Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Prezident Milli Məclisə layihə göndərdi - Cinayət qanunvericiliyi humanistləşdirilir

29 in 2017, 14:08   
Prezident Milli Məclisə layihə göndərdi - Cinayət qanunvericiliyi humanistləşdirilir

Azərbaycan Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalanıb.

Altun.az-ın xəbərinə görə, həmin sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması istiqamətində həyata keçiriləcək hüquqi islahatların yeni mərhələsinin başlanğıcını qoyub.

Proqram xarakteri daşıyan Sərəncamda verilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsi, Baş Prokurorluğu, Ədliyyə və Daxili İşlər nazirlikləri nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb. İşçi qrupu cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Sərəncamda qeyd olunan konkret istiqamətlər üzrə təkliflər təqdim edib.

Təkliflər hərtərəfli təhlil edilib, qabaqcıl beynəlxalq praktika və qanunvericiliyin təcrübədə tətbiqi nəzərə alınmaqla, Cinayət Məcəlləsinə kompleks dəyişiklikləri əhatə edən qanun layihəsi hazırlanıb. Həmin qanun layihəsi ötən həftə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə göndərilib.

Əhatəliliyinə, konseptuallığına və tənzimləmə sahəsinə görə son dövrlərdə hazırlanan ən geniş təkliflər paketi aşağıdakı istiqamətlərdə yeniliklərdən ibarətdir:

Cinayət Məcəlləsində nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən, ehtiyatsızlıqdan törədilən və bir sıra digər cinayətlər, ümumilikdə 10-dan artıq cinayət tərkibi dekriminallaşdırılıb. Bununla yanaşı, ölkədə gedən iqtisadi-sosial proseslər nəzərə alınaraq mülkiyyət əleyhinə olan cinayətlərin törədilməsi zamanı cinayət məsuliyyəti yaradan məbləğin beş dəfə, yəni 100 manatdan 500 manatadək artırılması nəzərdə tutulub. Nəticədə bir çox əməllər cinayət kateqoriyasından inzibati xəta kateqoriyasına keçmiş olacaq.

Azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması və sanksiyalara alternativ cəzaların daxil edilməsi məqsədilə Cinayət Məcəlləsinə yeni növ cəza daxil edilib. Bu, məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarət olan azadlığın məhdudlaşdırılması cəzasıdır.

Aparılmış təhlillər göstərib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində mövcud olan cinayət tərkiblərinin 60 faizinin sanksiyasında azadlıqdan məhrumetmə alternativsiz olaraq yeganə cəza növü kimi nəzərdə tutulur. Bu tərkiblərin təqribən 40 faizini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Sanksiyalarda alternativ cəzaların olmaması son nəticədə azadlıqdan məhrum edilmiş şəxslərin sayının artmasına səbəb olurdu.

Yeni müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzası məhz bu problemin aradan qaldırılmasında mühüm vasitə olacaq. Cinayət Məcəlləsinin ümumilikdə 140-dan artıq maddəsində azadlığın məhdudlaşdırılması alternativ cəza növü kimi sanksiyalara daxil edilib. Bundan əlavə, daha 80 cinayətin sanksiyasına azadlıqdan məhrumetməyə alternativ olan cərimə və digər cəzalar daxil edilib.

Bu cəzanın mühüm xüsusiyyəti böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxsin ailənin və cəmiyyətin islahedici təsirindən istifadə edərək islah olunmasına şərait yaradılmasından ibarətdir. Belə şəxslərin cəzanın çəkilməsi şərtlərinə riayət etməsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə nail olunacaq. Belə ki, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərin üzərinə elektron nəzarət vasitələri yerləşdiriləcək və onların yerdəyişmələri daim monitorinq olunacaq.

Elektron nəzarət vasitələrinin tətbiqi sahəsində Avropa ölkələrində aparılmış tədqiqatlar göstərir ki, belə vasitələrin tətbiq edildiyi məhkumların 91 faizi cəzanın çəkilməsi şərtlərini pozmur, 94 faizi isə yenidən cinayət törədilməsindən çəkinir. Elektron nəzarət vasitələrindən, həmçinin şərti məhkumetmə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutlarının tətbiqi zamanı istifadə ediləcək.

Bundan əlavə, qanun layihəsinə əsasən, Cinayət Məcəlləsində nəzərdə tutulmuş sanksiyalar təftiş edilərək 80-dən artıq cinayətə görə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının hədləri azaldılıb. Nəticədə 35 cinayət əməli az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına, 6 cinayət əməli isə ağır cinayətdən az ağır cinayətlər kateqoriyasına keçirilib.

Qanun layihəsində mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində törədilən bir sıra cinayətlərə münasibətdə qanunvericilik liberallaşdırılıb. Bu sahədə törədilən əməllərin ictimai təhlükəliliyi əksər hallarda maddi ziyanın vurulması ilə əlaqədar olur. Yeni normalara əsasən, bu kateqoriyadan olan bir sıra cinayətləri törətmiş şəxslər vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirlər. Daha böyük məbləğdə (xeyli və külli miqdarda) ziyan vurmuş və ya qeyri-qanuni gəlir əldə etmiş şəxslər isə dəymiş ziyanı tamamilə ödədikdə və bundan əlavə, cinayət nəticəsində vurulmuş ziyanın bir misli (bəzi cinayətlərə görə iki misli) miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilirlər.

Eyni zamanda, Cinayət Məcəlləsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışma institutu daha da təkmilləşdirilib, 20-dən artıq cinayət üçün zərərçəkmiş şəxslə barışmaqla və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azadetmə imkanı müəyyən olunub.

Qanun layihəsində nəzərdə tutulmuş konseptual məsələlərdən biri də cinayət qanunvericiliyində narkotik vasitələrin əldə edilməsi və saxlanılması cinayəti törətmiş şəxslərə qarşı münasibətin dəyişdirilməsidir. Bu şəxslər ilk növbədə narkomanlıq xəstəliyinə düçar olmuş insanlar kimi qəbul edilirlər. Satış məqsədi olmadan narkotik vasitə əldəetmə cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan narkomanlıq xəstəliyinə düçar olmuş şəxsə stasionar qaydada tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilir. Şəxs sağaldıqda isə cinayət məsuliyyətindən azad edilir. Bu qaydada məsuliyyətdən azad edilmək imkanı şəxsə yalnız bir dəfə verilir. Müalicədən yayınan şəxslər cinayət məsuliyyətinə cəlb edilir.

Qeyd edilən qanun layihəsi Sərəncamla verilmiş tapşırıqların icrası çərçivəsində hazırlanmış ilk aktdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə və Cəzaların İcrası Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulur.