Bugün:

Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı

15 may 2018, 22:54, altun
    [declination=1 381]Oxunub: | [/declination]1 381
Ərdoğan BMT-ni, 128 dövləti İsrailin işğalçı dövlət terroruna son qoymağa çağırdı

ABŞ-ın qərarları İsraili cəsarətləndirib.
Altun.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Tereza Meylə birgə media konfransı zamanı çıxışında deyib.
“Bu vəhşiliyi buradan bir daha qınayıram. "Güclü olan"- məntiqi ilə İsrail belə addım atıb. İsrail orada işğalçı dövlətdir və terrorizm həyata keçirir. BMT-ni bu zülmə son verməyə dəvət edirəm. BMT-də keçirilən səsvermələrdə 128 ölkə səfirliyin köçürülməsinə “yox” dedi. Yalnız ABŞ, İsrail və adını belə heç zaman eşitmədiyimiz 8 ölkə bu qərarı dəstəklədi. ABŞ “Mən güclüyəm, mən haqlıyam” deyir. Biz güclünün tərəfində olacağıq, yoxsa haqlının?” - deyə türk lider vurğulayıb.