Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Birlikdən kənarda heç bir partiya heç bir nailiyyət əldə etməyib - Sərdar Cəlaloğlu

06 fev 2019, 20:54   
Birlikdən kənarda heç bir partiya heç bir nailiyyət əldə etməyib - Sərdar Cəlaloğlu

Altun.az Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Versus.Az İnformasiya Agentliyinə verdiyi müsahibəni təqdim edir.
Sərdar Cəlaloğlu: “Ona-buna çamur atmasın, Əli Kərimlini də çağırsın, məni də...”

- Sərdar bəy, Azərbaycana qarşı yönələn mövcud işğal faktının, beynəlxalq müstəvidə cərəyan edən ikili yanaşmaların, eləcə də digər daxili mövcud problemlərin fonunda dayanan siyasi müxalifət partiyalarının nəhayət bir-biri ilə uzlaşıb, fəaliyyətlərində dəyişiklik etməsi ilə bağlı vəziyyəti hansı səviyyədədir?

“...o satqındır, xəyanətkardır, hökumətə işləyir” kimi ittihamlarla zərərli təbliğat aparırlar”

- Azərbaycanda son 5-6 ildir ki, siyasi müxalifət arasında ciddi bir fikir ayrılığı, parçalanmalar var. Olunan cəhdlərə baxmayaraq, müxalifət bir araya gəlmir. Bunun da əsas səbəbi “nailiyyətsizlik sindromu”dur. Uzun illərdir ortada bir nailiyyətsizlik var. Siyasi liderlər günahı başqalarının üzərinə atmaq üçün kənarda dayanıb “o satqındır”, “o xəyanətkardır”, “o hökumətə işləyir” kimi ittihamlarla zərərli təbliğat aparırlar. Çalışırlar ki, öz nailiyyətsizliklərinin səbəbini eyni cəbhədə olan başqa adamların çiyninə atsınlar.

- Son zamanlar Qarabağ Komitəsi, daha sonra da bu qurumda olan bəzi partiyaların iştirakı ilə Azərbaycan Xalq Hərəkatı (AXH) yarandı, mitinqlər, toplantılar keçirildi, partiyaların birgə işi ilə bağlı ardıcıl müzakirələr aparıldı və bu gün də davam edir. Belə təəssurat yaranır ki, sanki müxalifət partiyaları arasında bir dialoqa gəlinmə var.

- Yox, şüuraltı olaraq hamı ümid edir ki, bu nailiyyətsizlik sindromu altında parçalanmaq, bir-birini qəbul etməmək, bir- biri ilə məsafə saxlamaq uzun müddət davam edə bilməz. Çünki o, həmin sindromu yaşayan adamların daha ciddi şəkildə məhv olmasına gətirib çıxarır. Ona görə də zəruri olaraq, yenidən inteqrasiya meyilləri başlayıb və bunun ən müxtəlif modelləri axtarılır. Məsələn, son vaxtlar qeyri-siyasi müstəvidə yaranan Qarabağ Komitəsini, siyasi müstəvidə yaranan Xalq Hərəkatı və aparılan müzakirələri qeyd etmək olar... Elə bilirəm ki, bu axtarışlar bir nəticə verəcək və 90-cı illərdə vahid cəbhədən çıxış edən Azərbaycan müxalifəti yenidən formalaşacaq. Çünki bizim yaxın siyasi tariximiz göstərir ki, Azərbaycan müxalifətinin əldə etdiyi nailiyyətlər yalnız birlik formullarından keçir. Birlikdən kənarda heç bir partiya heç bir nailiyyət əldə etməyib.

- Sizcə, müəyyən bir axtarışdan sonra Xalq Hərəkatının təsis olunmasına ehtiyac var idi?

- Az, yaxud da çox dərəcədə nəsə yaranırsa, deməli, o hansısa bir sosial təklifdən irəli gəlib. Ona görə də əgər Azərbaycan Xalq Hərəkatı adında bir təşkilat yaranıbsa və orada müəyyən insanlar fəaliyyət göstərirsə, deməli buna zərurət olub. Zərurət olmayan yerdə təsadüfi siyasi təşkilat, siyasi birlik yaranmır.

"Təşkilatın yaranmasının özü “nailiyyətsizlik sindromu” üçün bir müsbətdir"
- Bu hansı zərurətin, hansı sosial sifarişin nəticəsi idi?

- Xalq, ümumiyyətlə müxalifətin bir araya gəlməsini, ölkədə ciddi siyasi dəyişilmələri istəyir. Bu təşkilatın yaranması da xalqın tələblərinə cavab olaraq verilən bir təklifdir. İndi xalq nə dərəcədə bu ideyaların arxasınca gələcək, nə dərəcədə Azərbaycan Xalq Hərəkatı formasında insanlara gözlədiyi nailiyyətləri verəcək, bunu gələcək göstərəcək.

- Siz bir qədər öncə “nailiyyətsizlik sindromunu”, müxalifətdaxili gərgin vəziyyəti qeyd etdiniz. Sizcə belə bir şəraitin fonunda yeni bir təşkilatın yaradılması müxalifətə dediyiniz nailiyyəti qazandırıb, o sindromu aradan qaldıra biləcək?

- Təşkilatın yaranmasının özü “nailiyyətsizlik sindromu” üçün bir müsbətdir. Çünki əgər nailiyyətsizlik sindromu siyasi partiyaların bir-biri ilə məsafə saxlamasına təsir edirsə və əgər kimlərsə cəsarətlə bu sindromu üzərindən atıb bir araya gələ bilirsə, bunun özü də bir nailiyyətdir. İndi görüləcək iş xalqın bu ideyanı nə dərəcədə dəstəkləməsindən asılı olacaq.

“Osmanqızı birmənalı şəkildə AXCP və Milli Şuranın bir tribunası kimi çıxış edir”

- Bu təşkilat yarandı və daha çox da müxalif cəbhədə, Milli Şurada olan partiyalar tərəfindən əks reaksiya ilə qarşılandı. Hətta Sevinc Osmanqızının İsgəndər Həmidovla müsahibəsi siyasilər tərəfindən kəskin reaksiyaya səbəb oldu. AXH-nin Milli Şuraya alternativ olduğu qeyd olundu və beləcə, cəmiyyətə müxalifətin növbəti bir qarşıdurmasının yeni mənzərəsi təqdim olundu. Sizcə, bu nəyin göstəricisi idi?

- Əvvəla onu deyim ki, Milli Şurada bir neçə partiya birləşməyib. Hamı bilir ki, o, Azərbaycan Xalq Cəbhəsi və onun ətrafında tək-tək birləşmiş insanlardan ibarət bir qurumdur. Xalq Hərəkatı isə 15-20 partiyanın birləşdiyi və qeydiyyatdan keçmiş bir təşkilatdır. Milli Şurada isə AXC-dən başqa partiya yoxdur. Ona görə də bunları bir-birinə alternativ qoymaq tamamilə yanlışdır. Sevinc Osmanqızı isə ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının maraqlarını müdafiə edən internet bloggeridir. O, çox yanlış bir yoldadır. Bu da onun keçdiyi həyat tərzi ilə bağlıdır və bu, onun demokrat olmasına imkan vermir. O qız Amerikaya getdiyinə görə özünü həddən artıq demokrat kimi təqdim etməyə çalışır, amma alınmır. Azərbaycan siyasətindən, Azərbaycan siyasətçilərindən xəbərsiz olduğu halda ittihamlar irəli sürür. O, tanımadığı adamları hökumətə işləməkdə ittihamlayır, onlara böhtan atmağa cəhd edir. Bu, çox yanlış bir işdir. Mətbuat özünün birtərəfliliyini saxlamalıdır. Osmanqızı qəti şəkildə özünün bitərəfliliyini saxlaya bilmir. O, birmənalı şəkildə AXCP və Milli Şuranın bir tribunası kimi çıxış edir.

“Sən necə demokratsan ki, ağzını açıb küçə söyüşləri söyürsən”

- Sizin Osmanqızı ilə bağlı dediyiniz sözlərinizdən belə çıxır ki, AXCP və Milli Şuranın da demokratiyadan xəbərləri yoxdur.

- Mənim sözümdən belə çıxmır, elə belədir. Əgər inanırlarsa ki, doğrudan da demokratdırlar, gəlsinlər istənilən televiziyada debata çıxaq. O cümlədən də Osmanqızının onlayn kanalında üz-üzə dayanıb, suallara cavab verə bilərik. Onda görəcəyik ki, kim haqlıdır, kim haqsız, kim hökumətə işləyib, kim işləmir, kimin işlədiyi siyasət hökumətin xeyrinədir, kiminki ziyanınadır... Bilirsiz, ola bilsin ki, bəzi adamların hökumətlə heç bir əlaqəsi yoxdur, amma onun apardığı siyasət məhz hökumətə xidmət edir. Bəzi adamlar var ki, hökumətlə əlaqəsi var, amma apardığı siyasət xalqa xidmət edir. Burda kiminsə iqtidarla təmasından yox, kimin apardığı siyasətin ölkəyə hansı təsirləri göstərməsi, hansı siyasi proseslərin qarşısını alması, kimin müxalifətin fəaliyyətinə zərər vurması, kimin siyasətinin Rusiyanın, Qərbin maraqlarına xidmət etməsindən söz gedir. Yoxsa iqtidarla əməkdaşlıq siyasi tələbdir. Buyursunlar, Sevinc Osmanqızı ona-buna çamur atmasın, Əli Kərimlini də çağırsın, məni də. Orda ən radikal, arzuolunmaz sualları qoysunlar və biz də üz-üzə dayanıb deyək kim kimdir. Yoxsa məni çıxardır ora, suallar verir, aşağıdan da kimlərəsə rəy yazdırıb məni söydürür. Guya iş aparır, guya demokratdırlar. Sən necə demokratsan ki, ağzını açıb küçə söyüşləri söyürsən. Baxırsan ki, 30 nəfər rəy yazıb, bunun 29-u söyüşdür. Sənin elektoratın bu adamlardır, sən buna demokratiya deyirsən. Söyüş hara, demokratiya hara. Şərəf və ləyaqətin qorunması Azərbaycan Konstitusiyasında nəzərdə tutulur və beynəlxalq hüququn əsas tələblərindən biridir. Sən necə demokratsan ki, insan öz fikrini ifadə edir, sən başlayırsan küçə söyüşləri ilə onu təhqir etməyə?!

- Müxalifət daxilində gedən bu acınacaqlı prosesdən necə yaxa qurtarmağı düşünürsünüz?

- Bundan necə qurtarmaq olar?! Mənim məlumatım var ki, ad çəkməyəcəm, 15-20 nəfər adamı oturdub şəbəkədə, hərəsinə anonim anket açdırıb, ayda hərəsinə 200 manat verməklə, opponentlərinə söyüş söydürürlər. Bunu mənə o işi təşkil edən adamın özü şəxsən deyib. O adam indi Kanadadadır, istəsələr əlaqə saxlayıb özündən soruşa bilərlər. O adam özü mənə dedi ki, söyüş söymək üçün həmin adamlara pul verirlər. Siz buna demokratiya deyirsiz, iş deyirsiz?! İnsanlar acınacaqlı vəziyyətdədir, ehtiyacı var, sən də bundan sui-istifadə edib pulla onu qeyri-insani proseslərə cəlb edirsən. Bunun nə insanlığa, nə demokratiyaya aidiyyatı yoxdur.

- Milli Şuranın son mitinqlərində insanların çox yaxşı iştirak etdiyi qeyd olundu. İnsanlar burda demokratiya qazana biləcəyinə inanır?

- Bir şeyi bilmək lazımdır ki, kütlələr heç vaxt liderdən asılı olmur. Kütlə yığışır, öz problemini deyir, dağılır. Lider kütlədən sui-istifadə edərək, onu öz elektoratı kimi təqdim etməyə çalışır. Ancaq bu alınmır.
Tahirə Qafarlı

OXŞAR MÖVZULAR