Bugün:
Altun.az


"Yaxşı yaşayan dövlətin kommunal xərcləri çox olmalıdır" - İlham Əliyev

03 dek 2016, 14:02, altun
    [declination=4 017]Oxunub: | [/declination]4 017
"Yaxşı yaşayan dövlətin kommunal xərcləri çox olmalıdır" - İlham Əliyev

Prezident İlham Əliyev Zərdab rayonuna səfəri çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşündə ilk dəfə ölkədəki tarif artımına toxunub.

Altun.az xəbər verir ki, Prezident bu addımın sosial ədalətə xidmət etdiyini qeyd edib. “Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır”- deyən dövlət başçısı bildirib ki, varlı və kasıb insanların ödədiyi xidmət haqqı eyni olmamalıdır. Ölkəmizdə bazar iqtisadiyyatının mövcud olduğunu diqqətə çatdıran Prezident zənginlərin daha çox maliyyə cavabdehliyi daşımalı olması və eyni zamanda aztəminatlı təbəqənin dövlət tərəfindən qorunmasının vacibliyini bildirib.