Bugün:

Çavuşoğlu:"Səfiri Gülənin tərəfdarı oldürüb"

04 yan 2017, 21:28, altun
    Oxunub: 195
Çavuşoğlu:"Səfiri Gülənin tərəfdarı oldürüb"

“Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qatili Fətullah Gülən hərəkatı ilə bağlıdır”.

Altun.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu deyib.

O, bununla bağlı əldə informasiya və sənədlər olduğunu bildirib.

Türkiyə prezidenti Racep Tayyip Erdogan da bundan əvvəl qatilin Fətullah Gülən hərəkatı ilə bağlılığını istisna eləməmişdi.

Səfir Andrey Karlov dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edərkən öldürülüb.

Onu polis əməkdaşı olan Mevlut Mert Altıntaş güllələyib.
loading...