Bugün:
Altun.az


Putindən Obamaya SİYASİ DƏRS

31 dek 2016, 15:33, altun
    Oxunub: 164
Putindən Obamaya SİYASİ DƏRS

Rusiya ABŞ diplomatlarını "arzuolunmaz şəxs" elan etməyəcək.

Altun.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. "Rusiya "mətbəx diplomatiyası" səviyyəsinə enməyəcək", - o vurğulayıb.
Rusiya prezidenti bildirib ki, iki ölkə arasında münasibətlərin bərpası ABŞ-ın yeni prezidenti Donald Trampın yürütdüyü siyasətdən asılı olacaq.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Moskvadakı səfirliyinin 31 əməkdaşının, eləcə də Sankt-Peterburqdakı baş konsulluğunun 4 diplomatının persona non-qrata elan edilməsi haqqında Rusiya prezidentinə təklif irəli sürüb.

Xatırladaq ki, ABŞ hakimiyyəti Rusiyanın Vaşinqton və San-Fransiskodakı diplomatik təmsilçiliklərinin 35 diplomatının ölkəni tərk etməsi üçün 72 saat vaxt verib. Rəsmi Vaşinqton bu tədbiri ABŞ diplomatlarının Rusiyada sıxışdırma kampaniyası ilə əsaslandırıb. Eyni zamanda, ABŞ prezidenti bu ölkədəki Rusiya diplomatlarının kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu da bildirib.

ABŞ prezidenti Barak Obama Rusiya Federal Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi də daxil olmaqla, dövlətin 5 qurumu və 6 fiziki şəxsə şamil edilən sanksiyanı imzalayıb.