Bugün:

Axır ki, Tramp anladı-Puşkov

21 mar 2018, 11:17, altun
    Oxunub: 0
Axır ki, Tramp anladı-Puşkov

ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərin kəsilməsinin Vaşinqtona zərər vurduğunu anlamağa siyasi müdrikliyi kifayət etdi.
Altun.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov deyib.
“Mən Trampın Putinə zəngi ilə təhqir edilən rus xalqını Makkeynin haradan tapdığını bilmirəm. Əksinə, güclü təzyiqlərə baxmayaraq, Trampın siyasi müdrikliyi çatıb ki, Rusiya ilə əlaqələrin qoparılmasının Ağ Evin özünə zərər vurduğunu anlasın”, - Puşkov bildirib.
Qeyd edək ki, bir qədər əvvəl senator Con Makkeyn Trampın Vladimir Putinə etdiyi təbrik zənginin, Rusiyada azad söz və seçki istəyən hər bir vətəndaşa təhqir olduğunu bildirmişdi.