Bugün:

Səfirin qalmaqllı yazışması: Türkiyə və Qətər düşmənimizdir

05 avq 2017, 18:30, altun
    Oxunub: 71
Səfirin qalmaqllı yazışması: Türkiyə və Qətər düşmənimizdir

ABŞ-da Birləşmiş Ərəb Əmirliklərinin bu ölkədəki səfiri Yusuf Uteybenin qalmaqallı yazışması dərc edilib. Həmin yazışmada diplomat ölkəsinin Qətərə və Türkiyəyə nifrətindən danışır.

Altun.az xəbər verir ki, BƏƏ-nin ABŞ-dakı səfirinin yazışması “New York Times” qəzetinin jurnalisti tərəfindən ictimailəşdirilib.

Uteybe Qətər böhranının qızışdırılmasında vacib fiqurlardan biridir. Onun Vaşinqtonda BƏƏ-nin və Səudiyyə Ərəbistanının maraqlarını lobbiləşdirdiyi iddia edilir.

Səfir Donald Trampın kürəkəni Cared Kuşnerlə çox yaxındır.

Xatırladaq ki, həmin səfir may ayında daha bir qalmaqallı çıxışı ilə yadda qalmışdı. O zaman Uteybe Türkiyə prezidenti Ərdoğan barədə demişdi: “O, yalnız güc dilini anlayır”.
loading...