Bugün:
Altun.az


" Dövləti kimlər və haralar idarə edir? " : Qurban Məmmədov - KEÇMİŞDƏN BU GÜNƏ

13 dek 2016, 01:00, altun
    [declination=1 420]Oxunub: | [/declination]1 420
" Dövləti kimlər və haralar idarə edir? " : Qurban Məmmədov - KEÇMİŞDƏN BU GÜNƏ

Tanınmış vəkil Qurban Məmmədov eyni adli səhifesində həpsdə olarkən bu gün yazmış olduğu yazını paylaşaraq movzuya fərqli baxış gətirib. Altun.az həmin yazını təqdim edir.

Din və əxlaq həm də iqtisadiyyat və müstəqillik məsələsidir.

“Bir neçə il bundan əvvəl məktəblərdə qadınların hicab bağlamasına qadağa qoyulması Azərbaycanda bəzi insanlarda narahatçılıqlar yaratdı. Gəlib XX-XXI əsrdə Azərbaycan qadınını çarşaba qaytarmaq təbii ki, səhv idi. Bununla bağlı Azərbaycan mətbuatı dövlətin çarşaba qarşı gördüyü tədbirlərə kömək olaraq əlbir işlədilər. Bu gün, görürsünüz, bu zalda bir nəfər də olsun çarşablı qadın yoxdur. Bu, bizim uğurumuzdur və mətbuatın köməyi ilə görülmüş işin nəticəsidir”.

Bu sözlər islama qarşı yüzillik səlib yürüşlərini həyata keçirən xristian Avropasında yox, guya əhalisi müsəlman olan Azərbaycanda səslənib. Həm də o dövrdə ki, vaxtilə müsəlmanların qanını içən, islamı bir din kimi yox etməyə çalışan Vatikanda-Avropanın bütün paytaxtlarında, universitetlərində, ictimai yerlərdə çadralı, hicablı müsəlman qadınlarının mövcudluğu Ay kimi, Günəş kimi, küləyin əsməsi, suyun axması kimi təbii qəbul olunur.

BƏDAƏTƏN DEYİLƏN O SÖZLƏRDƏ ÇOX SİRLƏR GİZLƏNİB. BU FİKRİN BELƏ FORMADA, AÇIQ ŞƏKİLDƏ SƏSLƏNMƏSİ AZƏRBAYCANIMIZIN NECƏ TƏHLÜKƏLİ ƏLLƏRDƏ OLDUĞUNDAN XƏBƏR VERİR. ÇÜNKİ BU FUKİRLƏR ADİ ADAMA YOX, DEPUTAT VƏZİFƏSİNƏ TƏYİN EDİLƏN, DÖVLƏTİN SİYASƏTİNİN MÜƏYYƏNLƏŞMƏSİNDƏ XÜSUSİ ROL OYNAYAN, QANUNVERİCİ ORQANIN ÜZVÜ, DÖVLƏTİN RƏSMİ MÖVQEYİNİN İFADƏÇİSİ OLAN “AZƏRBAYCAN” QƏZETİNİN BAŞ REDAKTORU BƏXTİYAR SADIQOV ADLI ŞƏXSƏ MƏXSUSDUR.
DİQQƏT EDİN İFADƏYƏ: “HİCABA QADAĞA QOYULMASI DÖVLƏTİN ÇARŞABA QARŞI YÜRÜTDÜYÜ TƏDBİRLƏR …”

Bəli, Azərbaycan hakimiyyəti “hicaba, çarşaba qarşı tədbirlər” görür. Başa düşə bilirsiniz? Qarabağı xilas etmək üçün yox, insanların həyat səviyyəsini qaldırmaq üçün yox, aclığa, səfalətə, dilənçiliyə, vətəni trək etməyə məcbur edən iqtisadi-siyasi-hüquqi dözümsüzlük şəraitinə qarşı yox, məhz “hicaba, çarşaba qarşı” tədbirlər görülür bu məmləkətdə. Ona görə nur üzlü, haqq dilli Tale Bağırzadə və dostları, ona görə müasir təhsilli, ancaq milli xarakterli İlkin Rüstəmli, Zaur Qurbanlı və dostları, düz sözün carçıları Əvəz Zeynallı və Sərdar Əlibəyli həbsxanalarda çürüdülürlər.

“Hicab məhbusları”…

İifadəyə bir bax, Allahım, “hicab məhbus”ları.

Bu insanlar ona görə həbs olunur, təqib edilirlər ki, onlar haqqı müdafiə edir, sözün düzünü deyirlər. Çünki müsəlmandırlar. Məzhəbləri-Allaha doğru getdikləri yol fərqli də ola bilər. Ancaq inandıqları din onlardan haqqın yanında olmağı, “qaniçənlik etməməyi, kimsəyə zülm etməməyi, uşaqları, qocaları və qadınları öldürməməyi, bar verən ağacları kəsməməyi, monastrlara sığınan insanlara toxunmamağı” (Həzrəti Əbu Bəkr Siddiq r.a), “müsəlmanların hüququnu gözləməyi, onları aldatmamağı, döyməməyi, lovğalanmasınlar deyə haqsız yerə də tərifləməməyi, güclülərin zəifləri əzməməsini” (Həzrəti Ömər Faruq r.a), “Zalımların zülmünə qarşı divar kimi dikəlməyi” (Həzrəti Əli r.a), “qadınlara bəzək yerlərini örtməyi” (Ən Nur surəs, …) tələb edir.

“Dövlətin hicaba qadağa qoyması və çarşaba qarşı gördüyü tədbirlər…”

Bəxtiyar Sadıqovun dediyi bu sözlərin eşidildiyi, deyildiyi, dözüldüyü məmləkət əhlini müsəlman hesab etmək olarmı? Bu fikri ifadə edənin özünü necə, müsəlman saymaq olarmı?

Bizi kimlər idarə edir?
Azərbaycan dövlətini idarə edənlər müsəlmandırlarmı? Müsəlmandırlarsa, onda bu dövlət niyə çarşaba, hicaba qarşı tədbirlər görməlidir?

Onları və onların vasitəsi ilə də bizi, dövlətimizi idarə edən kimlərdir, hansı dinin, əxlaqın daşıyıcılarıdırlar?

“Biri”, “digəri”nin əyalının ətəyi qısa, sinə- başı açıq geyinməsinə qarşı tədbir görmürsə, o “digəri” nə üçün “biri”lərinin əyalının hicabına, çarşabına qarşı tədbirlər görməlidir?

Nə məqsədlə?

Allahın əmrlərinə qarşı çıxanların, Allaha müharibə elan edənlərin torpaqlarımızı ala biləcəklərinə inanırsınızmı? İstəslər belə ala bilməzlər. Allah qoymaz.

Hicab həbsdə olduğu müddətdə torpaqlarımızın azadlığı mümkün deyil.

Çünki onlar, işğalçılar müsəlman olmasalar da, xristiandırlar. ALLAH evləri sayılan kilsələri var. Dinlərinin tələblərinə əməl edirlər. Biz heç xristian da deyilik.

Biz hicaba, çarşaba qarşı tədbir görən bir rejimin məzlum nökərləri, qulları, züy tutanlarıyıq. Biz o torpaqlara layiq deyilik.

Bizi onlar özlərinə lazım olan kimi idarə edirlər. Bunların əli ilə. Bu rejim vasitəsi ilə. Bizi istədikləri kimi idarə edirlər.

Biz özümüz Allah yoluna gəlməyincə, Bəxtiyar Sadıqovlar çarşaba, hicaba qarşı tədbirlər gördükcə o torpaqlar bizə, biz də o torpaqlara həsrət qalacağıq.

Çünki yolunu azmış tayfayıq. Yüyənimiz yad əllərdədir.

ATV, ANS və Spase televiziya proqramlarına baxanda aydın olur ki, Azərbaycan hakimiyyətini idarə edənlər bu televiziyaları da idarə edir və hansısa mərkəz bu proqramları eyni mahiyyətli mövzularla təmin edir.

11 may 2014-cü il Spase TV-nin “Günaydın” verlişində, saat 13:45-də, aparıcı xanım özünün zəhlətökən cırcırama səsi ilə Günay adlı gəc müğənniyə: “Sən çox cəsarətlisən, konsertində istədiyin kimi geyindin, çox tənqid etdilər, ancaq sənin kompleksin yoxdur. Ledi Qaqa (ingilis dilindən tərcümədə Lady Gaga- “yelbeyin, qanmaz qadın” deməkdir) Rihanna da elə geyinir, ulduzsansa elə geyinməlisən.”—deyir.

Aparıcı, gənc tamaşaçı qızların şüuruna yeritmək istəyir ki, açıq-saçıq geyinmək nəinki normaldır, həm də bu cəsarət nümunəsidir.

Cəsarət soyunmaq, abırsız geyinməkdirsə, bəs əsl cəsarət, məsələn abır-həyalı xanımın özünü təcavüzkardan qorumaq üçün döyüşməsi, şikəst olmuş həyat yoldaşını və 2 uşağını saxlamaq üçün orduda işə girməsini və s. bu kimi hərəkətləri necə qiymətləndirmək lazımdır?

ANS-in “Adam içində” verlişində. Guya saytlardan birində, başqasından uşaq doğması barədə gedən məlumata görə ailəsi dağılan “müğənni” xanımın “faciəsi” müzakirə edilir. 20-25 il bundan öncə belə bir yalan məlumat yayan adam öldürülər, ya da hansısa formada bədəl ödəyərdi. İndi isə ailəsi dağılmış, faciə içində olan qadın, üzündə sevinc, gözlərində parıltı, bud-baldır nahiyəsini qabartmaq üçün xüsusi geyimdə onu əxlaqsızlıqda, zinakarlıqda ittiham edən “jurnalist”lə yan-yana oturub müzakirə aparırlar. Siz belə bir səhnənin mümkünlüyünü 20-25 il öncə təsəvvür edirsinizmi? Bu nədir? Bu nə müzakirədir? Bununla cəmiyyətimizi hansı dəyərlərə alışdırmaq istəyirlər? Nə məqsdlə?

Ailəsi dağılmış, faciə içində olan müğənni hərdən bir don dəyişib, ətrafında təsir buraxan ədalarla növbəti verlişlərə gəlir. 2-3 verlişdən sonra özü də “ekspert” qismində suallar verir, insanlara yol göstərir, ağıl öyrədir. Aparıcı onun fəallığına şərait yaradır, reklamına imkan verir. “Faciəli-dərdli” xanım da bundan çox məharətlə yararlanır.

Nəticə: zina etməkdə, bic doğmaqda ittiham edilən müğənni sonda ekspert kimi yaddaşlarda qalır, müğənni olduğu yada düşür və ictimai şüura bir ideya yeridilir: zina etmək də olar, zinada ittiham edilmək də. Bunu hətta ictimai müzakirəyə çıxarmaq da. Əsas olan zina, əxlaqsızlıq, namussuzluq yox, bu faktın mətbuata çıxarılmasıdır. Nə jurnalist cəzalandırırlır, hansısa formada (nə mülki, nə də cinayət qaydasında) məsuliyyət daşıyır, nə də … Deməli, müğəninin bic doğmağı həqiqətmiş. Belə birisi toylarımızı bəzəyəcək.

ANS-in “Adam içində” proqramında ikinci bir “möhtəşəm” hadisə. Televiziya jurnalisti olan bir xanım bir müğənniyə qarşı iddia irəli sürür: doğduğu uşağın atası odur. Uşağı əvvəl bir başqasının adına yazdırıbmış. O başqası deyəsən aparıcının təbirincə, nakişilik edib jurnalist xanımdan pul qopartmaq istəyib. Ona görə də uşağın əsl atasının axtarışına çıxıb. Müğənni cavan oğlan verlıişdə atası ilə birlikdə iştirak edir, həmin xanımla, aparıcı demişkən, kişilik edərək əlaqədə olduğunu boynuna alır.

Efirdə, həm də canlı efirdə, zina və fahişəliklə məşğul olan adamların hərəkətləri açıq şəkildə müzakirə edilir.

Ən “müasir “ olan, müasirlik əlaməti saydıqları bilirsiniz nə olur?

DNK analizi keçirilir və sübut edilir ki, uşağın atası bu müğənni deyil.

Nəticə: xanım jurnalist o qədər kişi ilə əlaqədə olub ki, uşağın atasını dəqiq tapa bilmir. Uşağına ata axtarır. Bic doğulmuş uşağına. Bu epizodda da ən maraqlısı isə, müğənni oğlanın deməsinə görə, bic doğan xanımın çox yaxşı bir babasının olmasıdır. Görüşüb danışıblar da. Əğər ekspertiza ilə sübut edilsə ki, uşaq onundur, qəbul edəcək, hər cür yardım göstərəcək. Aparıcı: “sən kişi adamsan”.

Məqsəd: İctimai şüura yeritmək istəyirlər ki, əsas olan zina, namus, əxlaqlı həyat deyil. Bic də doğa bilərsən. Uşağın atasını ekspertiza ilə də tapmaq olar. Ata tapılmasa da olar, faciə deyil. Belə davam edin.

20-25 il bundan öncə belə bir hadisəyə tərəflərin kişilərinin, məsələn atasının, qardaşının, babasının münasibəti necə olardı? Özünüz təsəvvür edin.

Cəmiyyəti xoşqeyrətliliyə və anti islami həyat tərzinə alışdırmağa çalışırlar.

Yenə də ANS. “Adam içində”.

Süjet: 2 cavan oğlan 1 qadınla bir mənzildə yaşayırlar .

Aparıcı: “Nə olsun, XXI əsrdir. İnsanlar azaddır. Biz onların şəxsi həyatlarına qarışa bilmərik”.

Ancaq cəmiyyətə informasiya ötürülür: belə də olar. Belə yaşasaz, heç kim sizi qınaya bilməz. Bu sizin şəxsi həyatınızdır. Soruşan yoxdur ki, bu şəxsi həyatdırsa, niyə efirdə reklam olunur.? Məqsəd eynidir.

Yenə də ATV. “Ümid var”.

Aparıcı şokda olduğunu, hamının da şok olacağını vurğulayır. Daha çox tamaşaçı cəlb etmək üçün maraq oyadır. Reytinq kəllə-çarxa qalxıb və diqqət ekrana: bir kişi rəsmi ər-arvad olan digərlərindən uşaq tələb edir. İddia edir ki, uşağın biri “bəlkə də ikisi” onun törəməsidir. Rəsmi ərin uşağa aidiyyatı yoxdur. 20-25 il öncə bəlkə də, həqiqətən hamı şoka düşərdi. Ancaq yox. Artıq bizi belə halların günah, əxlaqsızlıq, cinayət olmadığına inandırıblar. Azdlıq, demokratiya və insan haqlarını bizə məhz belə misallarla çatdırıblar.

Aparıcı, xanıma sual verir: “iddaçı düzmü deyir, uşaq ondandır, yoxsa ərindən?”

Cavab olduqca müasir və XXI əsrə yaraşandır: “ola bilər”.

Böyründə oturan “ər” ona dönür, nəsə soruşur. Qadın öz qürurlu, əzəmətli duruşunu pozmur. Cəmiyyətin, qohum-əqrabasının reaksiyasının necə olacağına arxayındır. Bilir ki, cəmiyyət son 20-25 ildir müasirləşdirilir. O da müasir qadındır. Tayfasındakı kişilər də çoxdan nakişi olublar. Onu cəzalandıran olmayacaq.

Sonda ər: “arvad mənimdir, əcəb eləyib, mən bağışlayıram”-deyə, əl-ələ studiyanı tərk edirlər.

Cəmiyyətə mesaj: problem deyil, belə də olar… ATV-yə gəlin, kömək edərik, hər şeyə ümid var.

Aparıcı, tam əminəm ki, gördüyü bu işin məqsəd və mahiyyətini anlamır. O sadəcə bir sunucu, aparıcı, təqdim edicidir. Proqramın ssenarisini yazan, mövzuları müəyyənləşdirən, oyuncuları tapan və maliyyələşdirən başqalarıdır, səhnə arxasında olanlardır. Aparıcı isə kor-koranə bir icraçıdır. Hərdən də öz hərəkətləri ilə verlişə duz, məzə qatır, daha cazib hala gətirir, duyğu sömürüsü ilə verlişini gözəlləşdirir, yəni reytinq yığır.

ANS. “Adam içində”.

Rusiyadan gələn bir maniken, qaldığı hoteldən gedib cəmiyyətdə hələ tatnınmayan gənc müğənni ilə bir mənzildə yaşayırlar. Bir-birilərini “sevirlər”. “Ekspert”lərin iradlarına cavabı belə olur cavan “oğlan-müğənni”nin: “indi XXI əsrdir, biz müasir adamlarıq, hələlik bir yerdə yaşayırıq, gələcəkdə birlikdə qərar verəcəyik”.

Axı, Avropada belə münasibətlər yayğındır.

Bu süjetdə başqa maraqlı şeylər də var. Sən demə, Azərbaycanda heç kimin tanımadığı, lakin dünyada məhşur olan bir psixiatr həkim-ekstrasens var. Maniken qızı da, biznesmen olan atası, anası ilə birlikdə müalicə olunmaq üçün Azərbaycana, onun yanına göndərib. Proqramın sonunda bilinmir ki, bu maniken qızın atası niyə qızının arxasınca gəlmir, niyə polis orqanlarına müraciət edilmir ki, itmiş qız tapılsın.

3-4 verilişdən sonra qız və oğlan tapılmalıdır ki, tamaşaçı çoxalsın, reytinq yığılsın, daha çox gənci mənən poza bilsinlər.

Eyni məqsədli başqa bir ssenari.

Bir musiqi qrupundan 20 yaşlı “müğənni” qız yoxa çıxıb. ANS axtarış elan edir. Polis və Prokurorluq yox, insan oğurluğu ilə “Adam içində” məşğul olur. 5-6 verilişdən sonra “oğurlanmış qız” efirə çıxır. Özündən yaşlı birisi ilə bir mənzildə yaşadığını elan edir. “Ekspert”lərin: “nikahınız varmı?”-sualına: “İndi XXI əsrdir, bu mənim şəxsi həyatımdır, necə istərəm elə də yaşayıram!” — cavabı gəlir.

Bir sözlə, son vaxtlar “Adam içində” , “Ümid Var”, “Günaydın” və sair bu tipli verilişlərin “qəhrəmanları”, yardım istəyənləri, humanistlik və kömək göstərilənləri daha çox nikahdan kənar, bic doğan qadınlar, valideyinlərinə tabe olmayıb, evdən qaçan qızlardır.

Hər beləsinə edilən kömək yenilərini yaratmaq, əxlaqsızlığın təşviq edilməsi məqsədi güdür.

Bunu aparıcılar bəlkə də başa düşmür, onlar sadəcə icraçılardır, ideya, məqsəd sahibləri isə, Azərbaycan hakimiyyətini idarə edənlər kimi arxada durub prosesləri yönəldilrlər.

Bəs bunların əsl məqsədləri nədir?

Fikir versəz, görərsiz ki öncə mental dəyərlər, adət-ənənələrimiz lağ obyektinə çevrilir, gerilik damğası ilə ələ salınır, ağız büzülür və gözdən salınır. Növbəti mərhələdə isə onlara alternativlər təqdim edilir. Bu alternativlər isə çox vaxt milli dəyərlərimizlə, dini qanunlarımızla ziddiyyət təşkil etdiyi üçün, onlar xüsusi üsullarla, məsələn “Everton pəncərəsi” kimi sosioloji metodlarla ictimai şüura yeridilir.

Məsələn, dini nikahda olub, rəsmi nikahda olmayanların uşaqları bic elan edilir. Dini nikah əhəmiyyətsiz sayılır. Dini nikahla ailə quran qızlarımız ittiham edilir, onlara irad bildirilir. Əsas rəsmi nikah götürülərək münasibətlərə hüquqi və əxlaqi qiymət verilir. Dini nikahı olmadan uşaq dünyaya gətirmiş qadınlar da müdafiə edilir, onlara yardım göstərilir, sığınacaqlara yerləşdirilirlər. Bu yolla dini nikah, İslam dininin qaydaları gözdən salınır, dəyərsizləşdirilir, dini dəyərləri yox etməyə cəhdlər göstərilir.

Halbuki, hər bir qadın-kişi münasibətinin halal olması üçün vacib olan şərt rəsmi nikah yox, kəbindir-dini nikahdır. Ailənin əsası, münasibətlər halallıqla yaradılmalı, İslam dininin, Quranı Kərimin qaydalarına uyğun olmalıdır. Rəsmi nikah qeydiyyatı isə, sadəcə olaraq, indiki qüvvədə olan dünyəvi qanunlara görə tərəflərin hüquq və vəzifələrinin təminatı üçündür.

Məhkəmələrdəki bütün boşanma işləri yalnız və yalnız aralarında rəsmi nikah qeydiyyatı olan şəxslərə aiddir. Bir dənə də olsun kəbin, yəni dini münasibət, boşanma işlərinin predmeti olmur. Deməli, ailənin qorunması üçün nikahın rəsmi, ya da dini olmasının heç bir fərqi yoxdur.

Yox əgər dövlət öz vətəndaşının, xüsusilə də, qızlarımızın hüququnu qorumaq istəyirsə, onda Ailə Məcəlləsinin 9-cu maddəsinə aşağıdakı məzmunda 9.4.1-ci bənd artırılması kifayətdir:

“dini orqanlarda qeydə alınan kəbin də rəsmi nikah kimi eyni hüquqi nəticələr doğurur”.

Əgər məqsəd qadın hüquqlarını qorumaqdırsa, əlbəttə !

Qanun mövcud ictimai münasibətləri nizama salmaq üçündür. Bu gün minlərlə vətəndaşımız savadsızlığındanmı, tənbəlliyindənmi, nikahlarını rəsmi qaydada qeydə aldırmırlar. Dini nikahla kifayətlənirlər.

Bu isə çox vaxt qadınlarımıza problem yaradır. Hətta Ailə Məcəlləsində də belə bir norma nəzərdə tutmaq olar ki, ” Kəbin– dini nikah, nikahın rəsmi qaydada qeydə alınması üçün əsasdır.”

Dini idarələr qeydə aldıqları kəbinləri qeydiyyat orqanlarına göndərirlər və tərəflərin iştirakı olamadan nikah rəsmi qeydə alınır.

Mühüm olan nikahın əsasını-halallığı, legitimliyi qorumaqdır.

Nə isə, mövzumuz bu deyil.

Xalqımıza qarşı yönəldilmiş və var gücü ilə yürüdülən bu mənəvi terrorun məqsədi nədir?

Din, əxlaq, iqtisadiyyat və müstəqillik.

Bu gün Azərbaycanda hansı ölkədə istehsal olunan geyimlər, parçalar, məişət əşyaları daha çox satılır: İran, Türkiyə, Əfqanıstan, Pakistan, Hindistan, Ərəb ölkələri, yoxsa Aropa dövlətləri?

Təbii ki, Avropa geyimləri, İtaliya, Fransa və s. qərb ölkələrində, yaxud da onların sifarişi ilə Çində istehsal olunan hazır geyimlər və parçalar, məişət əşyaları daha çox satılır.

Niyə qardaş-qonşu İranın malları qərb dövlətlər ilə müqayisədə yox dərəcəsindədir?

Türkiyə istehsalı olan hazır geyimlər və parçalar son 20 ildə bazarda kifayət qədər çəkiyə malik olsalar da, indiki sürətlə islamlaşdıqdan 10-15 il sonra Türkiyə mənşəli geyimlər də İran səviyyəsinə yenəcəkdir?

Hind geyimləri və parçaları bizdə niyə satılmır? Hind, Yaponiya, Afrika dövlətlərinin iş adamları niyə Azərbaycanın bu sahəsinə yatırımlar etmirlər? Bəs niyə Azərbaycanlı iş adamları Yaponiya, Hindistan və Afrikada istehsal olunan hazır geyim məhsullarının satışı ilə məşğul olmurlar? Ərəb ölkələrinin, dost və qardaş Özbəkistan, Tacikstan, Türkmənistan və Qazaxstanın geyimləri niyə bizim bazarlarda yoxdur?

Ən vacibi isə, Azərbaycanın öz tekstil sənayesi, geyim istehsal edən müəssisələri niyə yoxdur?

Cavab çox sadədir: biz yaponlar, hindlilər, afrikalılar, özbəklər, taciklər kimi geyinmirik. Bizim öz milli geyimlərimiz var.

Yeyinti sənayesində də eyni durumdur: bizim yeməklərimiz, qidalarımız fərqlidir. SSRİ vaxtı hər yerdə donuz əti, salanın müxtəlif növləri satılırdı, hər cür içki növləri bütün kəndlərimizə qədər yayılmışdı. Bəs indi? Nisbət yerlə-göy qədərdir.

Niyə?

İnsanların geyiminin və qidasının formalaşmasında 2 mühüm amilin xüsusi çəkisi var: din və milli adət-ənənə.

Azərbaycanda bu günədək qolf oyununa aid ləvazimatlar satılırdımı? 5 il öncə belə şeylər satılsaydı, alardınızmı?

Bir şeyi bir ölkədə satmaq üçün öncə ona təlabat yaratmaq lazımdır.

Bir məqsədə çatmaq üçün, öncə, məqsədinə uyğun şərait formalaşdırmalısan.

Mədəniyyətlərin mübarizəsi, əslində iqtisadiyyatların müharibəsidir.

Bu müharibənin döyüş meydanları isə efir, kütləvi informasiya vasitələri, internet, sosial şəbəkələr və s-dir. Bunların arasında bu gün 1-ci yerdə televiziya durur.

Zövqlərin, modanın formalaşmasında, həyat tərzinin dəyişdirilməsinə təsir gücü baxımından indilik televiziya ən güclü vasitədir.

Düşmənlərimiz mavi ekranlardan bizə hücuma keçiblər.



20-25 il öncə ilə müqayisədə əxlaqsızlıq indi daha çoxdur. 10-15 ildən sonra isə indikindən də çox olacaq.

Niyə?

1998-2000-ci illərdə çap edilən “Əyləncə,”Oxu məni”və s. açıq pornoqrafik, erotik yazılar yayan qəzetlər yadınızdadirmı?

ANS-də ”Məhəbbət üçbucağı” və s. belə mövzularda verilişlər verilirdi.

1999-cu ildə mən Xələc 5 saylı Cəza müəssisəsində cəza çəkirdim. Qonşu rayonlardan, Sabirabad və Hacıqabuldan iki din xadimi görüşümə gəlmişdi.

Hələ o vaxt onlar həyəcan təbili çalırdılar: ”iqtisadiyyata vurulan ziyan aradan gec də olsa qaldırıla bilər, bu qəzetlərin və tele verilişlərin mənəviyyatımıza, xüsusilə də gənclərin əxlaqına vurduğu ziyanı isə aradan qaldırmaq mümkün olmayacaq”.

15-20 il öncə olanların altını indi çəkirik.

İki uşaq anası əri, qaynı və qaynanası evdə ola-ola, telefon vasitəsi ilə tanış olduğu oğlanı rayondan Bakıya görüşə çağırır, qonşu mənzildə görüşəndə qaynı tərəfindən tutulur. ”Qonağı” ölümdən qaynana xilas edir. Öyrənirlər ki oğlanı qız aldadıb ki, duldur. İndi məhkəmələrdə ərindən uşaq, ev, mülk tələb edir.

Saatlıda bir gəlin telefon vasitəsi ilə tanış olduğu kişini Kürdəmirdən görüşə dəvət edir. Əri Rusiyaya çörək qazanmağa gedib. Gecə saat 03-də qonşu otaqdan(?!) qəribə səslər eşidən qoca qaynata və qaynana ”qonağı” tutmaq istəyirlər. ”Qonaq” yaşlı, arıq, çəlimsiz qaynatanı vurub aradan çıxır. 1 aydan sonra Saatlı rayon polis idarəsində qaynata gəlinini döydüyü üçün məsuliyyətə cəlb edilir və məhkum edilir.

“Qonağa” qarşı şikayətə isə baxılmır.

Başqa bir rayonda cavan gəlin, 2 uşaq anası başqa bir kişi ilə öz evində, ərini yuxuya verib qonşu otaqda görüşəndə əri təsadüfən oyanır və…

Son 5-6 ildə yüzlərlə belə hadisə baş verib. Həm də nəzərə alanda ki, hamının bir-birini tanıdığı, biri-digərinin itini-pişiyini belə tanıdığı kənd yerlərində belə hadisələr artıb, görün Bakı, Gəncə, Sumqayıt və s. şəhərlərimiz nə gündədir !!!

Əxlaqsızlıq mühitinin yaradılması çox vaxt bəzi dövlətlərin-avtoritar, qeyri-demokratik rejimlərin dövlət siyasətinin tərkib hissəsi olur. Çünki əxlaqsız qadın və xoşqeyrət kişilərin dili qısa olur, belələrindən ibarət toplumları idarə etmək də asan olur. Bununla yanaşı, zorən oğru, cinayətkar, əxlaq pozğunu edilmiş toplumların müqavimət gücü heç olmaz.

Bizdəki kimi.

Demək olar ki, əksəriyyətimiz potensial məhkumuq. Hamını qanunsuz yaşamağa, hər addımda qanunu pozmağa məcbur edən rejim istənilən vaxt istənilən adamı həbs edə bilər.

Ancaq indiki faciəmiz daha böyükdür və dövlətimiz həm də xarici düşmən qüvvələrin əlinə keçib.

At belindən gecə klublarına



Eşitdiyimə görə dünya gözəllik yarışmasında ilk dəfə birinci yerə çıxan Türkiyəli xanımı avropalı bir aparıcı öz xalqına belə təqdim edib:

“Gözün aydın Avropa! İndi sən azad, tam qorxusuz, arxayın yaşaya bilərsən.Vaxtilə Avropanı işğal etmək üçün ərləri ilə birlikdə at belində gələn türk qadını bu gün sənin qarşında bikinidə bədənini nümayiş etdirir. Təbriklər!”

Bu sözlər efirdən yayılanda, yəqin ki, Atillanın, Çingizxanın, M.Fatehin, Sultan Süleymanın, Əmir Teymurun, Şah İsmayılın, Qacarın, Fətəli şahın, Cavad xanın və bütün şah babalarımızın ruhları od tutub yanıb. Qəbrləri alovlanıb, o dünyaları daralıb.

Hörmətli R.T.Ərdoğan demişkən: ”nərədən –nərəyə…”.

Bu gün dünyamızın problemlərinin əsas səbəbi onu əxlaqsız adamların idarə etməsidir . Fikir verin: dünyanı idarə edən böyük dövlətlərin başçılarının çoxunun ailə problemi var: Berluskoni, Sarkozi, Oland, Putin, Obama və başqaları.

Dünyaya fəlakət gətirmiş adamların da, Hitler, Lenin, Stalin kimi, hamısının psixi, əxlaqi və ailə problemləri olub.

Bu gün eyni cinslərin nigaha girmələrini qanunlaşdıran, ”azlıqların hüquqlarının təminatı” bəhanəsi ilə homoseksualizmi və s. əxlaqsız münasibətləri təşviq edən Avropa dindən çıxıb və faktik olaraq xristianlığın fundamental dəyərlərindən imtina edib.

Dünyanı idarə edənlərin hərəkətlərinin aparıcı motivləri əxlaq, mənəviyyat, din yox, iqtisadi, siyasi, merkantil şəxsi maraqlardır. Azərbaycan da bu maraqların qurbanına çevrilib.

Bizi yalnız dinimiz İslam, dini dəyərlərimiz və milli mentalitetimiz xilas edə bilər.

İqtisadi inkişafımız da bu dəyərlərdən asılıdır.

Avropadan müsbət, xeyirli, faydalı olanları götürməli, dinimizə uyğun olmayanları rədd etməliyik.

Nə demək istəyirəm?

Gecə klublarına getməyə vərdiş edən, bu gün teleproqramları işğal etmiş tumanı qısa, sinəsi açıq, mənən yoxsul qadın və kişilər, sahib olduqları dünyagörüşünə uyğun da geyim geyəcək və avropa istehsalı olan geyim əşyaları alacaqlar. Buna görə də pambıq istehsal edən Azərbaycanın özünün tekstil –toxuculuq sənayesi olmayacaq, qadınlarımız işsiz, kişilərimiz pulsuz qalacaq. Hələ ki, nefti yeyirik, 30-40 ildən sonra isə avropalıların donuzlarını otaracağıq Muğan düzündə, Şəki, Zaqatala, Batabat yaylalarında.

Mən avropalı kimi geyinənlərin, Avropa istehsalı olan geyimlərin alınmasının əleyhinə deyiləm. Bu məsələdə hər kəs azaddır. Kim nə istəsə, necə istəsə geyinə bilər.

Mən bu televiziyalar və indiki siyasi rejim vasitəsilə birtərəfli qaydada, bir qrup əxlaqsız, səviyyəsiz, mənaviyyatsız, xarici qüvvələrə işləyən, Azərbaycan dölətinin maraqlarına uyğun olmayan təbliğatın aparılmasının əleyhinəyəm.

Bir vətəndaş və müsəlman olaraq buna etraz edirəm.

Bəxtiyar Sadıqov kimi adamlar yalnız öz arvad–uşağının geyiminə qarışa bilər, başqalarının yox.

Dövlət hicaba, çadraya qarşı tədbir görə bilməz! Bu dövlət kafirlərin, ateistlərin, Allahsızlarin dövləti deyil! Həm də bu, dövlətin işi deyil, onun funksiyalarına daxil olan məsələ deyil.

Elə buna görədir ki, ölkəmizdə dini radikallıq haqlı olaraq artır. Bəzi qüvvələr silaha əl atır. Sən onun hicabına, çarşabına əl uzadanda, o da, təbii olaraq, silaha əl uzadacaq.

Bunu isə Azərbaycanı uzaqdan yönəldən qüvvələr edir.

70 il Türkiyənin başına eyni oyunu açdılar. İnkişafına mane oldular. Başını hicaba qatdılar. Türkiyə hicabla vuruşanda, hicabla əlləşəndə, qurbanı olduğum hicablı–çarşaflı İran atom bombası yaratdı.Uranı ram etdi.

Müasirlik, mədəniyyət, savad, əxlaq nə hicabla, nə də çılpaqlıqla müəyyən edilir.

Bu gün yarımçılpaq Azərbaycan həkiminin xəstələrini hicablı–çarşablı İranlı bacılarımız müalicə edirlər.

Onların istifadə etdiyi bir çox tibbi texnikadan bizim Bəxtiyar Sadıqov kimi hicaba qarşı tədbirlər görən kişilərimizin başı çıxmır.

Budur müasirlik. Budur mədəniyyət.

Yoxsa ANS-in, Space-nin ekranlarından budunu, baldırını, sinəsini nümayiş etdirməklə, bəzilərinin özünü hərraca çıxarması ilə müasirlik olmur.

Deyə bilərlər ki, bəyənmirsən baxma. Deyirlər də.

Əvvala, ölkə əhalisinin 70-80 %-nin xarici kanallara baxmaq imkanı yoxdur.

İkincisi, bu kanallar seçmə imkanı olmayan bir şəraitdə evlərə soxulur.

Üçüncüsü, vətəndaşlarımızın məlumat almaq, əylənmək hüququ olduğu kimi, dölətimizin də, dinimizə və milli əxlaqımıza uyğun xəbər və əyləncə ilə vətəndaşını təmin etmək vəzifəsi var.

Dördüncüsü, monopoliya şəraitində alternativ TV-lərin açılmasına imkan verilmədiyi üçün, indiki vəziyyət millətimizə və dövlətimizə qarşı qəsd kimi qiymətləndirilməli və hamılıqla buna qarşı mübarizə aparmalıyıq.

Bir azdan çox gec olacaq.

Milli, dini və mental dəyərlərimiz.



Nədir millilik? Milli olan necə olmalıdır? Milli-mənəvi dəyər deyəndə nə başa düşülməlidir?

Bəs dini dəyər dediyimiz hansılardır?

Bu dəyərlərdən imtina etmək, onları dəyişmək, başqaları ilə əvəz etmək olarmı?

Bu suallar ətrafında əbədi olaraq müzakirələr aparılacaq və bu gün də aparılır.

ANS-in “Adam içində” verilişinin bir buraxılışında “mənəvi dəyərlər” mövzusu müzakirəyə çıxarılmışdı. Proqramın axırında aparıcı hırıldayaraq : ”2 saatdan çoxdur müzakirə aparırıq, yenə də mənəvi dəyərlərin nə olduğunu başa düşə bilmədik, tamaşaçılarımız da heç nə anlamadılar ki, nədir bu mənəvi dəyər?”-deyə, verilişi bitirdi.

Məşğul olduğu işə vicdanla yanaşmayan, müzakirəyə çıxardığı mövzunu özü əvvəlcədən öyrənməyən, mövzuya aid mütəxəssisləri dəvət etməyən, məqsədi, sadəcə olaraq, şəxsi intriqalar hesabına reytinq yığmaq olan aprıcıdan başqa münasibət də gözləmək mümkün deyil.

Diqqətlə fikir versəniz, görərsiniz ki, ekspert adı altında eyni şəxslər bu 3 televiziya proqramları arasında var-gəl edirlər. Sanki Azərbaycanda onlardan başqa hüquqşünas, sosioloq, psixoloq, din alimi, həkim, müəllim, sənətkar və s. yoxdur. Hər peşədən elə bil cəmi bir nəfər var Azərbaycanda. Çünki bu adamlar artıq sınaqdan çıxıblar və proqnozlaşdırıla bilən davranışları var. Rejim onlardan arxayındır. Nəyinə lazımdır ki, yeni adamlar dəvət edib yeni sual-cavablar qarşısında mat qalsınlar!
Ona görə də milli, dini, mənəvi dəyər nə olduğunu başa düşməyn aparıcı və nəyin eksperti olduğu bilinməyən bəziləri, hörmətli yazıçımız Seyran Səxavətin: “yengə çox vacibdir və notarius rolunda çıxış edir” fikirinə gözünü bərəldib, ağzını büzür. Çünki artıq teviziyalarda, canlı efirlərdə nikahdan kənar münasibətlər müasirliyin, mədəniliyin əalməti kimi müzakirə edilir, bic doğan qadınlar ekranlardan ailə dəyərlərindən, uşaq tərbiyəsindən danışır, ailə münasibətlərinə dair ekspert kimi rəy bildirirlər. Belə bir mühitdə S.Səxavətin fikirinə ağız büzülməsi təbiidir.

Kəbin kəsilmədikcə, el adətlərinə görə ailə qurulmadıqca intim münasibətlərdə olan gənclər günaha batırlar və onların hərəkəti əxlaqsızlıq və namussuzluq hesab edilməlidir. Bu hərəkətlər bizim milli, dini və mental dəyərlərimizə ziddir.

Millilik əlamətləri həm görmə, həm eşitmə, həm də müşahidə ilə müəyyən edilən əlamətlərdir.

Biz yan-yana dayanmış yapon, çinli, rus, özbək, qazax, tacik və türkü ilk növbədə necə fərqləndirir və onların hansı millətlərə aid olduğunu necə müəyyənləşdirirk?

Təbbi ki, ilk növbədə antropoloji, fizioloji quruluşlarına və geyimlərinə görə. Birinci fərqlənmə əlamətlərini Allah, ikinciləri isə millətlər özləri yaradıblar. İrqlər öz antropoloji quruluşlarına görə rahatlıqla fərqlənsələr də, irqdaxili müxtəlif millətlər geyimləri, dilləri, adət-ənənələri ilə fərqlənirlər ki, bunların da bir qismini görmək, bir qismini eşitmək, bir qismini müşahidə etmək, diğər qismini dadmaqla müəyyən etmək olur.

Monqoloid irqindən olan yaponu, özbəyi, qazax və taciki geyimləri, sonra da dilləri və mətbəxtləri ilə dərhal ayırmaq mümkündür.

Neqroid, Avropoid irqlərini də zahirən dərhal ayırmaq olsa da, irqdaxili müxtəlif millətləri və xalqları yenə də ilk növbədə geyimi, sonra isə dili və yeməkləri ilə ayırmaq mümkün olur. Bir şotlandı geyiminə görə bir fransızla qarışdırmaq heç vaxt mümkün deyil.

Bəs bizi başqa millətlərdən fərqləndirən zahiri əlamətlər hansılardır?


XVI-XIX əslərdə yaşamış babalarımızla, nənələrimizlə bizim zahiri oxşar cəhətlərimiz hansılardır? Qalıbmı belə oxşar əlamətlərimiz?

Bax bizim milli əlamət-dəyər dediyimiz o nəsnələr bizi başqa millətlərdən fərqləndirən elementlərdir. Bunlara ilk aid olan da geyimdir. Çünki bizi ilk görən bir yaponiyalı bizimlə danışmadan, zahiri görkəmimizə əsasən bizim erməni , ya da xristian olmadığımızı bilməlidir. Necə bilsin?

Bu sualın arxasında çox böyük iqtisadi maraqlar, maddi-mənəvi problemlər durur.

İslam aləminə məxsus millətlərin milli geyimləri həm də islam dininin tələblərinə uyğunlaşdırılmış, daha da kamilləşdirilmişdir. Geyim sahəsində milli və dini dəyərlər birləşmişdir. Mental dəyərlərimiz məhz bu forma daxilində yaşamaqda davam etmiş, bütün ailə münasibətlərimiz, ər-arvad, valideyin-övlad, böyük-kiçik, qonşuluq, dostluq münasibətləri, yemək, yatmaq, ev tikmək, şəhərsalma mədəniyyətimiz və sair özgürlüklərimiz məhz bu forma daxilində indiyə qədər gəlib çatmışdır.

Ancaq formamızı, zahiri görünüşümüzü, geyim mədəniyyətimizi saxlaya bilmişkmi? Bizi lütləmək, kökümüzdən, mədəniyyətimizdən ayırmaq üçün öncə geyimimizi lağ obyektinə çevirib gerilik əlaməti kimi bizə təqdim ediblər. Bizi soyundurub öz bazar və istehsallarına uyğunlaşdırıblar. Beynimizin içindən çox, geyimimizlə, yemək-içməyimizlə məşğul olublar. Axı qazanc oradan gəlir. Rus imperiyası bizi donuz ətinə və çaxıra alışdırdı. Malını bizə satıb pul qazandı. Geyimimizi dəyişdirib özünə uyğunlaşdırdı və İvanova şəhərinin tikiş fabriklərində bizim xammal-pambıqla tikdiyi hazır malları on qat baha qiymətə özümüzə satdı.

Ancaq bunu özbəyə, qazaxa, tacikə və türkmənə edə bilmədi. Onlar milli geyimlərini qoruya bilmişdilər.

Biz, nədənsə, çox tez “müasirləşəməyə” meyillənirik. Xarici təsirlərə tez və asanlıqla məruz qalırıq.

Bu prosesdə televiziyalar öndə gedir. Bütün kişilər etiraf edər ki, onlar açıq-saçıq qadılarla müqayisədə örtülü qadınlara daha çox maraq göstərir və meyl edirlər. Onu da etiraf edərlər ki, açıq-saçıq geyimli qadınlarla müqayisədə örtülü-hicablı qadınlarla daha çox ailə qurmağa meyillidirlər.

Insan xislətcə belədir. Allah onu belə yaradıb. Qadağalara, gizlinlərə, mübhəmlərə, sirlərə meyillidir insan. Ona görə də, kişiləri örtülü-hicablı qadınlar daha çox cəzb edir.

Insan fitrətində həm də xüsusiyyətçilik, mülkiyyətçilik, sahiblənmə meyilləri var. Ona məxsus olanı başqasının görməsini, toxunmasını, sahiblənməsini istəməz. Bu da onları daha çox sevməsindən dolayıdır.


Elə buna görədir ki, Allah Qurani Kərimin “Ən Nur” surəsinin 31-ci ayəsində buyurur: “ Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s., naməhrəmə) göstərməsinlər, baş örtüklərini sinələrinin üstünə çəksinlər (boyunları və sinələri görünməsin), zinət yerlərini ərlərindən… başqasına göstərməsinlər…”


Qadınları kişilər üçün cazibədar, arzulanan etmək üçün Allah onları örtməklə, hicaba bürüməklə qiymətlərini, qədrlərini artırdı. Öz qiymətini, öz dəyərini, qədrini bilən qadın örtüldü. Əmtəə olmadığını, vitrinə çıxarılmış mal olmadığını, yalnız ərinə-ailəsinə məxsus olduğunu öz geyimi ilə bildirməklə, həm də özünü kənar atmacalardan, sataşmalardan, zorlanmalardan, cinayətlərdən, xəyanətkar gözlərdən qoruyur.

Tam qoruya bilirmi? Təbii ki yox! Çünki içində şeytan olan adamlar ətrafımızda həmişə var. Ancaq hicabsız qadınlara qarşı törədilmiş cinayətlərin hicablılara qarşı törədilənlərdən min dəfələrlə çox olması heç kimə, xüsusilə də, mütəxəssislərə sirr deyil.

Bu gün Avropa, xüsusilə də İngiltərə, ailə institunun məhv olma təhlükəsini yaşayır. Xristian dəyərlərindən imtina qərbi sosial fəlakətin astanasına gətirib. Millətlər sürətlə qocalır, əhali artımı azalıb, ailə dəyərləri aradan qalxıb, cəmiyyətdə mənəvi, ailə bağları qırılıb və sosial erroziya qaçılmazdır. 50-100 ildən sonra vəziyyət

daha təhlükəli olacaq. Səbəb, dediyim kimi, dini dəyərlərdən imtina və dindən uzaqlaşmadır.

Avropanın xilası miqrantlardadır.

Bu gün əxlaqsızlığı, qeyri-milli, qeyri-dini dəyərləri təbliğ edən Azərbaycan televiziyaları nəyin ardınca düşdüklərinin fərqində deyillər. Onları yalnız reklam gəlirləri maraqlandırır. Çünki reklamı da onlara o mövzuları ötürən beynəlxalq-qərb mərkəzləri verir. Prezident seçkilərində müxalifətin əsas namizədi hörmətli Cəmil Həsənliyə efirin 1 dəqiqəsini 3 min manata təklif edən ANS TV indi 3 saat vaxtı dedi-qodulara, əxlaqsız qadınların intriqalarına, cinçıxaranlara, kosmosdan gələn adamlara, falabaxanlara və bicdoğanlara həsr etməklə milli dəyərlərimizə qarşı səlib yürüşü aparır. Millətimizi dünya ictimayyətinin gözündə alçaldır, erməni dəyirmanına su tökür.

Bizim milli qadın geyimlərimiz özünün parlaqlığı, göz oxşamağı, xüsusilə də, qadın gözəlliyini daha da iffətli və cazib etmək baxımından olduqca gözəldir. Ancaq hanı, onları geyən varmı?

Geyinmiriksə, deməli istehsal da etmirik. İstehsal etmiriksə, deməli istehsal sahələrimiz, iş yerlərimiz də yoxdur. Pambığımızı xammal kimi satır, əvəzində qərb ölkələrinin hazır geyimlərini baha qiymətə alırıq. Budur nəticə.

Televiziyalarda nümayiş etdirilən moda tədbirlərinin, podiumda gəzən qızların bizim milli-dini dəyərlərimizə heç bir aidiyyatı yoxdur.

Həm də iqtisadiyyatımıza.

Bunların hamısı qərbin mallarına marketinq xidməti göstərmək, onların mallarına yeni-yeni bazarlar açmağa xidmət edir. Bir tərəfdən də, Bəxtiyar Sadıqov demişkən, “dövlətin hicaba, çarşaba qarşı həyata keçirdiyi tədbirlərin” tərkib hissəsi kimi Azərbaycan qızlarının soyunmağa, deməli, əxlaqsızlığa cəlb edilməsinə qulluq edir.

Bu əxlaqla isə torpaq azad etmək mümkün deyil.

Biz öz dini dəyərlərimizi, dini qanunlarımızı yaxşı öyrənməliyik. Gənclərə öyrətməliyik. Kökümüzə hörmət etməliyik.

Islam dinini düzgün başa düşmək, dərk etmək üçün isə, mütləq xristianlığı öyrənmək, Tövratı və İncili bilmək lazımdır.

Mən qəti əminəm ki, İslamı düzgün dərk etmək üçün Xristian dinini, Musa peyğəmbərə göndərilən “10 Qanun”dan başlayaraq Tövratı və İncili oxumaq lazımdır.

Doğrudur, həmin kitabların təhrif olunması, həqiqətən də, səmavi kitablar olsalar da, ilkin vəziyyətdə saxlanmamaları barədə alimlər arasında fikir birliyi var. Ancaq istənilən halda öyrənməliyik.

Niyə?

Bu gün bizim bəzi evlənmək, nikah, toy, ailə münasibətlərinə aid olan adətlərimizə ağız büzənlər bilmirlər ki, hələ XIX əsrin sonlarına, XX əsrin əvvəllərinə qədər slavyan xalqlarında, provaslav ruslarda toy gecəsi bakirə çıxmayan qızın başı qırxılır, başına qatıq yaxılır və bir eşşəyin belində tərsinə oturdularaq el arasında gəzdirilməklə biabr edilirdi.

Tövrat və İncilə görə zina edən qadın, bic doğan qadın uşağı ilə birlikdə mütləq öldürülməlidir. Zina edən kişilər də həmçinin.

Qurani Kərim zina ilə bağlı qanunları xristianlıqdan qəbul etmiş, onu təkmilləşdirmişdir. Məsələn, bir qadının zina etməsini sübut etmək üçün 4 şahidin olması və s.

Ancaq zinakar qadın və kişinin öldürülməsi, daş-qalaq edilməsi ilk baxışdan çox qeyri insani və qəddarlıq kimi görsənir. Hətta mən Tövratı və İncili oxuyanda əvvəl bunun səbəblərini başa düşə bilmirdim. Ancaq biləndə ki, məhz zinakar qadın və kişi vasitəsi ilə yayılan xəstəliklərdən milyonlarla insan qırılıb və bu gün də bu proses davam edir, eləcə də bu zəmində baş verən cinayətlərin xronikasını və statistikasını öyrənəndə Allahın hikmətini dərk edirsən.

Biz hamımız cahillikdən səhvlər edə bilərik, günah, haram işlər görə bilərik. Ancaq İncildəki “fahişə qadının xilası” səhnəsini xatırlayırsınızmı? Zina etdiyinə görə adamların daşqalaq etmək istədiyi qadını İsa Məsih:”günahkar olmayan birinci atsın”-deyə, xilas edir və ardınca: “get bundan sonra düz yaşa, bildin ki, zina edən öldürülməlidir”—deyir.

Yəni insan ona elan edilməyən qanunu pozduğuna görə məsuliyyət daşıya bilməz. SSRİ vaxtında dinimizdən uzaq olmuşuq. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) o vaxtkı fəaliyyəti kommunist idealogiyasına xidmət etmək idi, dinə yox.

Dini vəzifələrimizi bilmirdik, onlardan xəbərsiz saxlanılırdıq..

Indi ki azadıq. Bütün məzhəblərin yayılmasına, inkişafına şərait var. İndiyə qədər etdiyimiz bütün pis əməllərdən, günah işlərdən tövbə edib doğru yola qayıtmalıyıq.

Torpaqlarımızın azadlığı da, iqtisadiyyatımızın inkişafı da, sağlamlığımız da bundan asılıdır.

Bu sahədə də televizyalar çox vacib xidmət göstərə bilərlər. Onların da tövbə etməsinə hələ imkan var. Gəlin başlayaq.

Gəlin dövlətli, televizyalı, xalqlı, hamılıqla bir yerdə tövbə edək.

Bir azdan çox, həm çox çox gec ola bilər

12 aprel 2014-cü il

Bakı İstintaq Təcridxanası

Qurban Cəlal oğlu (Məmmədov)