Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanın növbəti zərbəsi: Ermənilər öz qazdıqları quyuya düşdülər

07 iy 2017, 16:11   
Azərbaycanın növbəti zərbəsi: Ermənilər öz qazdıqları quyuya düşdülər


Alxanlıdakı hadisə - 2 yaşlı körpənin və nənəsinin ermənilər tərəfindən öldürülməsi bir neçə gün içində dünyanın bir sıra nüfuzlu media orqanlarında yayımlandı və törədilən hadisə pisləndi. Assosiated Press, BBC, Euronews, New York Times, Washington Post, Le Monde və digər bu kimi aparıcı media orqanları hadisəni obyektiv işıqlandırdı, Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, işğalçı Ermənistanın dinc əhaliyə qarşı yönəlmiş qanlı cinayətini pisləyən materiallar yaydılar. Nəticə etibarilə beynəlxalq təşkilatlar - ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu göstərdilər. Hər dəfə yalan bəyanatlar və informasiyalarla beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı mövqeyini neytrallaşdırmağa çalışan ermənilər bu dəfə qazdıqları quyuya özləri düşdülər. Azərbaycanın aidiyyatı qurumlarının və mətbuatın aktivliyi xəbərin sosial şəbəkələrdə davamlı tirajlanmasına gətirib çıxardı. Məhz bunun nəticəsi olaraq, Azərbaycan dövlətinin haqlı mövqeyi dünyanın aparıcı KİV-lərində layiqincə işıqlandırıldı.
“Bu təkcə Azərbaycan mediasının işi deyil”
Publika.az-a danışan BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli hadisənin beynəlxalq dərəcədə ictimailəşməsində təkcə medianın rolu olduğunu düşünmür:
“Mənə elə gəlir ki, bu hadisənin dünya mediasına çıxarılmasında təkcə Azərbaycan mediasının rolu yoxdur. Bu bütövlükdə Azərbaycan ictimaiyyətinin və Xarici İşlər Nazirliyinin səyi nəticəsində oldu. Çünki xarici mediada izlədiyim xəbərlərin əksəriyyətində XİN-in bəyanatına istinad olunmuşdu. Əlbəttə, yerli medianın da rolu var idi. Saytlar operativ şəkildə məlumatı yaydılar. Lazım olan yerlərdən şərhlər, münasibət aldılar. Söhbət beynəlxalq ictimailəşdirmədən gedirsə, XİN, Azərbaycan ictimaiyyəti, media, diaspora və bizim parlament üzvləri məsələnin insani tərəfini qabartmaqla dünya mediasının diqqətini cəlb etməyə nail oldu”.
“Bu dəfə informasiya savaşında biz qalib gəldik”
8 dildə fəaliyyət göstərən Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə bu işdə yerli medianın önəmini yüksək qiymətləndirdi. Publika.az-a danışan baş redaktorun sözlərinə görə, bu Azərbaycan mediasının erməni mediası üzərindəki qələbəsi idi:
“İnformasiya müharibəsində zərbəni nə qədər tez endirsən, bir o qədər effektli olar. Burada fərq yoxdur, haqlısan, ya haqsızsan, əsas birinci vurmaqdır. Bir növ şahmat kimi düşünün. Kimin yaxşı oynadığının fərqi yoxdur, əsas birinci gedişi edəndir. Bu dəfə də biz yubanmadıq. Biz də Azvision.az saytı olaraq gecə xəbəri alan kimi dərhal fəaliyyət göstərdiyimiz 8 dilə tərcümə edib yayımladıq. Eyni zamanda, tvitter və feysbukda rəsmi şəxsləri “təq” etməklə, bu məlumatı paylaşdıq. Bu da təsirini göstərdi. Bu dəfə əsas fərq bizim ermənilərdən tez davranmağımız oldu. İndiyə qədər belə informasiya savaşlarında həmişə onlar irəlidə olurdu. Bu dəfə isə biz qabaqda idik və erməni mətbuatı bizim informasiyaları təqib və təkzib etməyə çalışırdı”.
V.Məmmədov təkcə bu hadisə ilə medianın artıq yüksək səviyyədə peşəkarlaşdığını söyləməyi də düzgün hesab etmir:
“Düşünürəm ki, bir hadisə ilə ümumən medianın vəziyyətini qiymətləndirmək doğru olmaz. Təəssüf ki, istəməsək də, Qarabağ münaqişəsi davam etdikcə cəbhə xəttindən zaman-zaman itki xəbərləri gələcək. Siyasi və informativ mübarizə davam edəcək. Biz həmin hadisələrə qiymət verəndə görəcəyik ki, Alxanlıdakı hadisə dönüş nöqtəsi idi, ya yox. Ən azından bu bizim üçün böyük bir addım oldu ki, qarşıdakı hadisələrdə erməniləri informasiya savaşında üstələyək”.
“Ortada komanda işi var”
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu isə ortada bir komada işi olduğunu önə çəkdi:
“Məncə, burada bir komanda işi var. Tək əldən səs çıxmaz. Biz medianın fəaliyyətini qabardıb diasporanın fəaliyyətini arxa palana atsaq, düzgün olmazdı. Məhz həmrəyliyimiz sayəsində bu məsələni dünya mediasının da gündəminə gətirə bildik. Təbii ki, medianın rolu da danılmazdır. Çünki XXI əsrdə informasiyanın beynəlxalq müstəviyə çıxarılmasında media çox önəmli faktordur. Adekvat və zamanında reaksiya, vəziyyətin düzgün qiymətləndirilməsi, bütün bu məqamlar burada özünü göstərmiş oldu.
Zənginizdən istifadə edərək, bir mövzuya da toxunmaq istəyirəm. Şəhid körpənin qanlı şəklinin paylaşılması jurnalistikanın peşə etikasına nə dərəcədə uyğun idi? Bu sual ətrafında polemika var. Hadisəyə jurnalist yanaşması ilə baxsaq, etik normalara görə bu tip şəkillərin yayılması peşə etikasının kobud şəkildə pozulmasıdır. AŞPA-nın, ATƏT-in, UNESCO-nun qəbul etdiyi sənədlərdə bu məqam var. Amma burada başqa bir məqam da var. Biz müharibə aparan bir ölkəyik. Ona görə mənim fikrimcə, şəklin o formada yayılması lazım idi. 1992-ci ildə Xocalıda ölən körpələrin şəkillərini yayımlamadıq. Sonra ermənilər həmin şəkilləri öz körpələri imiş kimi təqdim etdilər. Buna görə zamanında addım atmaq lazımdır. İnformasiya müharibəsi şəraitindəyik və elə bir etnosla üz-üzə qalmışıq ki, onlara dogma torpaqlarımızın belə bizə məxsus olduğunu sübut edə bilmirik. Bu mənada onların əsl üzünü ortaya çıxaracaq məqamları paylaşmaqdan çəkinməməliyik".