Bugün:

Cəbhə xəttində erməni hərbçisi öldü

28 iy 2017, 21:23, altun
    Oxunub: 94
Cəbhə xəttində erməni hərbçisi öldü


Ermənistanın Tavuş rayonunun Noemberyan kəndində yerləşən hərbi mövqelərindən birində müddətdən artıq xidmət edən hərbçi ölüb.
"Report" erməni mətbuatına istinadən xəbər verir ki, Tavuşun Karkop kəndindən olan 33 yaşlı Arkadi Hambaryan odlu silah yarasından keçinib.
Məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan təsdiq edib. Hərbçinin hansı səbəbdən öldüyü hələ ki, məlum deyil.