Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hansı erməniyə nifrət edək?

15 dek 2016, 19:54   
Hansı erməniyə nifrət edək?

Fazil Qəzənfəroğlu, Milli Məclisin üzvü

Bu mövzuda ayrıca sorğu keçirməyə də gərək yoxdur. Cinahlarda duran insanlar bəllidir. Gözlənildiyi kimi, səmimi vətənpərvər insanlar üçün də, Vətənşivənlik ştatının işçiləri üçün də “ilanın ağına da, qarasına da lənət” deyimi ilə müzakirə mövzusu tam qapanmışdır.

Əslində istər vətənpərvərlik, istər də vətənşivənlik cinahından təqdim olunan bu kimi görüşlərin də qabarıq olaraq ifadəsi normal sayılmalıdır. Hamının siyasət və diplomatiya cizgiləri içində davranması cəmiyyətin müqavimət duyğusunu xeyli korşalda bilər. Bununla belə, hər hansı bir müqavimətçiliyin də, cəmiyyətdə ən ağır milli problemimizlə bağlı yeni çağırışları, təşəbbüsləri yerindəcə boğmasına imkan tanımanın da hansı təhlükəllərə yol aça biləcəyinin fərqində olmalıyıq.

Bu yeni çağırışlardan birini də heç şübhəsiz hökumət orqanlarının susqunluğu altında praktik addım atan tanınmış jurnalist Eynulla Fətullayev etdi. Ermənistan dövlətinə qarşı müxalif olan, həm də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bir erməni jurnalistini işə götürərək cəmiyyətimiz üçün nəbz yoxlaması keçirməyi qərara aldı. Buna həm də Azərbaycanın xarici siyasətinin, diplomatiyasının bir eksperimenti kimi baxanların haqlılığını qətiyyən gözardı etmək olmaz.

Artıq Əkrəm Əylislinin “Daş yuxular”ından sonrakı ikinci belə bir qaynama mövzusu ortaya qoyulmuşdur. Ancaq dövlət siyasəti, diplomatiya üçün Əkrəm Əylislidən fərqli olaraq Eynulla Fətullayev faydalı bir cizgi izləməyi öz üzərinə götürdü. Əkrəm Əylisli humanist erməni obrazına qarşı vəhşi türk obrazı yaratmaqla ciddi bir siyasi naşılıq göstərmişdi və bu səbəbdən də hansısa barışçı niyyəti təbliğ etməyi düşünsə belə, yazıçı-humanist obrazının qəlibinə sığınsa belə, bu sarımsaqla balı birlikdə yedizdirmək mümkün olmadı.

Hansı erməniyə nifrət edək?


Hər halda bu güclü qələm ustadının cəmiyyətə rağmən cəmiyyətin faydasına ola biləcək bir düşüncə formalaşdırmağa təfəkkürü yetərincə olmadı. Bir tərəfdə bir humanist türk obrazı, digər tərəfdə humanist erməni obrazı yaratmaqla hansısa qəddar erməni və qəddar türk obrazlarının yaratdığı psixoloji fəsadlarını diqqətə çatdıra bilərdi. Ancaq Əkrəm Əylisli öz simpatiyasını erməni humanizmindən yana istifadə etməklə, bu istiqamətdə hər iki cinahda yer alan irsi nifrəti qarşılıqlı şəkildə azaldacaq bir missiya ortaya qoya bilmədi.

Fikrimizcə, gələcəyimizi üçün gerçəkliyi ifadə edən bəzi mətnlər bütün qaragüruhçu axına qarşı dirəniş göstərməklə açıq şəkildə yazılmalıdır və oxunmalıdır. Bəli, həm də deyilməlidir ki, biz xalq olaraq erməni ilə düşmənik, torpağımızı işğal etdiyinə görə, Qərbi Azərbaycanda, Xocalıda və Qarabağda soyqırım, etnik təmizləmə gerçəkləşdirdiyinə görə, əhalimizi qaçqın, məcburi köçkün durumuna saldığına görə! Biz dövlət olaraq da Ermənistanla düşmənik, yenə də eyni motivlərə görə! Ona görə də güclü ordu quraraq düşməni torpaqlarımızdan çıxarmaq məqsədi ilə ən amansız şəkildə Ermənistan ordusunun əsgərlərini və onlara qoşulmuş muzdlu qüvvələri məhv etməyə hazır olmalıyıq.

Xalq olaraq Milli Ordumuzun dəstəklənməsi və güclənməsi üçün hər birimiz üzərimizə düşən borcu yerinə yetirməliyik. Lakin bu praktik addımlarla yanaşı biz “düşmən olmaq”la “nifrət etmək” arasında məsafəni bir daha dəqiqləşdirməliyik. Xalq olaraq, dövlət olaraq düşmənçilikdən o tərəfə cılız nifrət psixologiyasını özümüzə aşılamaqla dünya düzənində mövcudluğumuzu şübhə altına almış olacağıq. Hətta o zaman bir dini kimliyimizə aid olan “Sizinlə savaşanlarla savaşın!” tələbini də gözardı etməyə vara biləcəyimiz də unudulmamalıdır. Bizimlə savaşmayanlara, əl uzadanlara qarşı necə, nifrət duyğularımızdan çıxış edərək düşmənçiliyi davam etdirməyi nə ilə əsaslandıracağıq? O zaman başqa suallar da ard-arda düzüləcəkdir: Hansı rusa nifrət edək? Hansı farsa nifrət edək? Hansı gürcüyə nifrət edək?

Hansı erməniyə nifrət edək?


Deyəcəklər ki, onlar bizim hansısa torpaqlarımızı işğal etməyiblər, ermənilərlə onları eyniləşdirmək olmaz! Məgər tarix şüurumuzda yer almır ki, Dərbəndi ruslar, Güney Azərbaycanı farslar, Borçalını gürcülər bizim əlimizdən alıblar? Dünən, bu gün, fərqi nədir, Vətən torpağı BMT-nin təsdiq etdiyi ərzilərlə məhdudlaşmır ki? İrəvan, Zəngəzur, Dağlıq Qarabağ bizim göz yaddaşımızda qalanlardır, bəs tarix yaddaşımızda qalan Güney Azərbaycanın, Borçalının, Dərbəndin dəyəri məgər İrəvan, Zəngəzur, Dağlıq Qarabağdan, Kəlbəcərdən, Laçından, Ağdamdan və başqa bölgələrimizin dəyərindən aşağıdır? Bütöv bir xalqa nifrət duyğularını əbədilik daşımaq bizə nə vəd edir? Əbədi düşmənçilik duyğusumu? Eyni qətliamları biz türklərə qarşı ruslar, farslar, gürcülər də tarixin fərqli dövrlərində gerçəkləşdirməyiblərmi? “Babalarımıza edilənlər bizə qarşı edilməyib” deyə bilmərik ki?

Halbuki biz dövlət olaraq Rusiya, İran və Gürcüstanla dost ölkə olduğumuzu bəyan edirik. Ruslarla, farslarla, gürcüləərlə heç bir nifrət kompleksinə qatılmadan oturub-dururuq, yeyib-içirik, ticarət edirik. Bircə Ermənistana düşmən olduğumuzu, bunun da bizdən deyil, onların işğalçılıq siyasətindənn qaynaqlandığını bütün rəsmi platformalarda söyləyirik. Və hər dəfə də vurğulayırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etsə, biz onunla qonşu dövlət kimi normal münasibətlər qurmağa hazırııq. Eyni şeyi Türkiyə də deyir. İndi bəs bu Eynulla Fətullayev nə deyir?

Hansı erməniyə nifrət edək?


Dəqiq tərcümə edərsək, Azərbaycan və Türkiyə dövlələrinin hər dəfə təkrarladığı tezislərin praktik bir modelini təqdim edir. Suzen Caqinyanın timsalında Ermənistan dövlətinin atmaq istəmədiyi adddımı fərd olaraq bir, iki, üç erməni atır. Onlar Ermənistanınn işğalçı siyasətinə qarşı çıxır, Xocalı soyqırımına görə xalqımızdan üzr istəyir, Dağlıq Qarabağ üzərində Azərbaycanın yurusduksiyasını tanıyır! İndi nə edək, “ilanın ağıına da, qarasına da lənət” deyib, çevirəkmi bu əlləri? Yaxud da bu əllərdən cəsarətlənərək Azərbaycana doğru uzanan əllərin çoxalmasını stimullaşadıraq? Bir erməninin öz dövlətinin işğalçılıq siyasətini, etnik təmizləmə siyasətini ifşa etməsi ilə bir azərbaycanlının bunu etməsi arasında fərqi ayrıca izah etməyə gərək varmı? Hər dəfə diplomatiyamız dünyanın gözünə soxur ki, Bakıda otuz mindən artıq erməni yaşayır, ermənilər vəhşicəsinə məscidləri yandırıblar, bizlər isə erməni kilsəsini şəhərin mərkəzində təmirli vəziyyətdə saxlamışıq, ardınca da mulltukulturalizim, tolerantlıq və s. mövzularda mühazirələr oxuyuruq.

Halbuki indiyədək otuz mindən artıq himayə olunan erməni xammalından siyasi brend hazırlayıb təqdim edə bilməmişik ki, Rusiyanın himayəsi ilə azğınlığını davam etdirən Ermənistanın işğalçılıq siyasətini ifşa etsinlər, dünya arenasına çıxaraq bizim dövlətin haqlı tezislərini möhkəmlətsinlər. Bir çox insanların duyğuları anaşılandır, dövlət də bunları nəzərə almalıdır. Ancaq dövlət siyasətində duyğular hakim ola bilməz. Biz itirilmiş torpaqları qaytarmaq üçün bütün gedişləri sınaqdan çıxarmaıyıq. Ordu ilə savaş meydanında döyüşməliyik, diplomatiya ilə masada görüşməliyik, informasıia vasitələri ilə hər bir erməni vətəndaşa təsir göstərməliyik və nəhayət bizim haqlı tezisləri qəbul edən erməniləri BMT-nin, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının önünə çıxarmalıyıq. Və deməliyik ki, bu da sizin sevdiklərinizin söylədiyi həqiqətlər, bururun dinləyin. Bizim söylədiklərimizə illərdir inanmırsınız, barı öz sevdiklərinizə, dəstəklədiklərinizə qulaq asın. Odur ki, “ilanın ağına da, qarasına da lənət” deyib keçməyin. Babalarımızın bu lənət psixologiyasının nəticəsidir ki, avropalılar ilan zəhərini müalicə üçün ən faydalı xammal olaraq istifadə edə bildilər… Sonra da bu lənət, nifrət cəhalətinin içində yüzillər boyu daldalanan bizim kimi toplumların taleyini istədikləri kimi zəhərlədilər.
OXŞAR MÖVZULAR