Bugün:

İran prezidenti Ruhani: “Qarabağ məsələsinin dinc yolla həllinin şahidi olacağıq”

06 avq 2017, 15:18, altun
    Oxunub: 74
İran prezidenti Ruhani: “Qarabağ məsələsinin dinc yolla həllinin şahidi olacağıq”

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.
Altun.az bildirir ki, H.Ruhani görüşdə, İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var deyərək, Tehran və İrəvanın müştərək bağlara söykəndiyini, hər iki ölkənin xalqı və region ölkələrinin xalqları üçün müsbət və önəmli addımlar ata biləcəyini qeyd edib.
Eyni zamanda APA-ya istinadən xəbər veririk ki, İran prezidenti iki ölkə arasında iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayıb: “Bu sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.
Terrorizm təhlükəsindən danışan H.Ruhani terroristlərin İraqda və Suriyada məğlubiyyətə uğradıqdan sonra regionun digər bölgələrinə yayılmaq ehtimalının olduğunu qeyd edib: “Ona görə hamı, o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında ayıq və ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan İran prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: “Ümid edirik iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq. Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.
Ermənistan-İranla əlaqələrinin son illər ərzində inkişaf etdiyini söyləyən S. Sərkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət, nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.
loading...