Bugün:

İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb

15 may 2018, 22:36, altun
    Oxunub: 541
İsrail də Türkiyənin baş konsulunu ölkəsini tərk etməyə çağırıb

İsrailin xarici işlər nazirliyi Türkiyənin Qüdsdəki baş konsulunu ölkəni tərk etməyə çağırıb.
Altun.az xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
“Baş konsula müəyyən müddət ərzində müşavirələrin aparılması üçün Türkiyəyə qayıtması təklif olunub.”, - deyə İsrail xarici işlər nazirliyinin nümayəndəsi bildirib.
Qeyd edək ki, İsrail hökuməti Qəzzada baş verən qanlı hadisələr fonunda Türkiyənin qəbul etdiyi anoloji qərardan sonra bu addımı atıb.