Bugün:

Trampdan Səudiyyəyə sürpriz: Silahlar və pullar...

21 mar 2018, 09:35, altun
    Oxunub: 0
Trampdan Səudiyyəyə sürpriz: Silahlar və pullar...

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşə Ər-Riyada satılmış silahlardan əldə edilən pulları göstərən cədvəllə çıxıb.
Altun.az xəbər verir ki, Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşnerlə səmimiyyəti ilə diqqət çəkən vəliəhd Ağ Evdə baş tutan görüşdə sürpriz bir şəkillə qarşılanıb.
Belə ki, Tramp görüşün media üçün açıq olan hissəsində Səudiyyə Ərəbistanına satılmış silahdan əldə edilən pulları göstərən cədvəl nümayiş etdirib. 12,5 milyard dollarlıq silah satılması ilə bağlı məlumatın qeyd olunduğu A1 vərəqi Tramp hər kəsə göstərib.
Daha sonra isə o, satışı tamamlanması gözlənilən silahlarla bağlı başqa bir cədvəl də nümayiş etdirib.