Bugün:

Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan etdi

24 yan 2017, 19:16, altun
    Oxunub: 273
Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan etdi

ABŞ prezidenti Donald Tramp inauqurasiya gününü Milli vətənpərvərlik günü elan edib.

Altun.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, müvafiq bayramın təsisi barədə fərmanı Tramp yanvarın 20-də inauqurasiyadan dərhal sonra imzalayıb.

“Mən, ABŞ prezidenti Donald Tramp, mənə ABŞ-ın Konstitusiyası və qanunları ilə verilən səlahiyyətlə 2017-ci ilin yanvarın 20-ni Milli vətənpərvərlik günü elan edirəm”, - sənəddə deyilir.

Qeyd edilir ki, bayram amerikalıların bir-biri, eləcə də hökumət ilə münasibətlərini möhkəmləndirəcək.

2017-ci ilin yanvar ayının 20-də Donald Tramp and içərək ABŞ prezidenti vəzifəsinin icrasına başlayıb.