Bugün:

Ərdoğan: BMT-də islahatlar aparılmalıdır

23 yan 2017, 21:30, altun
    Oxunub: 271
Ərdoğan: BMT-də islahatlar aparılmalıdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının (TŞ) dəyişdirilməsi təklifi ilə çıxış edib.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, R.T.Ərdoğan bu quruma 20 ölkənin daxil olmasını təklif edib.

Türkiyə prezidenti deyib: “Mən dünya ictimiayyətini birləşməyə və BMT-də islahatlar keçirməyə çağırıram. BMT Təhlükəsizlik Şurası üzvlərinin daimi və müvəqqəti üzvlərə bölünməsini ləğv etmək lazımdır”.

R.T.Ərdoğan BMT TŞ-da təmsil olunacaq 20 ölkənin hər iki ildən bir dəyişməsini də təklif edib.

Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurasına 5 daimi, 10 müvəqqəti üzv daxildir.