Impera

XƏBƏR LENTİ
00:20Tramp İranı qarışdırmaq istəyir - Parlament sədri00:17Türk ordusundan müdhiş həmlə: 18 terrorçu məhv edildi00:16Paris Sülh Forumu öz işinə başladı00:15Azərbaycanlı qız həbsə məhkum edildi00:13Tramp Turqut Özalla dostluq edirmiş – Foto00:12Trampla Putini yanaşı oturmağa qoymadılar00:11Əfqanıstan yenə qan gölünə çevrildi: 25 ölü...00:10Qaşıqçının ölümündən sonra ilk: xüsusi nümayəndə...00:09"Barselona" gözlənilmədən məğlub oldu: Messi...00:08Türkiyədə həyəcan: təyyarə qəzası xəbəri ölkəni qarışdırdı00:06Şad xəbər: xərclədiyiniz pulun 15%-i geri qaytarılacaq00:04Neft yenə ucuzlaşdı: OPEK+ hasilatı azaldır00:02Parisdə anım mərasiminə bu iki lider gecikdi20:34Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı20:27Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir20:02Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı19:52AFFA klublara xəbərdarlıq etdi20:10Cüdoçumuz Avropada qızıla sahib oldu12:44DİQQƏT!!! "Votsap"artıq etibarlı olmayacaq -Mesajlarınız oxunacaq. Necə?23:03Yunanıstanda növbəti meşə yanğını: əhali təxliyyə edilir22:52Sui-qəsd: ABŞ bunu istəsə, razılaşaram - Maduro22:27Tramp özünü təriflədi: rekord səviyyədə...21:51İranla ABŞ-ı bu ölkə yaxınlaşdıracaq? - Zərif açıqladı21:12​Əhaliyə BƏD XƏBƏR: Ərzaqlara yeni qiymət artımı gəlir – Deputatdan AÇIQLAMA21:02Rusiyadan Türkiyə ilə bağlı açıqlama: Hazırıq20:51Lavrov Xəzər razılaşmasından danışdı: Ümid edirəm ki...20:40Abadi İrana səfərini ləğv etdi20:29Türkiyə sərhədində partlayış: 32 ölü, 45 yaralı20:16Ronaldo xəstəxanaya yerləşdirildi20:05Xəzərlə bağlı mühüm gün: Səfər başa çatdı19:53"Bakı Bus"dan unikal qəza: yeni "təkər" - Foto19:24Nabranla bağlı video yayıldı: nazirlik həll etdi21:53Türkiyə ABŞ-ı məhkəməyə verir21:41Sanksiyalar Türkiyədə buna təsir etməyəcək - Kaşirski21:213 yaşlı Ofelya Eynşteyndən daha ağıllıdır - Dünya ondan danışır - FOTOLAR21:04"Ermənistanın maraqları naminə danışıqlar gedə bilər..." - Paşinyan20:46SON DƏQİQƏ: Azərbaycanda bu kəndlərlə əlaqə kəsildiyindən əhali helikopterlərlə ərazidən çıxarılır19:45Paşinyandan Rusiyaya GÖZ DAĞI: Yeni vəziyyətimizə öyrəşməlisiniz19:39NATO: “Rusiya əsas təhdiddir”19:29Ruhanidən Ərdoğana: Trampı peşman edəcəyik19:01Hazırda iyrənc sistemin dağılması gedir - Manuçaryan18:37İrana daha bir ağır zərbə: Fransa İran neftindən imtina etdi18:18Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq18:09AÇIQLAMA: Avropa bunu etsə, Rusiya savaş başladacaq - Video12:47Sərkisyanın iki yolu: Ya savaş, ya da həbs - Politoloq19:32Bu silahın gücü Xirosimaya atılan 160 atom bombasına bərabərdir19:26Biz Allahın quluyuq, Sorosun deyil - Ərdoğandan dollardan imtina çağırışı19:18Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb18:35CNN Qarabağla bağlı təxribatçı süjet hazırladı16:09Xanımım məni Fədayəyə qısqanırdı - Tacir16:01ABŞ-dakı Azərbaycan diaspor təşkilatları bəyanat yaydı15:55Bakıda güclü partlayış: ölənlər var15:53"Ana dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlamalıdır” - Təbrizli tələbələr15:47Bu yollarda məhdudiyyət olacaq – Təmir15:42Naxçıvan-Ermənistan sərhədində Şəhid olan əsgərimiz dəfn edilib - FOTO23:01Fələstinin ABŞ-dakı səfiri geri çağırıldı22:54Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı22:41İngiltərə də İsrailə bu "zorakılığı dayandır!"-dedi22:36İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb22:10İsrailin bu səviyyədə olan hücumlarına haqq qazandırıla bilməz - Fransadan böyük müharibə xəbərdarlığı22:02Netanyahu müdafiəsiz insanlara hücum edən aparteid dövlətin rəhbəridir - Ərdoğan21:24ABŞ-ın səfirliyini Qüdsə köçürməsi qərarı 52 fələstinlinin ölümünə, 2400-nün isə yaralanmasına səbəb oldu - Video21:04Rusiya ABŞ-ın Qüdsdə səfirlik açmaq qərarının əleyhinədir - Lavrov19:45Zərdabda şantajçı "jurnalist" tutuldu19:38İran ABŞ-sız nüvə müqaviləsi üçün AB-dən zəmanət istəyir - 60 gün...19:27İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı21:18Füzuliyə güclü dolu düşdü - Video20:54Xaçmazda avtoqəzada 4 nəfər xəsarət aldı19:54İranda “Qanun” qəzetinin Güney Azərbaycan türklərinin kimliyini inkar etməsi...- Məsumə Ağapur Əlişahi19:42Sevinirəm ki, Bakıda mükafatçılar sırasında yer ala bildim - Alkanoğlu23:05Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi22:57İmtahan verəcək abituriyentlər üçün vacib xəbər - Video22:49Tbilisidə narkotacirlər xalqı hakimiyyətin üzərinə qaldırdı - Video19:41Teatr direktorunun tamahı üzündən kollektiv 10 saat sərhəddə saxlanılıb19:25Rafael Ağayev 11-ci dəfə Avropa çempionu olub – YENİLƏNİB15:17"Qoca"nın qaçırılmasında təqsirli bilinən rəis və müavinlərinin həbs müddəti daha 3 ay artırıldı00:08Rusiya Suriyanı da yarıyolda buraxdı... - İsrail məmnun23:58Gecələri məzarlıqda ağlayan naməlum qız tapıldı22:01ABŞ-ın İran ilə əldə edilən nüvə müqaviləsindən geri çəkilməsi...- Rusiyadan Trampın qərarı ilə bağlı növbəti açıqlama21:38Türkiyə şahinləri bu dəfə “F-35”-lə fəzanı fəth etdilər – VİDEO20:53Bu preparatlar-qida əlavələri həyatınıza təhlükədir – Siyahı20:39Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"20:21ABŞ-da məktəbə silahlı hücum edilib- Yaralılar var20:07Səhiyyə Nazirliyi bir sıra hüquqlarından məhrum oldu - Fərman...21:08Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur....- Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd İsraili dəstəklədi21:01Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasim keçirilib20:48İlham Əliyev 3 fərman imzaladı20:41Üç ay davam edən əməliyyat sonunda İŞİD-in ən çox axtarılan beş başçısı yaxalanıb20:33Kiyev Ukrayna konstitusiyasının Donbasda bərpasına nail olacaq - Arsen Avakov20:18Çexiya da ABŞ-ın İranla nüvə sazişindən çıxmasına etiraz etdi20:12ABŞ prezidenti Koreya lideri ilə görüşəcək,... - Sözündən qaçmasa20:06Bu gündən İran-Azərbaycan sərhəd boyu gömrük məntəqələri 24 saat işləyəcək19:59Arda Turan 16 rəsmi matçda oynamaqdan məhrum edildi00:01ABŞ-ın İranla olan nüvə razılaşmasından çəkilmək qərarından sonra...- Putin narahatdır23:41Bu “bespredel”lər daha nə etməlidir ki, məsuliyyətə cəlb olunsunlar?!..22:57Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir. Əgər "soyqırım" olsaydı... - Ankara Paşinyanın cavabını verdi20:44Cəlilabadda trafik canavarı can aldı – FOTO20:34ABŞ beynəlxalq təhlükəsizliyi riskə atır - İran20:28Müqəddəs Qurani-Kərim kitabını təftiş edənlərə Dövlət Baxçalıdan sərt uyarı: Kimin nə həddi var ki...20:20Paşinyan Ankaraya meydan oxudu: "Erməni soyqırımının beynəlxalq tanınmasına sadiq qalırıq”
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Nazarbayev: "Bakıda çox böyük potensial var"

04 apr 2017, 10:12   
Nazarbayev: "Bakıda çox böyük potensial var"

Biz bu səfəri səbirsizliklə gözləyirdik. Böyük məmnuniyyətlə buraya gəlmişik. Mən azərbaycanlı dostlarımızdan qardaşlıq münasibəti, dostluq hissi və qonaqpərvərlik duyuram.

Altun.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 3-də Bakıda İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Dünən axşam və bu gün səhər məhdud və geniş tərkiblərdə görüşlərdə biz bütün məsələlər kompleksini müzakirə etdik. Siz bu barədə ətraflı məlumat verdiniz. Mənə yalnız bunu əlavə etmək qalır ki, bizim qarşılıqlı münasibətlərimizin əsas məsələsi ticarətdir. Ticarəti genişləndirmək əsasında bütün digər münasibətləri inkişaf etdirmək lazımdır. Ticarət bazisdir, təməldir. Biz ticari münasibətlərdə əmtəə dövriyyəsinin artırılmasının vacibliyini xüsusi ilə qeyd etdik. Demək olmaz ki, 140 milyon dollar potensialımıza cavab vermir, amma bizim imkanlarımızı göstərmir. Buna görə də bu sahədə birinci yerə Xəzər dənizi ilə nəqliyyat-logistika əməkdaşlığı çıxır. Qazaxıstan yeni İpək Yoluna cəlb olunub - Çin Xalq Respublikasının “bir kəmər-bir yol” təşəbbüsü əsasında Çinin sərhədindən Xəzər dənizinə qədər ümumi uzunluğu 2 min kilometrədək olan dəmiryolu inşa edilib. Artıq bu yol işləyir və öz bəhrələrini verir. Qərbi Çin-Qərbi Avropa avtobanının 2700 kilometrlik hissəsi inşa olunub. İndi söhbət Çindən konteynerlərin gətirilməsindən gedir. Yəqin eşitmisiniz, konteynerlər artıq Qərbi Avropaya, Böyük Britaniyaya 14 sutka ərzində çatdırılır, halbuki dənizlər və okeanlar vasitəsilə 40-45 sutkaya gətirilirdi. İndi isə məsələ belə qoyulub ki, yüklər Avropaya Qafqaz - Bakı, Xəzər dənizi vasitəsilə gətirilsin. Burada isə böyük potensial mövcuddur. Hesablamalar göstərir ki, daşımaların həcmi 6-7 milyard dollarlarla ölçüləcək. Onların böyük hissəsi Bakıdan keçəcək. Hesablamalar onu da göstərir ki, bu, Azərbaycana 500-600 milyon dollar gəlir gətirəcək. Yəni, burada çox böyük potensial var. Biz bütün dövlətlərdən - Türkiyədən, Gürcüstandan, Azərbaycandan xahiş etmişik və Qazaxıstana tapşırıq vermişik ki, daşımalar üçün tariflərin sərfəli olmasına diqqət yetirsinlər. Türkiyə ilə Rusiya arasında baş verən hadisələrlə əlaqədar Qafqaz vasitəsilə daşımaların həcmi artıb. Biz dərhal hiss etdik ki, həm Bakı, həm də Aktau hətta bunun öhdəsindən gəlməkdə çətinlik çəkirdilər. İndi Ukrayna bu marşrut vasitəsilə bütün Mərkəzi Asiya ilə ticarət qurmaq istəyir. Buna görə də burada çox böyük imkanlar açılır, biz bunu qeyd etdik.

İkinci məsələ. İlham Heydəroğlu qeyd etdi, əgər Qazaxıstanın idxalının nə olduğuna, Azərbaycanın ixrac və idxalının nələr olduğuna baxsaq belə çıxır ki, biz bir-birimizdə olan malları uzaq ölkələrdən alırıq. Məsələn, şəkər. Qazaxıstanda böyük şəkər qıtlığı var. Biz onu alırıq, amma Azərbaycandan da ala bilərik. Yaxud, Azərbaycan, məsələn, siqaretləri 250 milyona alır. Biz bunun yarısını verə bilərik və sair. Əgər bu malların siyahısına nəzər yetirsək, biz əmtəə dövriyyəsini kəskin artıra bilərik. Siz 2020-ci ilədək əmtəə dövriyyəsini 500 milyon dollara qədər artırmağı qarşıya vəzifə qoymusunuz. Amma mən dünən eşidəndə ki, bizim təkcə nəqliyyat nazirliklərimiz 500 milyonluq müqavilə imzalayıblar, onda deyə bilərik ki, biz 1 milyard həcmində əmtəə dövriyyəsinə nail ola bilərik.

Sənaye siyasəti hesabına biz müasir paravozlar, teplovozlar, dəmir yollarının yuxarı hissələrinin, istiqamətləndirici tənzimləyicilərinin və sairlərinin inşasını aparmışıq. Bütün bunlar Azərbaycan üçün zəruridir, biz bunları tədarük edəcəyik - metal məhsullar, mis, polad və sair. Təkcə Azərbaycandan Aktauya gətirilən tərəvəz məhsulları artıq bütün Qazaxıstana yayılır və bu həcm bir il ərzində 12 dəfə artıb. Bu, ölkələrimiz arasındakı nəhəng imkanlardan xəbər verir, yəni, ticarət, bax, budur.

Ticarətdən sonra ikinci yerdə energetika gəlir. Biz vaxtilə Bakı-Tbilisi-Ceyhan boru kəmərini dəstəkləmişik, gələcəkdə belə perspektiv var ki, Qazaxıstan nefti bu magistral ilə də Türkiyəyə, Avropaya və daha uzaqlara gedəcək. Biz bu məsələni də müzakirə etdik. Azərbaycan tərəfinin Bakıda inşa etdiyi xüsusi logistika mərkəzi, Bakıda və Aktaudakı taxıl terminallarımız ölkələrimiz arasında müvafiq məhsulu saxlamağa və boşaltmağa imkan verir. Yəni, nəqliyyat, energetika, kənd təsərrüfatı məhsulları ilə ticarət ölkələrimiz arasında əmtəə dövriyyəsinin əsas sahələridir", - Nazarbayev söyləyib.
OXŞAR MÖVZULAR