Impera

XƏBƏR LENTİ
23:38ABŞ Türkiyəni təhdid etdi: "...bu, ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq"22:04Türkiyənin Bağdad səfiri İraq XİN-nə çağırıldı-NOTA21:48Israil "Sarı jiletlilər"i də haqları üçün küçələrə çıxdı-- saxlanılanlar var19:18Prezident Dağlıq Qarabağ məsələsi ilə bağlı xalq qarşısında hesabat verməlidir--İlyas İsmayılov15:32Avrasiya İttifaqı sammitinin məhəllə uşaqları: "Niyə o qərardan öncə məsləhətləşməyib?" (?...) - Şok açıqlama15:09Hava kəskin soyuyur: qar yağacaq - Xəbərdarlıq21:51Tamerlan Qarayevə yeni vəzifə verildi18:22Tereza Mey siyasətdən gedir--Açıqlama18:06Ankarada sürət qatarı qəzaya uğrayıb: ölənlər var - FOTO/VİDEO17:21Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü14:54Fransada daha bir etirazçı faicəvi şəkildə öldü14:41Əmək haqqı 10000 manat alır, amma, rəsmi sənəd üzrə maaş 130 manatdır--Direktor14:28Rusiya İrandan imtina etdi: Neft layihələri durduruldu13:38Lavrov Bakıya uçur13:29Ya vəliəhd Salman, ya da ABŞ -- Senator13:25Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi12:32Qadjetlər uşaqları "məhv" edir-Araşdırma12:19Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı12:16Direktor arvadını 5-ci mərtəbədən atdı-BP20:59Meydən "Breksit"lə bağlı yeni xəbər18:02Bakının bu ərazilərində 2 gün su olmayacaq17:56Azersun Holding MMC-nin sahibi səhmlərini məmurlara satacaq - Gözəl: "...bəddua edəcəklər"16:07Yer Tehranı ildə 25 sm "udur"--SOS16:00Maralla Kamal mahalları bölüşə bilmədi--Türkiyə14:38Sabiq nazir ölümdən döndü14:30Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.14:04Qubada itkin düşən bu tələbə oğlan axtarılır - DİN12:33Fransız “Sarı jiletlilər”i 25 bəndlik tələbdən ibarət manifestini yayımlayıb12:21Ermənistan parlamentini bu cür formalaşdıracaq12:13Yapon iqtisadiyyatı tənəzzüldə12:06Masallıda evin qarajında qaz sızması: ölən var - Rəsmi19:5213 nəfər diri-diri yandı--CAR19:48Gənclər gələcəklərini kiçik şəhərlərdə qursalar, daha xoşbəxt yaşayarlar- Türk tarixçi İlbər Ortaylı19:41Talibandan növbəti hücum: 8 hərbçi öldü...17:39Məmurları daşıyan helikopter qəzaya uğradı: 7 ölü17:15Fransızlardan Trampa sərt xəbərdarlıq: Burnunu soxma!..17:07Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO16:53Putinlə bizim görüşümüz keçiriləcək – Netanyahu açıqladı16:49Makron “Sarı jiletlilər”dən üzr istəməklə qalib gəldi12:17İran hər an vurula bilər-Avropa kəşfiyyatı zəmin hazırlayır11:42Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər11:37Tacikistanda dördəm uşaqlar doğulub11:33Nə Rusiya, nə ABŞ, nə də Çin..- Ukrayna da nüvə təhdidinə başladı11:27Bakıda ağır avtoqəzada qadın sərnişin öldü09:45İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır--Ruhani09:40Dövlət Komissiyası ziddiyyətli məlumat yayıb – Son məlumat09:08Amerika Avropanı diri-diri udmağa hazırlaşır-«Fransızlar məni istəyir» - Tramp08:58Azərbaycanlı iş adamı Rusiyada həbs edildi08:40Heydər Əliyev atasının Putinlə birgə şəklini paylaşıb -FOTO18:34Brüsseldə də "sarı jiletlər" ayağa qalxdı-Yüzlərlə həbs olunanlar var18:27OPEK+ Rusiyaya zərər verəcək - Kudrin17:56Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır-Ə.Amaşov17:46MKİ məxfi əməliyyatlarına rəhbərlik Rusiya qrupunun rəhbərinə tapşırıldı17:31Rusiyaya qarşı Almaniya ABŞ-la birlik yaradır: Avropanı qorumaq üçün...13:04Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu12:28Mavi ekranlardan dilimizi korlayan aparıcıların adları açıqlandı - Siyahı12:17Gəncədə ərə qarşı qadın zorakılığı qeydə alınıb- bıçaqlanma12:13Tramp Tillersonun simasında daha bir rəqib qazanır: Kütbeyin, tənbəl...12:08Putinin ətrafındakı 6 oliqarxa Britaniyadan qadağa başladıldı18:59Ordu paytaxta yeridildi18:55Hamilə keçini zorlayan 22 yaşlı gənc 15 illiyinə azadlıqdan məhrum edildi18:35Vəkillər Kollegiyası sədrini yenidən təsdiq etdi – Nəticə18:26Eks prezident həbs olunur -Video18:17Kürdəmirdə ağır yol qəzasında bir nəfər öldü...17:46DTX-dən vətəndaşlara xəbərdarlıq etdi - Bilə-bilə...20:50Keçi sahibinin 20 min avrosunu yeyib, özünü də ömürlük bir nöqtəyə baxmağa məhkum edib20:38DİQQƏT!--Bu marşrut xətləri birləşdirildi20:30Lukaşenko "xoruz"lanmaq istədi, Putin "xoruz"unu qoltuğuna verdi--Aİİ sammitdə20:21Ruslar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi sənaye müəssisələrində nəzarəti həyata keçirib-Nədən?18:50Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır--Qorbaçov18:33İlham Əliyev Putin və Paşinyanla yan-yana şəkil çəkdirdi- Düşmənlərin acığına17:37Rusiya Ukraynada məğlub olacaq - Xerbst17:31Trafik canavarı daha bir can aldı17:25Putindən siyasi suverenliklərindən məhrum etdiyi müttəfiqlərinə çağırış: İqtisadi suverenliyinizi artırın16:5125 ildən sonra münaqişənin adı dəyişdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" --İrəliləyiş16:43AZAL 2 gün "Atatürk"ə uçmayacaq - Səbəb15:55Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi15:46Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov15:33Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi - Foto15:26Rusiya bu savaşda 100 milyard dollar itirib--Medvedyev15:21ATƏT Qarabağın ermənilərdə qalmasında israrlıdır10:05Onlar deyirlər ki, biz bunu etməməliyik--Paşinyanın gizli danışığı yayıldı09:58Bakıda daha bir təmizlik işçisi maşınla vuruldu09:55Rusiyadan “Bal-E” raket sistemlərinin alınması kimi niyyətimiz də olmayıb - MN09:32Vəliəhd ABŞ-ı savaşa sövq edə bilər - Senatordan xəbərdarlıq09:29Rusiyadan erməniləri müdafiə etməsi ilə bağlı daha bir etiraf-- Biz gedə bilərik...14:56Mən güc yolunun tərəfdarı deyiləm - Dodon14:52İrəvan iş görüb, Bakı Rusiya XİN-ə İrəvanla bağlı etiraz edib...14:42Qubalı qadın internetdə tanış olduğu sabirabadlı "sevgili"sini Qusarda güllələtdi14:30Prezident iqamətgahını arvadına verdi--Olay13:17Sabah intensiv yağış, qar olacaq... - Xəbərdarlıq20:38Heydər Oğuzdan Mirşahinə tərs şapalaq-- Sayqı görmək istəyirsinizsə...20:15Putin, Ərdoğan, Makron və Merkel--- Görüş yeri...20:09NATO-dan Rusiya və İrana çağırış...17:25Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır16:22Koza Nostra mafiyasının 80 yaşlı lideri ələ keçirildi16:18Milanda XİN başçılarının görüşü artıq vəsait itkisidir, nəticə sıfra bərabərdir--Y.Mixaylov16:08DTX-nin saxta hesabındakı üzvlərin sayı rəsmi hesabındakından artıqdır13:31Rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq -- Putindən Paşinyana təklif13:19Azərbaycan diasporasının bərqərar olmamasının səbəbi məlum oldu
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Sarkisyan Tehranda “İran təranələri”ni oynadı: Bu dəfə rəqsə başqa qonşunu çağırdı - VİDEO

09 avq 2017, 14:51   
Sarkisyan Tehranda “İran təranələri”ni oynadı: Bu dəfə rəqsə başqa qonşunu çağırdı - VİDEO

Ermənistan prezidenti Serj Sarkisyan İran prezidenti Həsən Ruhaninin avqustun 5-də keçirilən inaqurasiya mərasimində iştirak etdi. Sarkisyanın səfərinin Ermənistan üçün ciddi nəticələrinin ola biləcəyini hesab etmək olar. Daha doğrusu düşmən ölkənin mediası məsələni bu cür təqdim edər və İran-Azərbaycan münasibətlərində aşılması mümkün olmayan tramplinlərin olduğu fikrini qabardır.
Bu, erməni ictimaiyyətinə hesablanmış fikir olaraq anlayışla qarşılana bilər. Lakin Sarkisyanın sıradan İran səfərinə Tehran-Bakı xəttində münasibətlərin pis olması fonunda yanaşmaq üçün insanda ən azı erməni beyni olmalıdır. Bu beyin də yalnız erməniləri qula çevirən İrəvan rejimində var. Doğrudur, İran Dağlıq Qarabağ məsələsində sadəcə ritorik ifadələrlə Azərbaycana dəstək verir. O da faktdır ki, Tehranın işğalçı Ermənistana dəstəyi Bakının İrəvana qarşı apardığı blokada siyasətinə ziddir. İranın erməni siyasətinin kökündə Rusiya ilə Cənubi Qafqaz tikəsini bölüşdürmək perspektivləri olmaqla yanaşı, Azərbaycanın sıxışdırılması, yaxud ən azından Bakıya qarşı revanş həmlələrinin olması da şübhəsizdir. Lakin Bakı-Tehran xəttində vəziyyət heç də İrəvanın arzuladığı kimi deyil və iki ölkənin region üçün bir sıra mühüm layihələrə imza atması da bunu deməyə əsas verir. Digər tərəfdən, Ermənistan prezidentinin formal olan andiçmə mərasimində iştirak üçün Tehrana səfəri bütün siyasi prosesləri kökündən dəyişdirə biləcək gediş də deyil. Yəni İranın işğalçıya təəssüf doğuran bütün dəstəyinə rəğmən, indiki məqamda Bakı və Tehran münasibətlərinə ayaqüstü söhbətdə son qoyulması mümkünsüz görünür.

Amma Sarkisyanın Tehranda “İran təranələri” mahnısına qol götürüb “oynaması” da təsadüfi deyil.

İnaqurasiyaya Ermənistan prezidenti yox, daha aşağı ranqlı erməni məmurlardan biri gedə bilərdi, nə üçün Sarkisyan Tehrana qədər ayaq döyür?

Səfərin ümumi mənzərəsində bu sual düşündürücüdür. Və səfərin analizi Ermənistanın sığınmaq üçün İranı son qala olaraq gördüyü ehtimalını ön plana çıxarır.

Sarkisyanın Tehrana birbaşa özü getməsinin arxasında Moskvaya verilən “İran alternativi” mesajı var. Heç də ürəkaçan olmayan Rusiya-Ermənistan münasibətləri fonunda İrəvan Putinə təkcə ondan asılı olmadığını göstərmək istəyir, amma bir az qorxu ilə. Çünki Ermənistan bu mesajı açıq şəkildə versəydi, o zaman, erməni prezident andiçmədən sonra Tehrana xüsusi səfərlə yollanardı. Lakin Sarkisyan andiçməyə qatılır və mesajı verməklə yanaşı, səfərin formal xarakter daşıdığı rəyini də yaradır.

Rusiyaya verilən yumşaq mesajın arxasında Dağlıq Qarabağ məsələsi də yatır. Payızda Azərbaycan və Ermənistan prezidentləri Rusiya rəhbərliyinin təşəbbüsü ilə görüşəcək. Ehtimallar var ki, bu görüş münaqişədə “ölüm nöqtəsi” ola bilər: ya ərazilərin qaytarılması ilə nəticələnəcək real danışıqlar, ya da müharibə. Rusiya cənub sərhədlərində yeni toqquşma istəmir, buna görə də Ermənistanı ən azı real danışıqlara məcbur edə bilər. Bu gözləntilər fonunda Sarkisyan İrana qaçaraq, Rusiyanın mümkün təzyiqləri qarşısında özünə yeni dayaq axtarır. Bu dayaq həm də Azərbaycana qarşıdır. Təadüfi deyil ki, Sarkisyanla Tehranda görüşən İran prezidenti Həsən Ruhaninin “Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər” sözlərini erməni mediası “İrandan Azərbaycana mühüm xəbərdarlıq” olaraq təqdim etdi. Məsələ İranın Azərbaycana xəbərdarlığı yox, ermənilərin Ruhaninin sözlərini necə eşitmək istəməsindədir.

Hesab etmək olar ki, Sarkisyan Ruhani ilə görüşündə Azərbaycandan şikayətlənib və dəstək istəyib. İran prezidentinin nə dediyini təxmin etmək o qədər də çətin deyil. Çünki indiki situasiyada İran Azərbaycanla münasibətləri erməni arzusuna görə rəfə qaldırmayacaq. Sadəcə olaraq, İran Ermənistana dəstəyin səviyyəsini müəyyən qədər yüksəldə bilər. Bu, Bakının İrana qarşı hücum planını çantasında gəzdirən ABŞ prezidenti Donald Tramp və İsraillə bərabərhüquqlu münasibətlərindən irəli gəlir. Lakin nəticə etibarilə İrəvanın ciddi nəsə qazanacağını düşünmək çətindir. Təkcə ona görə yox ki, İran dünyanın üzərinə gəldiyi bir vaxtda Azərbaycanla qarşıdurmaya getməyəcək, həm də Rusiya öz vassalının başqa qapılardan mədət ummasını həzm edə bilməz.

Görünür, Sarkisyanın “İran təranələri”nə oynaması özünə qalacaq.
OXŞAR MÖVZULAR