şübhələri daha da artırıb və müəyyən qədər aydın təsəvvürlər yaratmağa başlayıb. Söhbət ondan gedir ki, regiondakı indiki mürəkkəb şəraitdə və xüsusilə 2018-ci ilin prezident seçkilərinə təxminən 1 il qalmış Rusiyanın əlaltıları kimi xarakterizə olunan şəxslərin fəallaşması müəyyən mətləblərdən xəbər verir. Maraqlıdır, Rusiya bu dəfə “5-ci kolon”unu bu tip adamlar üzərindən körükləyir? Və bir faktı da qeyd edək ki, 2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyanın projesi olan Milli Şura ərsəyə gəlmişdi. Diqqətçəkən məqamlardan biri də odur ki, Surət Hüseynovun açıqlamalarına Milli Şura reaksiya vermir, baxmayaraq ki, bu qurumun rəhbərləri vaxtilə AXC hökumətində olmuş adamlardır.

Cəhdlərimizə baxmayaraq, MŞ üzvlərini bu məsələ ilə bağlı biz də heç cür danışdıra bilmədik...

AXC-Müsavat hökumətinin daxili işlər naziri olmuş İsgəndər Həmidov isə “Yeni Müsavat”a sabiq baş nazirin dedikləri ilə bağlı sərt danışıb: “Surət Hüseynovun son zamanlar aktivləşməsi təsadüfi deyil. O pulu ilə heç bir torpaq almayıb, bir santimetr belə torpaq azad etməyib. Surət Hüseynov yaxşı xatırlayar, Ağdərə-Kəlbəcər yolu açılanda o, tankları və qoşunları geri çəkmişdi. Guya tankları Gəncəyə təmirə aparırdı. Rəhmətlik qardaşım Sərdar Həmidov orada Surət və Rəhim Qazıyevin əsgərlərini qovdu. Surət Hüseynovun heç bir əməyi olmayıb. O, hansı torpaqları azad edib, biz hansı torpaqları ermənilərə vermişik, bilmirik. Ona xatırlatmaq lazımdır ki, tarixə baxsın, torpaqların hansı dövrdə getdiyini görsün. O zaman görəcək ki, baş nazir kimi o torpaqların itirilməsində hansı məsuliyyəti var. Qarət adı ilə insanlarda xof yaradıb, o rayonları boşaltdılar, sonra da həmin rayonları qarət etdilər. İnsanlar elə yalan danışırlar ki, adam məəttəl qalır. Şerbakın diviziyası çıxarılanda Surətə o pulu İsa Qəmbər, Əli Kərimli və digərlərinin əli ilə dövlət, yəni onun bəyənmədiyi hakimiyyət verdi. Surət Hüseynov bəyənmədiyi hökumətin dövründə ən yüksək postları tutdu. O deyir ki, bizlər ”vətən xaini" olmuşuq, ən böyük xain onun özüdür. Onun atası rəhmətə gedib, Allah rəhmət eləsin. Mənim ölü ilə işim yoxdur, diri ilə işim var. İndi o, Türkiyədə biznes qurub, iş adamıdır. Amma unutmasın ki, AXC-Müsavat hökumətini quranlar bu gün acından ölürlər. Güclə özlərini dolandırırlar. Nə yaxşı ki, yaxşı insanlar var, hərdən yardım edirlər. 2018-ci ildə prezident seçkiləridir, düşünürəm ki, Surəti də müəyyən qüvvələr ortalığa yenidən salıblar".

İ.Həmidov sabiq baş nazirin təhqirlərinə də cavab verib: “Onu türmədə bir az ”müalicə etdilər". O zaman onun başı bir az getmişdi. İndi də hava istidir, qızmar günəşdən yenə də başında tərpənmə olub. Ona görə danışığını bilmir. Ümumiyyətlə, ölü-dirisinə qiymət verən şəxs təhqirlə danışmaz. Onun ata-anası rəhmətə gedib, onlara rəhmət diləyirəm. Amma gərək o da kiminsə ölüsünü təhqir etməsin, gün gələr cavabı qayıdar. Surət təhqirlə danışmaqla özünü qəhrəman kimi qələmə vermək istəyir ki, yəni onları mən təhqir də edə bilərəm. Qorxusundan dabanına tüpürüb Türkiyəyə gedən və orada yaşayan şəxs indi bizləri tənqid, təhdid edir. Yaxşı baxsın, o zaman ittiham etdiyi hökumətin vaxtında heç bir torpağın getmədiyini görəcək. Dövlət çevrilişindən sonra onun sayəsində beş rayon dalbadal getdi. Ruslarla əlaqəyə girib min oyundan çıxdı. Ayaz Mütəllibovun da mətbuata müsahibəsində onu dəstəklədiyi təsadüfi deyil. Bu, zərrə qədər məni təəccübləndirmədi. Azərbaycanda hər kəsə məlumdur ki, Ayaz Mütəllibov Rusiyanın projesi idi. Bunların hamısı Rusiyadan gələn komandadır. Ayaz Mütəllibov heç olmasa Xocalı hadisələrini yada salıb xəcalət çəksin. Bu yaşda saç-saqqalı ağarmış adam bu qədər yalanı necə danışır, bilmirəm. Rusiyanın vasitəsilə bu tipli şəxslər ortaya atılıb. Çünki bizlərin gələnilki seçkilərdə namizədimizin olacağını və onu dəstəkləyəcəyimizi yaxşı bilirlər. Ona görə də bu cür kampaniyaya keçiblər. Rəhmətlik Əbülfəz Elçibəyin vaxtında Ayaz Mütəllibovun ailəsinə hər cür qayğı göstərilib. Amma bunlar bizi hədəfə alırlar. Baş nazir, korpus komandiri olmuş şəxs kimlərisə ittiham edir ki, vətən xainidirlər. Hərbiçi kimi torpaqları sən vermisən. Ağdam məcburi köçkünlərini danışdırın, görəcəksiniz ki, hər biri deyəcək ki, Surət Hüseynov və onun gədələri torpaqları verdilər. O vaxt Tərtərdə ona görə uğur qazandıq ki, qardaşım Sərdar Surət Hüseynovun dəstəsini oradan qovub çıxardı. O şəxslərə deyirəm ki, azacıq xəcalət çəkib utanın. Bu millətin qarşısındakı günahlarını etiraf etmək əvəzinə bunu kiminsə üzərinə yıxırlar. Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzulunun işğalında Surət Hüseynov baş nazir idi. Alan idisə, o işğalların qarşısını alardı də. Onu dövlət heç vaxt “vətən xaini” elan etməyib. Düzdür, AXC-nin İcraiyyə Komitəsi onu “vətən xaini” elan edib. Sonradan da ona “vətən xaini” maddəsini bizdən sonrakı hakimiyyətin dövründə məhkəmə verdi".