Impera

XƏBƏR LENTİ
16:00Nəsib Həsənov Azərbaycanın milyardlarını niyə xaricdə gizlədir?16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN
BÜTÜN XƏBƏRLƏR

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Fazil Mustafadan İrana çağırış: "Sən də müsəlmansansa, Ermənistanla sərhədi bağla"

05 yan 2017, 19:13   
Fazil Mustafadan İrana çağırış: "Sən də müsəlmansansa, Ermənistanla sərhədi bağla"

Son günlər Milli Məclisin deputatı Fazil Mustafa haqqında bir sıra media orqanlarında sərt ittihamlar səsləndirilir. Xüsusilə dini motivli saytlarda millət vəkilini məzhəb ayrı-seçkiliyi salmaqda, yaxud hansısa dairələrə bağlılıqda günahlandırırlar.

Altun.az xəbər verir ki, F.Mustafa Publika.az-a müsahibəsində baş verənlərə aydınlıq gətirib.

- Fazil bəy, sonuncu dəfə saytlardan birində xoşagəlməz müsahibə yayımlandı. Siz buna etirazınızı bildirdiniz? Ümumiyyətlə son vaxtlar baş verənləri nə ilə izah edərdiniz?
- Bu məsələni həmin saytın rəhbərliyi ilə aydınlaşdırdım. Məlum oldu ki, həqiqətən bundan xəbərsiz olublar. Müsahibəni təqdim edən müxbir verdiyi suallarla irançı bir şəxsin mövqeyini tanıtmaq üçün şərait yaradıb. Belə məsələlərdə bütün saytlar diqqətli olmalıdır. Həmin müsahibədə birinci Türkiyəni aşağılamaqdan söhbət gedir. Türkiyənin Azərbaycana münasibəti şübhəli təqdim olunur, əvəzində İranın Azərbaycana dəstək verdiyini əsaslandırmağa çalışırlar. Lakin bu adamlar bir dəfə də olsun, Ruhaninin Ermənistana səfərinə pis demirlər. Təkcə bununla yekunlaşmır. Ölkənin tanınmış saytlarında ilahiyyatçı adı altında çıxış edənlər əxlaqdan, mədəniyyətdən, millətdən, vətəndən moizə oxuyurlar. İranın Ermənistana dəstəyinə gələndə, adicə tənqid etməyə cəsarətləri, yaxud milli ləyaqətləri çatmır. Problemin kökü budur. Azərbaycan multikultural dövlətdir. Burada dinindən, məzhəbindən, sosial vəziyyətindən asılı olmayaraq, hər kəs bərabərdir. Amma Azərbaycan vətəndaşı hansısa din, yaxud məzhəb örtüyü altında başqa ölkənin xüsusi xidmət orqanlarına bağlıdırsa, bunu üzə çıxarmaq lazımdır. Bizim kiminsə dini, məzhəbi ilə işimiz yoxdur. Əgər bir insan Azərbaycana, onun qanunlarına bağlıdırsa, onun dininə, yaxud məzhəbinə heç kim qarışmaz. Amma öz fəaliyyətlərini pərdələmək üçün “bizim məzhəbimizə qarşı çıxış edir” iddialarını ortaya atmağa başlayırlar. Mənə nə sənin məzhəbindən? Mən ateistinə də eyni cür yanaşıram, dindarına da. Hər kəs bərabərhüquqlu Azərbaycan vətəndaşıdır və bura demokratik ölkədir.

- Ümumiyyətlə dindarlar arasındakı belə insanlar kimlərdir?
- İrana və ərəb ölkələrinə bağlı olanlar var. Onlar təlimat alan kimi Azərbaycan dövlətinə qarşı çıxış edə bilərlər. Bir də Azərbaycana bağlı olan dindarlar var. Bunlar hansı camaatda, yaxud təriqətdə təmsil olunmalarına baxmayaraq, bu ölkənin maraqlarından çıxış edirlər. Onlarla heç kimin işi yoxdur. “Mən filan ölkədə filan müştəhibə, ayətullaha, camaat liderinə tabeyəm, o, nə desə onu edəcəm” deyənlər isə Azərbaycan qanunlarına tabe olmayanlardır. Deməli, onlar Azərbaycan konstitusiyası nəyi müəyyən edirsə, Azərbaycan prezidenti nə deyirsə, etməyəcək. Bu dövlətçiliyimiz üçün böyük təhlükəlidir. Bunun qarşısında susmaq olmaz. Bəlkə bu insanlar həqiqətən də yanlış yoldadırlar. Onları doğru yola gətirmək lazımdır.

- Bu şəxslər mediaya necə sıza bilərlər?
- Kənar ölkədən idarə olunan, maliyyələşən saytlar son vaxtlar bir-bir üzə çıxmağa başlayıb. Hər saytda iki-üç yazı peyda olur. Misal üçün, nur.az adlı sayt var. Tamamilə Azərbaycana düşmən saytdır, hətta müsəlmanlığa qarşı nifrət püskürən yazılar yayımlayır. Müəyyən dövlət idarələrindən maliyyələşən saytlar da var. Onlar da bəzən belə yanlışlığa yol verirlər. Bu ondan irəli gəlir ki, dövlət məqamında oturan bəzi məmurlar belə məsələlərə qeyri-ciddi yanaşırlar. Dövlətimizi qorumaq hamımızın borcudur. Bu yazıları özümə qarşı hücum kimi qiymətləndirmirəm. Bu, ümumiyyətlə hansısa bir ölkənin Azərbaycanda ideoloji mövqeyinin güclənməsi üçün edilən sistemli işlərdir. Bu məsələdə birgə hərəkət etməliyik ki, din pərdəsi altında strateji maraqlarımıza zərbə vura bilməsinlər.

- Dövlət səviyyəsində bu kimi məsələlərin qarşısı alınır. Sonuncu dəfə Nardaran hadisələrində dövlət ciddi addımlar atdı. Belə hesab etmək olarmı ki, Nardaranda təmizlənən radikal dindarlar hələ də cəmiyyətdə müəyyən adlar altında gizlənib və fəaliyyət göstərir?
- Əlbəttə. Ola bilsin ki, hansısa media orqanı bütövlükdə bu işi həyata keçirmir. Lakin ayrı-ayrı jurnalistlər var ki, onlar haqqında danışdığımız dairələrə birbaşa bağlıdırlar. Mən onları “qum saatı” ilə işləyənlər adlandırıram, yaxud “ərəb saatı” ilə işləyən də deyə bilərik. Eyni anlayışa malikdilər. Onlar üçün vətən məfhumu yoxdur. Sabah vətənə qarşı istənilən addımı atmağa hazırdırlar. Aman-zaman qurduğumuz bu dövləti qorumalı, vətəndaşlar olaraq ortaya müqavimət qoymalıyıq. Diqqət edin: müsəlmanlıqdan danışan bəzi saytlar “Nardaran şəhidləri” deyə yazırlar. Nardaranda nə baş verib? Orada Azərbaycan polisi öldürülüb. Təbii ki, qarşı tərəfdən ölənlərə də acıyırıq. Lakin belə saytlar Qarabağ şəhidi deyə yazmırlar. Bunu necə izah etmək olar? Hər kəs öz köşəsinə çəkilib türkçülükdən, millətçilikdən danışır. Azərbaycan millətçiləri adı ilə tanınanların bir qismi irançılardır. Zehniyyətcə, düşüncə ilə eynidirlər. Hələ ki, öz dövlətlərinin mahiyyətini anlamırlar. Bəzən onlar da üzərimizə gəlirlər. Misal üçün, tarixi mövzulardan danışarkən, əsassız danışmırıq. Bizə qarşı eyni tezisi həm millətçilər, həm də irançılar müdafiə edir. İranla Amerikanın Ermənistan məsələsində mövqeyi üst-üstə düşən kimi, tarixə baxış zamanı millətçilərlə irançıların mövqeyi üst-üstə düşür. Bu acınacaqlı məsələdir.

- İrançılarla millətçilərin mövqeyinin üst-üstə düşməsinin səbəbi nədir?
- İrançılar hiyləgərlikdən, millətçilər isə məlumatsızlıqan belə edirlər.

- Son vaxtlar bu qrup niyə birdən-birə aktivləşdi?
- Çünki fakt qarşısında qaldılar və altından çıxa bilmədilər. Buna görə də həyasızlığa əl atırlar. Ruhani Ermənistana səfər edir və deyir ki, sizə dəstək veririk. Azərbaycan tərəfi deyir ki, biz İranın daxili işinə qarışmırıq. Mən bir azərbaycanlı kimi deyirəm ki, bu erməni ilə həmrəy olmaqdır, mənəvi cəhətdən birlikdir və Azərbaycana qarşı atılan addımdır. İran bizim İsraillə münasibətlərimizi qabardır. Halbuki, İsrail İranın torpağını işğal etməyib. İşğal etsəydi, İran dediklərində haqlı olardı. Amma Ermənistan İranın simvol saydığı məscidləri dağıdıb, Xocalıda müsəlman qardaşlarına qarşı soyqırımı törədib, torpaqlarını işğal edib. Sən buna münasibətini ortaya qoy. Münasibətini ortaya qoya bilmirsənsə, deməli saxta müsəlmansan, yalançısan. Bu arqumentlər qarşısında çıxılmaz vəziyyətdə qalanda, başlayırlar diqqəti yayındırmağa. Deyirlər ki, Türkiyə ondan da pisdir, orada ermənilər işləyir. Türkiyə Azərbaycana görə sərhədi açmır. Bu yetərlidir. Türkiyədə erməni vətəndaşları yaşayır. İranın da ərazisində erməni vətəndaş yaşayır. Onların hüquqları 30 milyon Azərbaycan türkünün hüququndan daha çoxdur. İstəyəndə çaxırını, arağını çəkir, öz məktəbində təhsil alır. Türkiyədə erməni vətəndaşlar ümumi hüquqlardan istifadə edirlər. Bunun məsələyə nə dəxli var? Türkiyə Azərbaycana dəstək olaraq, sərhədi açmır. Sən də müsəlmansansa, sərhədi bağla. Bunu deyəndə susurlar, sonra da Türkiyəni ittiham etməyə başlayırlar. Bütün İran saytları mənim haqqımda “FETÖ-çü” deyə yazır. Halbuki, Fazil Mustafa Türkiyə hökumətinə dəstək verir. Necə ola bilər ki, həm “FETÖ-çü” olasan, həm də Türkiyə hökumətinə dəstək verəsən. Belə axmaqlıq olar?! Sadəcə olaraq, tapşırıq gəlib ki, bu adamın üzərinə gedəndə bu məsələləri qabardın. Lakin heç nə alınmır. Çünki hər kəs reallığı görür. Hətta həyasızcasına deyirlər ki, Nuru Paşa neftə görə Azərbaycanı işğal edib. Namusu olan azərbaycanlı bu sözü deməz. Çünki Nuru Paşa Bakıda ermənilərin təcavüz etdiyi qızları, qadınları xilas etdi və erməniləri özlərinin etdikləri ilə cəzalandırdı. Bu cür şər-böhtan xarakterli çıxışlar edirlər. Buna laqeyd qalmamalıyıq. Laqyedliyimizin cəzasını sonradan çəkirik.
OXŞAR MÖVZULAR