Bugün:

İran: “Suriyaya dəstəyimiz davam edəcək”

26 yan 2017, 14:45, altun
    Oxunub: 235
İran: “Suriyaya dəstəyimiz davam edəcək”

İran Suriya böhranının siyasi yolla həlli istiqamətində dəstəyini davam etdirəcək.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Dəməşqdə jurnalistlərə açıqlamasında İran parlamentinin spikerinin köməkçisi Hüseyn Əmir Abdullahian söyləyib.

“Suriya böhranı yalnız siyasi görüşmələrlə həll edilə bilər. Biz terrorizmlə mübarizə məsələsində Suriyaya yardımlarımızı davam etdirəcəyik”, – deyə o bildirib.

Qeyd edək ki, Abdullahian dünən Livandan Suriyaya səfər edib. O, səfər çərçivəsində Suriya Prezidenti Bəşər Əsədlə görüşüb.