Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU

15 avq 2019, 14:40   

“Nəcməddin Sadıqov bu qədər işin öhdəsindən tək gələ bilməz...”- Sərdar Cəlaloğlu
Altun.az ADP sədri Sərdar Cəlaloğlunun "Hürriyyət"-ə müsahibəsini olduğu kimi təqdim edir
“...Rusiyanın maraqlarını Azərbaycan parlamentində, Prezident Aparatında, Nazirlər Kabinetində, prokuratura, məhkəmə və polis sistemində də müdafiə edən kifayət qədər insan var”
Avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində “Qarabağ-Ermənistandır” deməsi Azərbaycanda ciddi etiraza səbəb olub. Buna rəğmən, Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın bu açıqlamasına çox dişsiz cavab versə də, Müdafiə Nazirliyindən heç bir səs çıxmadı. Baxmayaraq ki, bir qrup vətəndaşımız bu məsələ ilə bağlı Müdafiə Nazirliyinə yollanmışdı ki, nazirin və yaxud Baş qərargah rəisinin adekvat reaksiya bildirməməsinin səbəblərini öyrənsin. Amma buna nail ola bilməmişdilər.
Göründüyü kimi, hələ də nazirliyin ortada heç bir mövqeyi yoxdur. İctimaiyyət isə bu mövqesizliyi sözügedən nazirlikdə Rusiyapərəst qüvvələrin olması ilə əlaqələndirir. Belə ki, “Xural” internet televiziyasının “Siyasət meydanı” verilişinə müsahibə verən keçmiş DTX zabiti İlham İsmayıl belə bir fikir səsləndirib ki, o, vaxtilə Xanlar rayonunda kurator olanda, Azərbaycanın Baş qərargah rəisi general-polkovnik Nəcməddin Sadıqov bu bölgəyə, 1988-ci ilin noyabrında, Xanlar rayonunda yaşayan ermənilərin təhlükəsizliyini qorumaq üçün gəlib.
Bəs, belə bir adamın uzun illər silahlı qüvvələrin Baş qərargahına rəhbərlik etməsi nə dərəcədə normaldır? “Hürriyyət”in bu və ya digər suallarını Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cavablandırır:

-Biz dəfələrlə Azərbaycanın Rusiyanın təsirində olduğunu, ölkənin suverenliyinin və müstəqilliyinin Rusiya tərəfindən məhdudlaşdırıldığını və siyasi hakimiyyətdə Rusiya tərəfindən təyin edilmiş adamların olduğunu, eləcə də Azərbaycanın siyasi təmsilçilərinin böyük əskəriyyətinin Rusiyanın təsirində olduğunu demişik. Həmçinin, Dağlıq Qarabağın azad olunması, ölkədə korrupsiya, insan hüquqları və azadlıqları, Azərbaycanın Avropaya inteqarsiya məsələsində ən böyük əngəlin Rusiya və onun Azərbaycandakı nümayəndələri olduğunu demişik. Təbii ki, burada konkret olaraq tək Nəcməddin Sadıqov bu qədər işin öhdəsindən gələ bilməz. Rusiyanın maraqlarını Azərbaycan parlamentində, Prezident Aparatında, Nazirlər Kabinetində, prokuratura, məhkəmə və polis sistemində də müdafiə edən kifayət qədər insan var. Elə ona görə də Azərbaycan öz milli problemlərini həll edə bilmir. Birmənalı şəkildə başa düşmək lazımdır ki, Dağlıq Qarabağ probleminin həlli Azərbaycan üçün gün məsələsidir. Biz bütün imkanlarımıza, insan resurslarımıza, vətənpərvərliyimizə, fədakarlığımıza, hərbi texnikamıza, dünyada mövqeyimizə görə bir neçə dəfə Ermənistana qalib gələ bilərik. Nəinki Qarabağı, hətta vaxtilə demokratik Cümhuriyyət dövründə bizdən işğal etdikləri Zəngəzuru, Göyçə mahalını, İrəvanı və digər ərazilərimizi də özümüzə qaytara bilərik. Amma Rusiya bu məsələdə bizə ciddi şəkildə əngəl törədir. Çünki zatən, Qafqazda Ermənistan dövləti ideyası Rusiyaya məxsusdur. Ermənilər heç vaxt Qafqazda yaşamayıblar. Onların Qafqaza gəlişinin 100-150 illik tarixi var. Əgər Qacarın tarixini oxusanız görərsiniz ki, Qacarın dövründə o boyda imperiyada bir ucu Hindistan, bir ucu Stavropol, bir ucu İraq, bir ucu da Orta Asiyada səpələnmiş şəkildə cəmi 8 min erməni ailəsi yaşayıb. Amma biz görürük ki, XIX-cu əsrlərin axırlarında intensiv şəkildə Qafqazda ermənilərin sıxlaşması, konsentrasiya olunması müşahidə olunur və indiki halda da 2 milyona yaxın erməni Qafqazda yaşayır. Halbuki, ermənilərin Qafqazla heç bir əlaqəsi yoxdur. Erməni xəstələyi deyilən bir xəstəlik sübut edir ki, ermənilər Qafqaz xalqları ilə eyni coğrafi mühitin aborigenləri deyillər və bunlar bizim torpaqlarımıza gəliblər. Hətta baxın, Alban kilsəsinə belə yiyələnib, onu öz kilsələri ediblər. Baxmayaraq ki, ermənilərin özlərinin ən böyük alimlərindən biri Abovayan, hansı ki, bu kilsə tarixini öyrənən böyük bir tarixçidir, etiraf edir ki, ermənilərin qədim kilsə dili türk dilinə daha yaxındır, nəinki müasir erməni dilinə. Çünki Alban kilsələri Azərbaycan türklərinin kilsələri olub. Təbii ki, kitablar da hamısı türk dilindədir. Özləri bunu etiraf edir. Hətta bu gün onların dillərində 100 minə yaxın türk sözü var. Eləcə də məişətlərinin 99%-i, musiqiləri bizə aiddir. Ermənilər bir parazit kimi Azərbaycan mədəniyyəti, adət-ənənələri, əraziləri üzərində özlərinə bir dövlət və mədəniyyət yaratmağa cəhd edirlər. Təbii ki, Azərbaycan xalqı bunun qarşısını almağa hazırdır. Amma Rusiyanın agentura şəbəkəsinə daxil olmuş insanlar, hansılar ki, Azərbaycanda yüksək vəzifələrdə işləyirlər, yüksək postlar tuturlar, buna imkan vermirlər və Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər. Məsələn, o günu bir deputat çıxıb deyir ki, Azərbaycan xalqı fədakarlığa hazır deyil. Hansı xalq öz torpaqlarının azad olunması uğrunda 20 min şəhid verib? Azərbaycanın 20 minə yaxın şəhidi var. Bundan artıq fədakarlıq sən nəyə deyirsən? Aprel döyüşlərində “məmə deyəndən, pəpə deyənə” qədər hamı cəbhəyə getməyə hazır idi. Dövlət artıq müharibə elan etmişdi və hamı da istəyirdi ki, bu müharibədə iştirak eləsin. Bundan artıq müharibəyə hazırlıq, fədakarlıq nəyə deyirsən?

Dövlət xadimləri, Azərbaycanı idarə edənlər özləri Azərbaycanı azad etməyə hazır deyil, ya iradələri yoxdur, ya da Rusiyanın təzyiqi altındadır. Bunu xalqın adına yazmaq istəyirlər ki, guya, xalq hazır deyil. Bütün dünya da bilməlidir ki, Azərbaycan xalqı birmənalı şəkildə öz torpaqlarını nəyin bahasına olur-olsun azad etməyə həm hazırdır, həm qadirdi, həm də gec-tez azad edəcək. Bu hakimiyyət gedəndən sonra milli, xalqın mənafeyinə xidmət edən hakimiyyət gələcəyi təqdirdə Dağlıq Qarabağı azad etmək bizim üçün bir problem olmayacaq. Ermənilər də bunu başa düşməlidir. İndidən başlayıb orada məskunlaşırlar, yol, su, kanal çəkirlər. Bütün bunlar hamısı müvəqqəti şeylərdir. İrəvan da daxil olmaqla, bütün bu ərazilər Azərbaycan türklərinə məxsusdur. Ermənilərin burada mənəvi haqqı yoxdur. Qafqazda onların mövcudluğu Rusiyanın xarici siyasətində bir elementdir. Rusiyanın özü əlini ermənilərdən çəkəcəyi təqdirdə heç ermənilərə təzyiq etmək lazım gəlməyəcək, ermənilərin öz doğma vətənləri haradırsa, ora da köçüb gedəcəklər. Ermənilərin Qafqaza heç bir aidiyyatı yoxdur.

- Zaman-zaman keçmiş müdafiə naziri Səfər Əbiyevin Baş qərargah rəisi Nəcməddin Sadıqovu isetefaya göndərmək üçün ölkə başçısına müraciət etdiyi haqda iddialar var idi. Ancaq görünən odur ki, mövcud hakim komanda Sadıqovla deyil, Əbiyevlə vidalaşmağa üstünlük verdi. Belə bir vəziyyətdə Azərbaycanın Rusiyanın razılığı olmadan müharibə etmək şansı varmı?

- Azərbaycanın Rusiyanın razılığını almağa ehtiyac yoxdur. Çünki Azərbaycan müstəqil, suveren dövlətdir. Beynəlxalq hüquqa görə biz öz ərazilərimizi müharibə yolu ilə azad etmək hüququna malikik. Sadəcə olaraq, bu zaman Rusiya Azərbaycana təzyiqlər edə bilər. Azərbyacan da bu təzyiqi neytrallaşdıracaq önləyici addımlar atandan sonra müharibəyə başlamalıdır. Çox təəssüf ki, Azərbaycan müharibə yolu ilə Qarabağı azad etmək əvəzinə, Qarabağı ermənilərə vermək üçün xalqları sülhə hazırlamaq yolu tutur. Bundan əvvəl də biz dəfələrlə bu cür xəyanətkar mövqe nümayiş etdirildiyini görmüşük. İstər Bişkek protokolu, istərsə Lissabon sammitində Azərbaycanın mövqeləri demək olar ki, indiki hakimiyyət tərəfindən çox böyük təhlükəli bir həddə qədər uduzdurulub. Əlbəttə, Azərbaycan iqtidarı istəsə, heç bir problem yoxdur, Dağlıq Qarabağı Rusiyanın iradəsinin ziddinə azad edə bilər. Rusiya bizə neynəyə bilər? Biz öz ərazilərimizi işğaldan azad edirik. Rusiya bizə nə deyə bilər? Biz Ermənistanın, Rusiyanın ərazisinə keçmirik. Bəyəm, bizim öz torpaqlarımızı azad etmək hüququmuz yoxdur? Sadəcə olaraq Rusiya burada təzyiq edə bilər. Biz də Rusiyanın bu təzyiqini neytrallaşdıra biləcək addımlar atmalıyıq, müsəlman dövlətlərini, Avropanı, Amerikanı bir dost kimi yanımızda görməliyik. Azərbaycan iqtidarı düşünülmüş şəkildə elə bir siyasət aparır ki, həm islam dünyasından, həm türk dünyasından, həm də demokratik dünyadan uzaqlaşır. Ona görə, təklənir, təklənəndə də doğrudan da baxır ki, biz Rusiyanın qabağında acizik. Biz Rusiyanın qabağında neynəyə bilərik? Nəyə görə Pribaltika Rusiyanın qabağında dura bilir? Gürcüstan, bizdən iki dəfə kiçikdir, Rusiyanın qabağında dura bilir? Moldova Rusiyanın qabağında dura bilir və Avropaya inteqrsiya məsələsində inadlı mövqe nümayiş elətdirir? Azərbaycana gələndə, biz dura bilmirik. Arxamızda 1,5 milyard müsəlman, 300 milyonluq türk dünyası, neçə milyard da demokratik dünya var. Biz bu dövlətləri narazı salmasaq, onlarla yaxınlıq edəcəyimiz təqdirdə Rusiya bizə neynəyəcək?
Qaldı ki, biz real şəkildə öz torpaqlarımızı azad etmək istəsək, Rusiya bununla razılaşacaq. Çünki Rusiya bu cür separatçı hərəkətləri dəstəkləyəcəksə, onda biz də Çeçenistanı, Başqırdıstanı, Tatarıstanı, Dağıstanı və Rusiyada digər muxtar respublikaların müstəqilliyini dəstəkləməliyik, təbliğ etməliyik və bu istiqamətdə iş aparmalıyıq. Rusiyanın özünə xeyirdir, bəyəm? Separtizimdən ən çox əziyyət çəkən ölkələrdən biri də Rusiyadır. Ona görə də Rusiyanı başa salmaq lazımdır ki, sən əgər mənim ərazimdə separatizmi dəstəkləyərsən, mən də sənin ərazindəki separatçı hərəkatları dəstəkləyərəm. Ruslar Sovet hökuməti dağılandan bu günə qədər Dağıstanı, Çeçenistanı, Tatarıstanı nəzarət altına ala bilməyiblər. Bu, acı da olsa reallıqdır. Rusiya indi gəlib Azərbaycana necə nəzarət edə bilər? Sən bir Dağıstanın öhdəsindən gələ bilmirsən. Onda mən Azərbaycan hökumətinə sual verirəm, əgər Rusiya Dağıstana nəzarət edə bilmirsə, necə olur Azərbaycana nəzarət edə bilir? Deməli, siz özünüz Rusiya ilə bağlısınız, Rusiyaya xidmət edirsiniz. Dağıstan da Azərbaycan ərazilərdir, vaxtilə işğal edib, amma Dağıstanda vəziyyətə nəzarət edə bilmir. Orada şəriət məhkəmələri hökm sürür. Orada insanlar dövlət orqanlarına yox, daha çox dini müəssisələrə müraciət edirlər və Dağıstan xalqı öz ədət-ənənəsi ilə yaşayır. Xeyir ola, Rusiya belə güclüdürsə, nəyə görə 25 il 1 milyon çeçenin arasında avara qalmışdı? Əgər amerikanlar, avropalılar dəstək verməsəydi, çeçenlər çoxdan Rusiyanın axırına çıxmışdılar. Necə olur 1 milyon çeçen 25 il Rusiya ilə vuruşa bilir, bu qədər maliyyə vəsaiti, ordusu olan 10 milyon Azərbaycan xalqı lazım gəlsə, Rusiya ilə vuruşa bilmir? Niyə? Biz öz torpaqlarımızı azad etmək xətrinə lazım gəlsə, Rusiya, Amerika, Fransa ilə, qabağımıza kim dursa, onunla müharibə etməyə hazır olmalıyıq. Vətəni yalnız belə qorumaq olar. Türklər birinci dünya müharibəsində Türkiyəni 35 dövlətə qarşı müdafiə etdilər, qorudular və xilas oldular. Bir çox xalqlar var ki, çoxlu düşmənə qalib gəlib. İndi bizim taleyimiz elədir ki, düşmənimiz bir Rusiyadır, başqası yoxdur. Lap tutaq ki, Rusiyanın yanında Amerika da, Fransa da yer alsın, haqlı güclüdür, güclü haqlı deyil. Biz haqlıyıq. Mən demirəm ki, ordumuz var, amma biz haqlı olduğumuza görə güclüyük. Niyə biz öz gücümüzü gücsüzük kimi təqdim edirik? Ona görə də Azərbaycan iqtidarı siyasi cəhətdən Qarabağı azad etmək istəmir. Yerdə qalan hərbi, sosial-iqtisadi problemlər yoxdur. Qarabağı azad etmək bizim üçün gün məsələsidir.

O ki qaldı Nəcməddin də daxil olmaqla hakimiyyətdə ayrı-ayrı kadrların təmsil olunmasına, Nəcməddinin qardaşı Rusiyanın Ermənistandakı qoşunun başında durub, özü də Azərbaycanın qoşunlarının başında durub. Bir qardaşı orada erməni qoşunlarının rəhbəridir, bir qardaşı da burada Azərbaycan qoşunlarının rəhbəridir. Bu, bir oyundur, özü də çox iyrənc bir oyundur. Necə ola bilər 3-4 dəfə prezident dəyişsin, 3 dəfə siyasi hakimiyyət dəyişsin, amma bu illər ərzində eyni bir adam eyni vəzifədə qalsın və bu dövrdə ordu bir dəfə də olsun müvəffəqiyyətli nailiyyət əldə etməyib. Bir dənə Lələtəpə döyüşlərində müəyyən nəaliyyət əldə etmişik. Ona görə ki, onda da onun əmrlərini heç kəs icra etməyib. Azərbaycanda Nəcməddin Sadıqovun Rusiyanın agentura şəbəkəsinə daxil olan, maraqlarını müdafiə edən bir hərbçi olduğunu hamı başa düşür. Ona görə də nə onu yerindən tərpədə, nə də bir şey edə bilirlər.

O vaxtı Daşaltı döyüşlərində onun rolunu, nələr elədiyni hamı bilir. Zaman-zaman Rusiyanın agentlərini çıxardırlar, onu müdafiə elətdirirlər. İki qardaşın biri düşmən dövlətdə orduya rəhbərlik edir, biri də Azərbaycanda. Sən bunu nə cür yoza bilərsən? Vaxtilə Rusiya bütün xalqları, o cümlədən Axska türklərini, polyakları və bəzi xalqları sürgün edirdi ki, müharibədir. Ola ilsin ki, bu xalqın bir nümayəndəsi birdən müharibədə düşmən tərəfə keçər. Burada isə iki qardaş, biri burada, biri də orada orduya rəhbərlik edir. Sən bunu işdən çıxartmırsan. Deməli, sən özün siyasi iradə nümayiş elətdirmirsən,

- Faktiki olaraq bu gün də Nəcməddin Sadıqovun nazirdən üstün səlahiyyətlərə malik olduğu haqqında iddialar var. Belə bir durumda Azərbaycan ordusunun NATO-ya inteqrasiyası mümkündürmü?

(ardı var)

Şamo EMİN, Hurriyyet.org
OXŞAR MÖVZULAR