Impera

XƏBƏR LENTİ
23:38ABŞ Türkiyəni təhdid etdi: "...bu, ABŞ ilə birbaşa qarşıdurmaya səbəb olacaq"22:04Türkiyənin Bağdad səfiri İraq XİN-nə çağırıldı-NOTA21:48Israil "Sarı jiletlilər"i də haqları üçün küçələrə çıxdı-- saxlanılanlar var19:18Prezident Dağlıq Qarabağ məsələsi ilə bağlı xalq qarşısında hesabat verməlidir--İlyas İsmayılov15:32Avrasiya İttifaqı sammitinin məhəllə uşaqları: "Niyə o qərardan öncə məsləhətləşməyib?" (?...) - Şok açıqlama15:09Hava kəskin soyuyur: qar yağacaq - Xəbərdarlıq21:51Tamerlan Qarayevə yeni vəzifə verildi18:22Tereza Mey siyasətdən gedir--Açıqlama18:06Ankarada sürət qatarı qəzaya uğrayıb: ölənlər var - FOTO/VİDEO17:21Lənkəranda 45 yaşlı balıqçı itkin düşdü14:54Fransada daha bir etirazçı faicəvi şəkildə öldü14:41Əmək haqqı 10000 manat alır, amma, rəsmi sənəd üzrə maaş 130 manatdır--Direktor14:28Rusiya İrandan imtina etdi: Neft layihələri durduruldu13:38Lavrov Bakıya uçur13:29Ya vəliəhd Salman, ya da ABŞ -- Senator13:25Eldar Əzizovun qardaşına yüksək vəzifə verildi12:32Qadjetlər uşaqları "məhv" edir-Araşdırma12:19Ziya Məmmədovun gətirdiyi avtobuslar hərraca çıxarıldı12:16Direktor arvadını 5-ci mərtəbədən atdı-BP20:59Meydən "Breksit"lə bağlı yeni xəbər18:02Bakının bu ərazilərində 2 gün su olmayacaq17:56Azersun Holding MMC-nin sahibi səhmlərini məmurlara satacaq - Gözəl: "...bəddua edəcəklər"16:07Yer Tehranı ildə 25 sm "udur"--SOS16:00Maralla Kamal mahalları bölüşə bilmədi--Türkiyə14:38Sabiq nazir ölümdən döndü14:30Ermənistanda qərbyönümlü qüvvələr hakimiyyətə gəldi.14:04Qubada itkin düşən bu tələbə oğlan axtarılır - DİN12:33Fransız “Sarı jiletlilər”i 25 bəndlik tələbdən ibarət manifestini yayımlayıb12:21Ermənistan parlamentini bu cür formalaşdıracaq12:13Yapon iqtisadiyyatı tənəzzüldə12:06Masallıda evin qarajında qaz sızması: ölən var - Rəsmi19:5213 nəfər diri-diri yandı--CAR19:48Gənclər gələcəklərini kiçik şəhərlərdə qursalar, daha xoşbəxt yaşayarlar- Türk tarixçi İlbər Ortaylı19:41Talibandan növbəti hücum: 8 hərbçi öldü...17:39Məmurları daşıyan helikopter qəzaya uğradı: 7 ölü17:15Fransızlardan Trampa sərt xəbərdarlıq: Burnunu soxma!..17:07Qırğız əsilli idmançı postsovet ölkələri arasında ilk dəfə UFC çempionu olub - VİDEO16:53Putinlə bizim görüşümüz keçiriləcək – Netanyahu açıqladı16:49Makron “Sarı jiletlilər”dən üzr istəməklə qalib gəldi12:17İran hər an vurula bilər-Avropa kəşfiyyatı zəmin hazırlayır11:42Tereza Mey “Brexit” sazişi üzrə səsverməni təxirə sala bilər11:37Tacikistanda dördəm uşaqlar doğulub11:33Nə Rusiya, nə ABŞ, nə də Çin..- Ukrayna da nüvə təhdidinə başladı11:27Bakıda ağır avtoqəzada qadın sərnişin öldü09:45İran və Türkiyə illərdir terrorizm problemi ilə qarşı-qarşıyadır--Ruhani09:40Dövlət Komissiyası ziddiyyətli məlumat yayıb – Son məlumat09:08Amerika Avropanı diri-diri udmağa hazırlaşır-«Fransızlar məni istəyir» - Tramp08:58Azərbaycanlı iş adamı Rusiyada həbs edildi08:40Heydər Əliyev atasının Putinlə birgə şəklini paylaşıb -FOTO18:34Brüsseldə də "sarı jiletlər" ayağa qalxdı-Yüzlərlə həbs olunanlar var18:27OPEK+ Rusiyaya zərər verəcək - Kudrin17:56Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır-Ə.Amaşov17:46MKİ məxfi əməliyyatlarına rəhbərlik Rusiya qrupunun rəhbərinə tapşırıldı17:31Rusiyaya qarşı Almaniya ABŞ-la birlik yaradır: Avropanı qorumaq üçün...13:04Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu12:28Mavi ekranlardan dilimizi korlayan aparıcıların adları açıqlandı - Siyahı12:17Gəncədə ərə qarşı qadın zorakılığı qeydə alınıb- bıçaqlanma12:13Tramp Tillersonun simasında daha bir rəqib qazanır: Kütbeyin, tənbəl...12:08Putinin ətrafındakı 6 oliqarxa Britaniyadan qadağa başladıldı18:59Ordu paytaxta yeridildi18:55Hamilə keçini zorlayan 22 yaşlı gənc 15 illiyinə azadlıqdan məhrum edildi18:35Vəkillər Kollegiyası sədrini yenidən təsdiq etdi – Nəticə18:26Eks prezident həbs olunur -Video18:17Kürdəmirdə ağır yol qəzasında bir nəfər öldü...17:46DTX-dən vətəndaşlara xəbərdarlıq etdi - Bilə-bilə...20:50Keçi sahibinin 20 min avrosunu yeyib, özünü də ömürlük bir nöqtəyə baxmağa məhkum edib20:38DİQQƏT!--Bu marşrut xətləri birləşdirildi20:30Lukaşenko "xoruz"lanmaq istədi, Putin "xoruz"unu qoltuğuna verdi--Aİİ sammitdə20:21Ruslar Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi sənaye müəssisələrində nəzarəti həyata keçirib-Nədən?18:50Dünya yeni bir qütbləşmə və silahlanma yarışının astanasındadır--Qorbaçov18:33İlham Əliyev Putin və Paşinyanla yan-yana şəkil çəkdirdi- Düşmənlərin acığına17:37Rusiya Ukraynada məğlub olacaq - Xerbst17:31Trafik canavarı daha bir can aldı17:25Putindən siyasi suverenliklərindən məhrum etdiyi müttəfiqlərinə çağırış: İqtisadi suverenliyinizi artırın16:5125 ildən sonra münaqişənin adı dəyişdi: "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" --İrəliləyiş16:43AZAL 2 gün "Atatürk"ə uçmayacaq - Səbəb15:55Qırmızı vərəqə alan futbolçu geri çağırıldı və oyuna davam etdi15:46Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq--Admiral Vladimir Komoyedov15:33Avtovağzalda “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi - Foto15:26Rusiya bu savaşda 100 milyard dollar itirib--Medvedyev15:21ATƏT Qarabağın ermənilərdə qalmasında israrlıdır10:05Onlar deyirlər ki, biz bunu etməməliyik--Paşinyanın gizli danışığı yayıldı09:58Bakıda daha bir təmizlik işçisi maşınla vuruldu09:55Rusiyadan “Bal-E” raket sistemlərinin alınması kimi niyyətimiz də olmayıb - MN09:32Vəliəhd ABŞ-ı savaşa sövq edə bilər - Senatordan xəbərdarlıq09:29Rusiyadan erməniləri müdafiə etməsi ilə bağlı daha bir etiraf-- Biz gedə bilərik...14:56Mən güc yolunun tərəfdarı deyiləm - Dodon14:52İrəvan iş görüb, Bakı Rusiya XİN-ə İrəvanla bağlı etiraz edib...14:42Qubalı qadın internetdə tanış olduğu sabirabadlı "sevgili"sini Qusarda güllələtdi14:30Prezident iqamətgahını arvadına verdi--Olay13:17Sabah intensiv yağış, qar olacaq... - Xəbərdarlıq20:38Heydər Oğuzdan Mirşahinə tərs şapalaq-- Sayqı görmək istəyirsinizsə...20:15Putin, Ərdoğan, Makron və Merkel--- Görüş yeri...20:09NATO-dan Rusiya və İrana çağırış...17:25Sürücülərin nəzərinə: bu yolda hərəkət məhdudlaşdırılır16:22Koza Nostra mafiyasının 80 yaşlı lideri ələ keçirildi16:18Milanda XİN başçılarının görüşü artıq vəsait itkisidir, nəticə sıfra bərabərdir--Y.Mixaylov16:08DTX-nin saxta hesabındakı üzvlərin sayı rəsmi hesabındakından artıqdır13:31Rus dilini ikinci dil kimi qəbul edin, heç bir problem olmayacaq -- Putindən Paşinyana təklif13:19Azərbaycan diasporasının bərqərar olmamasının səbəbi məlum oldu
BÜTÜN XƏBƏRLƏR

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu

08 dek 2018, 13:04   
Avropa Ermənistan vasitəsilə Rusiyanı da maliyyələşdirir – Sərdar Cəlaloğlu

Altun.az Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Teleqraf.com-un suallarına verdiyi cavabların oxucuları üçün də maraqlı olacağını nəzərə alıb, müsahibəni olduğu kimi təqdim edir:
- Sərdar bəy, Ermənistanda seçkiqabağı situasiyanı necə qiymətləndirirsiniz?
- Ermənistanda qeyri-adi hadisə yoxdur. Rusiya hakimiyyət dəyişikliyi formasında siyasət aparır ki, erməni xalqı rusların oyununa bir az da dözsünlər. Ermənistanda kim hakimiyyətə gəlir-gəlsin, o, nə Ermənistanın müstəqilliyi, nə də erməni xalqının xoşbəxtliyi ilə bağlı addım ata bilər. Ermənilərin torpaq iddiası onları müstəqillikdən məhrum edib. Bu, Rusiyanın bölgədə kifayət qədər nüfuz qazanmasına və onu təsir dairəsinə almasına xidmət edir. Ermənistanda seçkilərin nəticəsinin oradakı hadisələrə təsiri olmayacaq.
- Hansı tərəf daha çox səs alacaq, Paşinyanın rəhbərlik etdiyi blok və dəstəklədiyi partiyalar, yoxsa indi müxalifətdə olan respublikaçılar?
- Bir halda ki, orada bütün hadisələri Rusiya tənzimləyir, kimi məsləhət bilsələr, o da qalib gələcək. Ədalətli seçkidən, xalqın iradəsinin ifadəsindən söhbət gedə bilməz. Bütün komandalar Rusiyaya işləyir. Rusiya üçün kimin qələbə çalmasının o qədər də əhəmiyyəti yoxdur. Əsas odur ki, Ermənistan əvvəlki kimi Rusiyanın maşası olsun, Azərbaycanın müstəqilliyinə qarşı əngəl yaratsın, Rusiyanın Cənubi Qafqazda qalmasına şərait yaratsın. Bunu Paşinyan da, Tsarukyan da qalib gəlsə, edəcək.
- Bəzən belə fikirlər irəli sürülür ki, əslində Nikol Paşinyan Qərbin adamıdır və inqilab yolu ilə hakimiyyətə gətirildi. Amma siz əksini iddia edirsiniz.
- Paşinyan Qərbin adamı idisə, başlatdığı hərəkata Qərbdən dəstək olardı. Məsələn, Ukraynada demokratik hərəkat başlayanda ABŞ dövlət katibinin nümayəndələri gəlib meydanda camaata çörək paylayırdı. Gürcüstanda da Saakaşvili hakimiyyəti üzvlərinin maaşlarını uzun müddət Amerika verdi. Ancaq Ermənistanda bu proses başlayanda Qərbdən bəyanat səsləndi ki, sadəcə, müşahidə edirik. Bu yaxınlarda Paşinyanın ABŞ və Avropa ölkələrinə yardımla bağlı çağırışına da heç bir reaksiya olmadı. Avropa dövlətləri aşkar şəkildə Ermənistana maliyyə dəstəyi verirdi. Görəndə ki, Ermənistan Rusiyanın quberniyası kimidir və verilən pulları Ermənistan vasitəsilə Rusiyaya vermiş olur, Rusiyanı aldıqları blokadadan Ermənistan vasitəsilə çıxarmaq istəmədilər və ona görə də heç bir maliyyə dəstəyi göstərmədilər. Ermənistan necə Qərbyönümlü ola bilər ki, Qərbin dəyərləri erməni xalqının və Ermənistan dövlətinin bu gün həyata keçirdiyi siyasətə tamamilə ziddir. Başqa ölkənin torpaqlarını işğal ediblər, Rusiya qoşunlarını öz ərazisində saxlayırlar, daxili və xarici siyasət Rusiyanın icazəsi ilə aparılır.
Heç vaxt Ermənistanda Qərbpərəst qüvvələr yetişə bilməz. Düzdür, SSRİ dağılanda bəziləri meydana çıxdı, onları da məhv elədilər. Ermənistanda Qərbyönümlü Dəmirçiyan idi. Hətta sovet hökuməti vaxtında milli məsələni düzgün qurmadığına görə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsindən töhmət almışdı. Hakimiyyətə gələndən sonra ölkəni Rusiyanın təsirindən çıxarıb, Qərbin siyasi sərhədləri daxilinə salmaq istəyirdi. Parlament binasına daxil olub, orda da onu güllələdilər. Qərbpərəst və ya ruspərəst olmaq düşünülən qədər asan deyil, bəyanatların heç bir əhəmiyyəti yoxdur. Rusiya Ermənistanın ambisiyalarına kifayət qədər xidmət edir. Jirinovski dəfələrlə deyib ki, Azərbaycandan torpaq alıb sizə dövlət yaratmışıq, indi də Azərbaycanın bir parçasını qoparıb yenidən sizə veririk, bunun müqabilində nə deyiriksə, etməlisiniz.
- Elə isə Rusiya niyə Paşinyana “stavka” elədi?
- Müəyyən qüvvələrin hakimiyyətdə qalması daxildə xeyli problemlər yaradır, korrupsiya, rüşvətxorluq baş alıb gedir. Rusiya özü kasıblayıb, Ermənistana pul ayıra bilmir və orada iqtisadi problemlər yaranıb. Təbii ki, daxildə camaat hakimiyyətdən narazılıq edir. Rusiya öz dayaqlarını möhkəmləndirmək üçün Sərkisyanın komandasının başqa komanda ilə əvəzlənməsi ilə bağlı göstəriş verdi ki, bir müddətlik ermənilər yeni hakimiyyət gəldiyinə və xoşbəxt yaşayacaqlarına inansınlar. Ancaq Ermənistanda heç bir dəyişiklik olmayacaq.
- ABŞ-ın Ermənistana təyin edəcəyi xanım səfir Linn Treysin xüsusi missiya ilə göndərildiyi barədə xəbərlər yayılıb. Sizcə, bu missiya nədən ibarət ola bilər?
- ABŞ Konqresi belə qərar qəbul elədi ki, keçmiş SSRİ respublikaları ilə əlaqələr gücləndirilsin, siyasi iş yenidən qurulsun, həmin ölkələrdə gedən proseslərə bu və ya başqa şəkildə müdaxilə olunsun. Bu baxımdan əgər Konqresin qəbul etdiyi qərar həyata keçəcəksə, regiona çox ciddi adamlar göndəriləcək, bəzi səfirlər kimi ancaq təmsilçilik missiyası həyata keçirməyəcəklər, dəyişiklik üçün həm müxalifət, həm də iqtidarla işləyəcəklər.
Ola bilsin, Ermənistana göndərilən səfir də bu missiya ilə gələcək. Səfirlərdən heç nə asılı deyil, onlara nə tapşırılsa, icra edəcəklər. Ermənistanda vəziyyət olduqca çətin olacaq, çünki ölkə ərazisində rus qoşunları var və ermənilər öz ambisiyalarına görə, Rusiyanın buyruğuna getməyə məcburdurlar. Ermənistanın demokratikləşməsinin birinci əlaməti Qarabağdan imtina eləmək olacaq. İmtina eləmirsə, deməli, Ermənistan heç vaxt nə Rusiyanın təsir dairəsindən çıxacaq, nə də orada demokratikləşmə olacaq.
- Bəs sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın revanşı olacaqmı?
- Mafiyanın boğuşması Azərbaycan-Ermənistan münasibətinə təsir etməyəcək. Həqiqətən demokratik qüvvə hakimiyyətə gəlməyə cəhd edərsə, Ermənistanı Qərb siyasi həyatına doğru aparmaq niyyətində olan, rus qoşunlarının ölkədən çıxarılmasını, qonşuları ilə beynəlxalq hüquqa uyğun münasibət qurmaq istəyən qüvvə olarsa, biz o siyasi qüvvə ilə maraqlanmalı, onun bütün fəaliyyətini izləyib qiymət verməliyik. Hələlik, belə qüvvənin meydana çıxma ehtimalı yoxdur.
Vaxtilə Akopyan kimi Qərbyönümlü insanlar var idi, indi onlar Ermənistan cəmiyyətində həddən artıq az dəstəyə malikdir. Məsələn, Akopyan parlamentin üzvü idi, deyirdi ki, Dağlıq Qarabağ Azərbaycanındır, niyə bu torpaqlara iddia edib öz müstəqilliyimizdən imtina edirik? Belə adamlar az dəstəkləndi. Ayrekan adlı siyasətçi isə söyləyirdi ki, Ermənistanla Azərbaycan bir-birinə qarşı yox, birləşib Rusiyaya qarşı mübarizə aparmalıdır. Belə yüksək demokratik fikirli adamlar Ermənistanda da vardı, amma xalqdan yüksək dəstək almadılar. Daxildə klanlar bir-biri ilə vuruşur-vuruşsun, ona diqqət etmək doğru olmazdı.
- Hazırda seçki uğrunda mübarizə aparanlar içərisində belə qüvvələrin olmamasının səbəbi nədir?
- Ermənistan Rusiyanın total nəzarəti altındadır, orada xalqın kimə səs verməsi o qədər də əhəmiyyət kəsb eləmir. Əslində ona seçki demək də gülüncdür, çünki Rusiyanın təyinatıdır. Sovetlər dönəmində Ermənistan daha müstəqil idi, Dəmirçiyan milli siyasət aparırdı, nəinki indiki Ermənistan. Çünki Rusiya nə desə, Ermənistan tutuquşu kimi təkrarlayır.
OXŞAR MÖVZULAR