Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Prezidentdən gözlənilməz QƏRAR

07 noy 2016, 13:33   
Prezidentdən gözlənilməz QƏRAR

Dövlət yerli və xarici onlayn totalizatorlara qarşı mübarizə elan etdi. Azərbaycanda uzun illərdir kazino və qumarxanaların fəaliyyəti qadağan olunub, idman mərc oyunları sahəsində isə rəsmi operator olan “Topaz” işləyir. Buna baxmayaraq, müntəzəm olaraq Bakıda və regionlarda gizli oyun yerləri aşkarlanır. Hətta bəzən belə yerlərə zirzəmilərdəki kafelərdə deyil, sanballı məkanlarda da rast gəlinir.

Altun.az xəbər verir ki, təkcə bu ilin may ayında Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halları aşkar edilib. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, protokollar tərtib edilib və məhkəmələrə göndərilib.

Məlum olub ki, bu yerlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmur. Belə ki, 257 vergi ödəyicisi üzrə dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib. Bu, yalnız bir vergi nəzarəti halında aşkarlanan faktlardır. Qeyd olunduğu kimi, qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması oyunçulara uduşların verilməməsinə də yol açır. İnsanların bədbəxt olması ilə yanaşı, həm də onlayn totalizator və “qara bazar”da dövr edən pullar büdcədən kənarda qalır. Bu isə indiki qəliz iqtisadi durumda büdcəyə dəstək ola bilərdi. Təəssüf ki, gizli qumarxanalarla yanaşı, insanlarımız onlayn totalizatorlarda da oynayıb, külli miqdarda pullar uduzurlar.

Əksəriyyət daha yüksək əmsallarla oynayıb, çox pul qazanmaq arzusu ilə qeyri-qanuni saytlara üz tutur. Təxmini hesablamalara görə, azərbaycanlılar virtual məkanlarda milyonlarla dollar uduzurlar. Azərbaycanlıların xarici totalizatorlara meyillənməsinin artıq təhlükəli həddə gəlib çatması haqqında dəfələrlə xəbərdarlıqlar səslənib. İndiyədək bu qanunsuz əməllərin qarşısının alınması imkanları yox idi. Qanunsuz mərc oyunları keçirən adamları uzaqbaşı cərimələyib buraxırdılar, o da bir müddət sonra yenidən fəaliyyətini bərpa edirdi. Siyasətçilər və ictimai xadimlər dəfələrlə həyəcan təbili çalaraq, dövləti bu sahədə ciddi tədbirlər görməyə çağırırdı.

Artıq bu çağırışlara rəğmən konkret addımlar atılıb. Bu günlərdə Azərbaycan prezidentinin imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərman vəziyyəti kökündən dəyişəcək. Çünki sənəddə qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilib, tələblər sərtləşdirilib. Həmçinin Azəbaycanda qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində polis və nazirliklərə yeni səlahiyyətlər verilib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.

Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər. Bu isə o deməkdir ki, ölkədə qanunsuz totalizatorlarla mübarizəyə polis də qoşulur. Beləliklə, bu fərmanın tətbiqi ölkədə oyun industriyasının “qara bazar”ına son qoymuş olacaq.

Qeyd edək ki, bəzi dövlətlərdə oxşar praktika çoxdan tətbiq edilir. Hətta məhz leqal mərc oyunlarından gələn gəlir hesabına idman inkişaf etdirilir. Beynəlxalq Olimpiya Komitəsinin qiymətləndirməsinə görə, idman mərc oyunları ilə bağlı “qara bazar”ın illik dövriyyəsi 140 milyard dollara çatır. Məsələ ilə bağlı rəsmi araşdırma aparan “İnterpol” da bu sferada böyük pulların dövr etdiyini təsdiqləyib. Bu yaxınlarda Fransada da qanunsuz totalizatorlar qadağan edilib. Beynəlxalq Olimpiya Komitəsi hesab edir ki, dövlətlərin bu mübarizəyə qarışması, hətta qanunsuz totalizatorlarla bağlı transmilli şəbəkənin yaradılması vacibdir. Çünki bəzən bu oyunlar idmanda korrupsiyaya yol açır.

Axı sirr deyil ki, totalizatorlarda iri məbləğdə mərc gələnlər bəzi idmançılarla danışıb, razılaşdırılmış oyunlar təşkil edirlər. Bu isə artıq mütəşəkkil cinayətkarlıq deməkdir və ona qarşı ümumi mübarizə aparmaq lazımdır. İdman şərəfli bir məşğuliyyətdir. Lakin qanunsuz mərc oyunları idman üçün dopinqdən də betər təhlükəyə çevrilir. Ciddi bəlalarla üzləşməmək üçün azartlı vətəndaşlarımızı yalnız rəsmi, icazə verilən yerlərdə oynamağa dəvət edirik. Burada hər kəsin uduşunu alacağına, həm də vergisini ödəyib, dövlətə kömək olacağına zəmanət var.
OXŞAR MÖVZULAR