Bugün:
Altun.az


Mənə efir qadağası qoyan kanal rəhbəri... - Millət vəkili

10 yan 2017, 13:34, altun
    Oxunub: 77
Mənə efir qadağası qoyan kanal rəhbəri... - Millət vəkili

Xeyli vaxt idi ki, televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir maraqlı verlişlə rastlaşmağımdır.

Bu sözləri millət vəkili Qənirə Paşayeva Azərbaycan televiziyalarında bayağılaşan verilişlər barədə fikrini bildirərkən yazıb. Q.Paşayeva vurğulayıb ki, Azərbaycan kanalına baxan kimi bu sahədən getdiyinə görə peşman deyil:

“Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verilişdə belə bir elan çıxdı: “Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə, bizimlə əlaqə saxlasın”. Bu elan bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona “xoşbəxt olsunlar, sənun üçün olsun” kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə öz-özümə “nə yaxşı ki, televiziyadan vaxtında getdin” dedim öz-özümə”.

Millət vəkili vaxtilə aktiv jurnalistika ilə məşğul olduğunu xatırladaraq, hazırda televiziyaları tənqid etməməsinə də aydınlıq gətirib:

“Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə, adamın ürəyi sıxılır. Bir çox insan tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı, siz bu sahədən gəlibsiniz” deyirlər. Bilmirlər ki, fikrinizi deyəndə, bölüşəndə televizyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, “onu efirə çağırmayın” deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir, Qənirə xanımın tədbirlərindən bir kadrı da bizim efirdə görsənməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək, "vallah, Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək" deyir. Mən də uşaqlara deyirəm ki, narahat olmasın, mən onun vəziyyətini anlayıram, Xəbərlər Xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində və verlişlərində elə görünməsəm yaxşıdır. İnsanlar da deyir, gəl, bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!”(axar.az)