Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

"Ermənistan işğal etdiyi rayonları 3 aya boşaltmasa..."

01 mar 2017, 16:42   
"Ermənistan işğal etdiyi rayonları 3 aya boşaltmasa..."

İşğal davam etdikcə Ermənistanı və Dağlıq Qarabağı rahatlıq gözləmir. Hazırkı vəziyyətdə atəşkəs daima pozulacaq. Ermənistan və ATƏT-in Minsk qrupu həmsədrləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər müharibənin qarşısını almaq mümkün olmayacaq.
Altun.az milli.az-a istinadən xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, artıq Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan və Azərbaycan qoşunları arasında atəşkəs rejiminin qorunması öz aktullığını itirir: "Prezident İlham Əliyev bir neçə il əvvəl belə bir sualı gündəmə gətirmişdi: "Ermənistan hərbçisinin Ağdam və Füzulidə nə işi var?!" Bu sualın mənası o idi ki, Azərbaycan ordusu artıq Dağlıq Qarabağın ətrafının işğalı ilə barışmayacaq və Ermənistan ordusuna bu istiqamətdə təzyiqi artıracaq. Bu ərəfədə Ermənistan ordusu Dağlıq Qarabağa bitişik işğal altındakı rayonlarda hərbi təlimlərə başladı. Həmin təlimlər zamanı Azərbaycan hərbçiləri Ermənistan ordusunun helikopterini vurdu. Bu, artıq Azərbaycan ordusunun strategiyasının dəyişməsinin başlanğıcı idi. 2016-cı ilin aprel ayında baş verən genişmiqyaslı toqquşma da bu strategiyanın tərkib hissəsi idi. "Atəşkəsi kim pozur?" və ya "Kim pozdu?" sualının aktuallığı da getdikcə azalacaq".

Ekspert hesab edir ki, hazırkı vəziyyətdə atəşkəs daima pozulacaq, çünki bölgədə şərtlər və Azərbaycanla Ermənistan arasında hərbi balans dəyişib: "Azərbaycan silahlanmaya on milyardlarla dollar xərcləyir. Ermənistan Azərbaycanın aldığı qədər silah əldə edə bilmir və bu, onun cəbhə bölgəsindəki mövqelərini istər-istəməz zəiflədir.

Azərbaycan bu silahları məhz ona görə alır ki, Dağlıq Qarabağdakı Ermənistan ordusuna təzyiqi artırsın. Ermənistan və ATƏT-in Minsk qrupu həmsədrlərinin özləri də yaxşı anlayırlar ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər müharibənin qarşısını almaq mümkün olmayacaq. Ancaq gələcək müharibənin baş verməməsi üçün nə Ermənistan hakimiyyəti Dağlıq Qarabağdakı rayonların azad olunmasını sürətləndirir, nə də həmsədr dövlətlər - ABŞ, Fransa və Rusiya rəsmi İrəvanı belə bir addım atmağa məcbur edirlər. Ermənistan hakimiyyəti razılaşma əsasında ilkin olaraq bir neçə rayonu azad etsəydi, bu, sülh yolunda ciddi irəriləyiş olardı və cəbhə bölgəsində uzun müddətə sakitlik yaranardı. Ancaq rəsmi İrəvan bu addımı da atmağa hazır deyil".

E.Şahinoğlunun sözlərinə görə, Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafında işğal altında saxladığı rayonlardan şantaj məqsədilə istifadə edir: "Şantaj bundan ibarətdir: "Azərbaycan əvvəlcə Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referenduma razılaşsın, bundan sonra Ermənistan ordusu tədricən Dağlıq Qarabağ ətrafındakı rayonları boşalda bilər". Bu münaqişənin "paket həll" variantıdır ki, rəsmi Bakı bu prinsipi heç zaman qəbul etməyəcək. Çünki statusu müəyyənləşdirəcək referenduma bəri başdan razılaşmaq gələcəkdə Dağlıq Qarabağın müstəqilliyinə yol açacaq. Bakının "Dağlıq Qarabağ Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində öz müqədərratını müəyyənləşdirən referendum keçirə bilər" prinsipini isə İrəvan qəbul etmir".

Onun qənaətincə, işğal davam etdikcə Ermənistanı və işğal edilmiş ərazilərdəki ermənilər rahatlıq tapmayacaq: "Fevralın 25-də cəbhə bölgəsində yenidən ciddi toqquşma qeydə alındı. Rəsmi məlumatlara görə, bu döyüşdə Azərbaycan 5 hərbçisini itirdi. Bu hadisədən bir gün sonra Minsk qrupunun həmsədrləri cəbhə bögəsindəki gərgin vəziyyətlə bağlı bəyanat yaydılar. Bəyanatdakı bütün cümlələr əvvəlki bəyanatlarda olduğu kimi təkrarlanırdı. Sadəcə, bəyanatda bir cümlə fərqli idi: "Bəzi cəsədlər neytral zonada qalıb". Eyni cümləni Ermənistandakı saytlar da yazdılar. Həmin saytlarda iki ölkə arasında informasiya müharibəsini əks etdirən belə bir sual da var idi "Əgər Azərbaycan hərbçiləri hücuma keçməyiblərsə, azərbaycanlı hərbçilərin cəsədləri necə olub ki, neytral zonada qalıb?"

Bu sualın cavabı budur ki, işğal davam etdikcə Ermənistanı və Dağlıq Qarabağı rahatlıq gözləmir. Doğrudur, son döyüşdə Azərbaycan ordusu itkiyə məruz qaldı. Ancaq Ermənistan hakimiyyəti onu da anlayır ki, Azərbaycan ordusu bu itkilərin əvəzini çıxacaq. Bu, müdafiə naziri Zakir Həsənovun "hər şəhid olan hərbçimizin əvəzində qarşı tərəf onqat itki verəcək" konsepsiyasına uyğundur. Növbəti zərbəni Azərbaycan ordusu vurmalıdır.

Erməni saytlarının və həmsədrlərin yazdıqları "neytral zona" Azərbaycana məxsus və Dağlıq Qarabağa aidiyyəti olmayan ərazilərdir. Digər tərəfdən, həmsədrlərin "neytral zonada cəsədlər var" ifadəsi ona işarədir ki, 25 fevralda atəşkəsi Azərbaycan ordusu pozub.

"Atəşkəsi biz pozmamışıq" deməklə müdafiə mövqeyinə keçməyin əhəmiyyəti qalmayıb. Əhəmiyyətli o olar ki, "Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmayana qədər gərginliyin azalacağına heç bir təminat yoxdur" və ya müharibəyə tam hazır olduğumuz halda "Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına 3 ay vaxt veririk. Bu müddət bitdikdən sonra torpaqların azad olunması əməliyyatı istənilən gün və saat başlaya bilər" kimi açıqlama üzərində çalışmalar başlansın".

Mərkəzin rəhbəri bildirib ki, həmsədr dövlətlər Ermənistan hakimiyyətinə "mərhələli həll" planını qəbul etdirib, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmirlər. Belə olan halda müharibə davam edəcək: "Bir il ərzində Azərbaycan ordusu strateji Lələtəpə yüksəkliyini işğaldan azad etdi, bundan sonra "Qayıdış" proqramının (Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlərin geri qaytarılması) tərkib hissəsi kimi işğal altındakı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti işlər başladı. Məqsəd 25 ildən sonra məcburi köçkünləri Cocuq Mərcanlıya qaytarmaqdır. Azərbaycan cəmiyyəti bu uğurların davam etdirilməsini tələb edir".
OXŞAR MÖVZULAR