Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Putindən Azərbaycana ağır zərbə - Qarabağ münaqişəsinin sonu göründü - DƏHLİZ AÇILIRMI?

18 iy 2017, 10:50   
Putindən Azərbaycana ağır zərbə - Qarabağ münaqişəsinin sonu göründü - DƏHLİZ AÇILIRMI?

Həmsədr ölkə Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistana qurudan dəstək vermək üçün hərəkətə keçib; ortaq təhlükə Gürcüstan, Türkiyə və Azərbaycanı birləşməyə vadar edir...

Altun.az azerinfo.az-a istinadən xəbər verir ki, Rusiya işğalçı Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində təsirli addımlar atmaq əvəzinə, işğalçılar üçün yeni “nəfəslik” açmaq planı üzərində işləyir. Diqqətli oxucularımız yaxşı bilirlər ki, söhbət Rusiyanın Gürcüstanın işğal altındakı Cənubi Osetiya torpaqlarından Ermənistana dəhliz açılması planından gedir.

Təhlükənin nə dərəcədə real olduğunu demək üçün əlavə sözə əslində ehtiyac qalmır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov müsahibələrinin birində haqlı olaraq deyib ki, “Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq”. Amma görünən budur ki, Rusiya Azərbaycanın faydasına olacaq prosesə təkan vermək niyyətində deyil.

Bu arada Moskva növbəti dəfə Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirmək üçün hərəkətə keçib. Bu, olsa-olsa Ermənistanı sarsıdıcı zərbələrdən xilas etmək, paralel olaraq Rusiyanın Qarabağa doğru irəliləməsi üçün zaman qazanmaq niyyəti güdür. Çünki Ermənistanda uşaq qatili olan prezidentlə sülh danışıqlarının nəticə verməyəcəyi bəllidir.

Elə Rusiyadan aldığı stimulun məntiqi nəticəsidir ki, Ermənistan müdafiə naziri Vigen Sərkisyan növbəti dəfə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib (axar.az). Sərkisyanı Xankəndində qondarma rejimin lideri Bako Saakyan qarşılayıb.

Bundan əvvəl Ermənistan prezidenti S.Sərkisyan Azərbaycanla sərhəd Tavuş bölgəsində olub və erməni mövqelərinə baş çəkib. Daha sonra hərbi geyimdə “Ermənistan” telekanalının “R-Evolyusiya” proqramının aparıcısına müsahibə verib (virtualaz.org). İşğalçı ölkənin başçısı təsdiq edib ki, Ermənistan Qarabağ danışıqlarında heç vaxt güzəşt mövqeyi tutmayıb, başqa sözlə, danışıqlar naminə danışıqlar aparıb. Məqsədi status-kvonu mümkün qədər uzatmaq olub.

“Son 20 ildə biz heç vaxt güzəştlər haqda danışmamışıq. Həmişə demişik və deməkdə davam edirik ki, münaqişənin kompromis variantlarla həllində maraqlıyıq. Bunlar müxtəlif anlayışlardır. Mən əminəm ki, məsələ 20 il bundan sonra da həll olunmasa erməni tərəfində heç vaxt situasiyanı yumşaltmaq üçün güzəşt meylləri yaranmayacaq, belə ki, bu, həllə aparıb çıxara bilməz” - Sərkisyan bildirib. İşğalçı ölkənin başçısı təsdiq edib ki, Qarabağda hərbi əməliyyatların başlanması onun ölkəsi üçün arzuolunmaz nəticələrə gətirib çıxaracaq. “Dağlıq Qarabağda döyüş əməliyyatları olduqca arzuolunmazdır və ilk növbədə Ermənistan üçün arzuolunmazdır. Danışıqlar prosesinin alternativi yoxdur. Alternativi döyüş əməliyyatlarıdır ki, bu da bizim üçün arzuolunmazdır, üstəlik, ola bilsin ilk növbədə bizim üçün” - Sərkisyan əlavə edib.

Göründüyü kimi, erməni prezident həm qorxur, həm də qorxutmağa çalışır - təbii ki, Rusiyanın sayəsində.

***
Diqqətçəkən digər məqam da var. Bugünlərdə Ermənistanın Gürcüstan sərhədlərini pozaraq, bu ölkənin qədim Hucabi monastrını zəbt etməsi yenidən gündəmə gəlib (publika.az). “Kavkazplus” saytı gürcü torpaqlarının zəbt edilməsinin iki ölkə arasında ciddi qarşıdurmaya gətirəcəyini yazıb. Sayt yazır ki, Hucabi monastrı Gürcü Pravoslav kilsəsinin ən böyük ziyarətgahlarından biridir: “Bu ziyarətgah artıq Ermənistan tərəfindən zəbt edilib. Bu gün Hucabi monastrı faciəli vəziyyətdədir və məhv olmaq təhlükəsi ilə üzləşib. Ən dəhşətlisi isə odur ki, sırtıq ermənilər sərhədlərin indiki delimitasiyası üzrə faktiki olaraq monastrın ərazisini zəbt etməyi qanuniləşdirə bilər”. Məqalədə qeyd olunur ki, 1987-ci ildə Hucabi monastrı Gürcüstan SSR-nin azərbaycanlılar yaşayan Marneuli rayonunun inzibati ərazisinə daxil olub: “Buna sənədlər şahidlik edir. Misal üçün, Gürcü Sovet Ensiklopediyasında Hucabi monastrı Gürcüstanın ərazisi olaraq qeyd olunur. Məlumdur ki, SSRİ dövründə rəsmi nəşrlərdə qeyd olunan informasiyalar dəfələrlə yoxlanılmış və dəqiq məlumatlar olub”.

Sayt əlavə edir ki, SSRİ dağılandan sonrakı dövrdə Ermənistan sərhədi tədricən 400 metr irəli çəkərək, monastrı və onun yerləşdiyi ərazini mənimsəyib. “Görünür, Qarabağın işğalına qədər ermənilər ilk olaraq qonşu Gürcüstanın torpaqlarını işğal edib”, - deyə məqalədə bildirilir. Gürcüstan mediasının hazırladığı videosüjetdə Hucabi monastrı ətrafındakı kəndlərdə yaşayan azərbaycanlılar erməni sərhədçilərin illər ərzində sərhədi yavaş-yavaş irəli çəkdiyini deyirlər. Hazırda da həmin ərazidə yerləşən kəndlərdə azərbaycanlılar yaşayırlar.

Sirr deyil ki, Ermənistanın sərhədlərini rus əsgərləri qoruyur. “Yeni Müsavat”ın əməkdaşı bir neçə il əvvəl Gürcüstanda olarkən azərbaycanlıların kompakt yaşadığı ərazilərin hissə-hissə Ermənistan tərəfindən zəbt edilməsi barədə məlumatlar almışdı və bununla bağlı reportaj hazırlamışdı. Xuludərə kəndinin sakinləri demişdilər ki, kənd məktəbinin əkin yeri olan ərazidə Ermənistanda yerləşən Rusiya bazasının əsgərləri kazarma tikib. Gürcüstanın ehtiyatlı mövqe tutmasına rəğmən rus əsgərləri bütün sərhədboyu Gürcüstanın içərilərinə doğru irəliləyib və sərhəd xəttini irəli çəkiblər. Hesab olunur ki, bütün bunlar ekstremal vəziyyətdə bölgə əhalisini, azərbaycanlıları didərgin salmaqla ərazini işğal edib Ermənistana dəhliz açılmasına hazırlıqdır.

***

Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a dedi ki, Moskvanın Ermənistana dəhliz açmaq niyyəti birbaşa ikinci Qarabağ savaşının başlanması ehtimalı ilə bağlı deyil: “Ermənistanla quru sərhədlərinə sahib olmaq Rusiyanın strateji hədəflərindən biridir. Əgər müharibə başlayarsa və Rusiya Ermənistana dəstək vermək niyyətinə düşərsə, bunun üçün dəhlizə elə də ciddi ehtiyac olacağını düşünmürəm. Dəhliz daha çox Ermənistanı Rusiyaya birləşdirmək üçün lazımdır. Rusiya bununla işğalçı ölkəni blokadadan çıxarmaq niyyəti güdə bilər. Bu addım sübuta yetirir ki, Moskva münaqişənin indiki vəziyyətdə dondurulub saxlanılmasında daha çox maraqlıdır və münaqişənin Ermənistan üçün yaratdığı əsas maneəni - blokadanı aradan qaldırmaq istəyir. Qarabağda müharibənin alovlanması və döyüş əməliyyatlarında Rusiyanın tərəf kimi iştirak etməsi bir o qədər də asan məsələ deyil. Bu, münaqişənin eskalasiyasına və Rusiyanın özü üçün də faciəvi nəticələrin ortaya çıxmasına səbəb ola bilər. Unutmaq lazım deyil ki, müharibə həm də ekstremal vəziyyətlərin meydana çıxması deməkdir. Dövlətlərin siyasəti nə olursa-olsun, region xalqları baş verənləri müşahidəçi kimi kənardan izləməyəcəklər. Rusiyanın Qarabağ savaşında açıq iştirakı bu ölkənin 300 milyonluq bir toplumun əbədi düşməninə çevrilməsi deməkdir. Rus etnosunun güclənməsində və imperiya yaratmasında bu toplumun - türk etnosunun müstəsna xidmətləri olub. Avrasiyanın təhlükəsizliyi və sabitliyi bu iki etnosun münasibətlərindən asılıdır. Bu münasibətlər Rusiya dövlətçiliyinin də əsasını təşkil edir”.

Bir neçə gün əvvəl rəsmi Bakının kəskin etirazına səbəb olan digər bir hadisə də baş vermişdi. Rusiya və Ermənistan sərhədçiləri qədim Azərbaycan torpağı, hazırkı Ermənistanın tərkibinə daxil edilmiş Mehri istiqamətində, İranla sərhəddə təlimlər keçirmişdi. Təlimlərdə İran-Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub ki, bu da Rusiyanın addım-addım Dağlıq Qarabağa soxulma cəhdi kimi yozulur. Belə çıxır ki, şimal qonşumuz ən müxtəlif istiqamətlərdən Qarabağ müharibəsinə qoşulmaq üçün planlar hazırlayıb.

Politoloq Arzu Nağıyev hesab edir ki, Rusiyanın Dağlıq Qarabağ ərazisinə hər hansı dəhlizin açma məsələsi o qədər də inandırıcı görünmür: “Yəni bu dəhlizsiz də Rusiya Dağlıq Qarabağ ərazisinə müxtəlif yollarla gələ bilir. İran-Azərbaycan sərhədinin qorunması bəhanəsi ilə hətta orada Rusiya tərəfindən ermənilərlə birgə ”şərti düşmən “ əməliyyatının keçirilməsi də buna bariz sübutdur. Ekspertlər əsasən Abxaziya və Osetiya tərəfdən quru yolunun açılması və Ermənistanın blokadadan çıxarılmasını nəzərdə tutular. Zənnimcə, Bakı-Tiflis-Qars dəmir yoluna da məhz Rusiya buna görə qısqanclıqla yanaşır və arqument kimi də Naxçıvanın bu dəmir yolu vasitəsilə blokadadan çıxacağını düşünür. Yəni Azərbaycan tərəfi bunun təhlilini aparır və öz suveren ərazisində Rusiya tərəfindən hər hansı dəhlizin açılmasına icazə verməyəcək. Digər məsələ Naxçıvan məsələsidir və bu, artıq Azərbaycan-Ermənistan sərhədi deməkdir”.

A.Nağıyev Bakı-Ankara hərbi əməkdaşlığının şimal qonşumuzda yaratdığı qıcığa da diqqət çəkdi: “Təbii ki, Naxçıvanda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Rusiyada xoş ovqat yaratmadı. Dərhal erməni və rus siyasi ekspertləri ikinci cəbhənin açılacağından və KTMT-nin nizamnaməsindən açıqlamalar verdilər. Yəni bu artıq ciddi və təhlükəli siyasi bir oyuna bənzədi. Təbii ki, təlimlər ikitərəfli, beynəlxalq normalara uyğun müqavilələr əsasında keçirildi və heç bir dövlət buna mane olmaq iqtidarında deyil. Məhz buna görə də hər hansı yeni bir alyans yaratmağa da ehtiyac yoxdur və hazırkı müqavilələr düşünürəm ki, kifayət edir. Digər tərəfdən də Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar istər Ukrayna, istərsə də Suriya və digər münaqişələr görə öz təsirini etdiyi üçün Rusiya çətin ki, açıq şəkildə Dağlıq Qarabağda başqa bir addım atmağa cəhd edər. Bu inandırıcı deyil”.

Kremlin Gürcüstanı ortadan bölməklə forpost Ermənistana yol açmaq niyyəti həm də Gürcüstanın varlığına təhlükədir. Hələ Gürcüstandan Qərbə uzanan enerji layihələrini bir kənara qoyaq. Rusiya təhlükəsi Gürcüstan, Azərbaycan və Türkiyəni birləşməyə vadar edir...
OXŞAR MÖVZULAR