Bugün:

Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi

12 may 2018, 23:05, altun
    Oxunub: 139
Prezidentliyə namizəd HDP-nin bağlanacağını vəd verdi

Prezident seçilsəm, Xalqların Demokratik Partiyasının (HDP) fəaliyyətinin dayandırılması üçün məhkəmədə iddia qaldıracam.
Altun.az xəbər verir ki, bu sözləri Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) tələbinin son günündə 100 min imza toplayaraq prezidentliyə namizəd olan Vətən Partiyasından Doğu Perinçək deyib:
“HDP-nin PKK ilə bağlılığı var. Səlahəddin Dəmirtaş başda olmaqla, partiyanın rəhbərlərinin saysız-hesabsız bəyanatlarında bu həqiqəti ortaya qoyan dəlillər var. Bu gün Türkiyədə hüquq varsa, konstitusiyanın 68-ci maddəsi və Siyasi Partiyalar haqqında qanunun 81, 82, 83-cü maddələrinə əsasən, HDP-nin bağlanması lazımdır. Hüquqi dövlətin tələbi budur”.