Bugün:

Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"

11 may 2018, 20:39, altun
    Oxunub: 559
Mixail Leontyev erməniləri təhqir etməsini "kompliment" adlandırdı: "Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir"

Altun.az xəbər verir ki, Rusiyalı ekspert Mixail Leontyev və Mixail Yurev “Komsomolskaya pravda” radiosunun efirində yayımlanan “Baş mövzu” verilişində Ermənistan və erməni xalqının gələcəyi haqqında qalmaqallı fikirlərini şərh ediblər.
“Bu, dərin erməniyönümlü çıxış idi. Bunun mənası onda idi ki, Ermənistan və ermənilər yad deyil və buna görə biz hesab edirik ki, özümüzünkülərlə belə danışmağa haqqımız var. Sərt və eyni zamanda incidici olsa da, həqiqətdir. Bu, komplimentdir və etibar nümunəsidir", - Leontyev deyib və bildirib ki, erməni xalqını təhqir edəcək heç nə deməyib.
Rusiyalı jurnalist, eyni zamanda “Rosneft”in vitse-prezidenti olan Leontyev əlavə edib ki, onun səsləndirdiyi fikirlər şəxsi mövqeyini əks etdirir və şirkətlə heç bir əlaqəsi yoxdur. O, həmçinin, erməni xalqından üzr istəməsi ilə bağlı təkliflər səsləndirənlərdən ondan əl çəkməsini tələb edib.
Öz növbəsində Mixail Yurev qeyd edib ki, o, milliyətçi deyil və bütün xalqlara, o cümlədən ermənilərə normal yanaşır:
“Əgər soruşsanız ki, keçmiş SSRI xalqları arasında, ruslardan başqa, ən çox hansı xalq yaxşı münasibət görüb. Mən deyərdim ki, bu, ermənilər olub. Mən son illər deyil, həmişə belə düşünmüşəm. Mən heç nəyə görə üzr istəməyəcəm”, - Yurev bildirib.
Rus politoloq həmçinin deyib ki, onun ermənilərlə bağlı bəzi fikirləri yayımlanmayıb.