Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

XİN: " Ermənistan həmişə təxribatlara əl atır"

10 dek 2016, 10:19   
XİN: " Ermənistan həmişə təxribatlara əl atır"

"Ermənistanın xarici işlər naziri yenə də öz ənənələrinə sadiq qalaraq ATƏT-in Minsk qrupu həmsədrlərinin XİN rəhbərləri səviyyəsində 8 dekabr 2016-cı il tarixində Hamburqda verdikləri bəyanatını təhrif etməkdən çəkinmir. Ermənistan öz ictimaiyyətini aldatmaq üçün yalnız daxili istehlaka ünvanlanmış bəyanatlarla çıxış edir".

Altun.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın KİV-ə açıqlamasına cavab olaraq Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, məsələləri Ermənistan xarici işlər nazirinin özünün dediyi kimi, "məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatı əsasında qiymətləndirmək lazımdır".

"Həmsədrlərin bəyanatında silahlı insidentlərin baş verməsi, güc tətbiq etmək və güc edərək hədələmək pislənir. Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi anlamalıdır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayana qədər Ermənistan Azərbaycana qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələmək kimi qeyri-qanuni fəaliyyətini həyata keçirir. İnsidentlərin baş verməsinin də səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğudur", - deyə XİN rəsmisinin bəyanatında bildirilir.

H.Hacıyev Ermənistan tərəfinin həmişə həlledici məqamda təxribata əl atdığını qeyd edib:
"Danışıqlar prosesində hər hansı irəliləyişin ola biləcəyini görən Ermənistan tərəfi həmişə təxribatlara əl atır. 2014-cü ilin sonunda prezidentlərin Paris görüşündən sonra Ermənistanın təhriki ilə baş vermiş helikopter insidenti və məlum aprel hadisələri bunun bariz nümunələridir. Bu ilin aprelində cəbhədə vəziyyətin gərginləşməsi Ermənistanın təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisini vəhşicəsinə ağır silahlardan atəşə tutması, Ermənistanın birbaşa hərbi avantürası və təxribatı nəticəsində baş verdi. Azərbaycan silahlı qüvvələri mülki Azərbaycan əhalisinin təhlükəsizliyini təmin etmək üçün əks-həmlə tədbirləri gördü. Ermənistanın bu əməlləri nəticəsində 6 nəfər azərbaycanlı mülki şəxs, o cümlədən azyaşlı qız həlak oldu və 33 nəfər yaralandı, şəxsi və dövlət mülkiyyətinə, məktəb və uşaq bağçalarına ciddi zərər dəydi. Hətta 5 aprel tarixində atəşkəs haqqında anlaşma əldə olunsa da, 26-27 aprel tarixlərində Ermənistan Ağdam və Tərtər istiqamətində mülki Azərbaycan əhalisini yenidən ağır artilleriya atəşinə tutdu. Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, o cümlədən Azərbaycan hərbi qulluqçularına qarşı qeyri-insanı davranışı beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır".

O deyib ki, 2009-2013-cü illərdə verilmiş Akvil, Muskoka, Dövil, Los-Kabos və Enniskilen bəyanatlarından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Hamburq bəyanatında münaqişənin həlli üzrə addımları yenidən sadalayaraq, bu sırada ilk növbədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafındakı ərazilərin işğaldan azad edilməsi və qaçqın və məcburi köçkünlərin geri qayıtmasının təmin edilməli olduğunu qeyd edirlər. Ermənistan xarici işlər naziri bilərəkdən bu məqamın üzərindən sükutla keçir.

"ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında Ermənistanın möhtəkirlik obyektinə çevirməyə çalışdığı insidentlərin araşdırılması və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə də aydınlıq gətirilir. Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, bəyanatda bu təkliflərin münaqişənin həlli üzrə danışıqların dərhal bərpa edilməsi ilə həyata keçirilməsi qeyd olunur. Azərbaycan tərəfi bununla əlaqədar dəfələrlə bildirib ki, insidentlərin araşdırılması mexanizmi münaqişənin həlli üzrə substantiv danışıqlarla sinxronlaşdırılmalı və onun tərkib hissəsi olmalıdır.

Ermənistan xarici işlər nazirinin istinad etdiyi 1994-1995-ci il atəşkəs rejiminə dair razılaşmaya gəldikdə isə bu çərçivədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üzrə vaxt cədvəlinin olması barədə müddəanı qeyd etmək lazımdır.

Ermənistan xarici işlər naziri Helsinki Yekun Aktını və xalqların öz müqəddəratını təyin etmə prinsipini yenə də təhrif edir. Onun yaddaşını təzələmək istərdik ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnun ifadəsi hər hansı dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı fəaliyyətin həyata keçirilməsinə imkan verən hal kimi təfsir oluna bilməz. Helsinki Yekun Aktının 8-ci bəndində deyilir: “İştirakçı dövlətlər xalqların bərabər hüquqları və öz müqəddəratını təyin etmək hüququna hörmət edərək, bütün hallarda BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə və beynəlxalq hüququn müvafiq normalarına, eləcə də dövlətlərin ərazi bütövlüyünə uyğun şəkildə fəaliyyət göstərəcəklər.

Eyni zamanda ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatında mövcud işçi təkliflər əsasında davamlı sülhü təmin etmək üçün danışıqların aparılması qeyd olunur. Amma Ermənistan tərəfi substantiv danışıqlardan yayınmaq üçün şərtlər və bəhanələr irəli sürür, görüşlərdən yayınır, Vyana və Sankt-Peterburq razılaşmalarına zərbə vurur, cəbhədə gərginlik yaradır, açıq şəkildə sülh prosesini pozmaq və status kvonu saxlamaq siyasəti yürüdür. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində hərbi quruculuğunu möhkəmləndirmək, bu ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişmək cəhdlərini davam etdirməsi Ermənistan tərəfinin əsl niyyətini ortaya qoyur.

Ona görə də ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatının kimə ünvanlandığı və nəyi ehtiva etdiyi hamıya çox yaxşı məlumdur", - deyə H.Hacıyev əlavə edib.

O, həmçinin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun erməni həmkarının bəyanatı ilə bağlı açıqlamasını qeyd edib:

"Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan XİN rəhbərinin bu açıqlaması ilə əlaqədar bildirib: “Bu kimi açıqlamalar Ermənistanın münaqişənin həlli üzrə aparılan danışıqların və ATƏT Minsk qrupu həmsədrlərinin səylərinin pozulmasına yönəlmiş addımlarıdır. Azərbaycan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin xarici işlər nazirlərinin son bəyanatında qeyd olunduğu kimi, həmsədrlərlə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli üzrə səylərini davam etdirəcək. Biz Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunacağına əminik”.