Bugün:

Prezident Rza Talıbova xüsusi rütbə verdi

17 mar 2018, 01:09, altun
    Oxunub: 0
Prezident Rza Talıbova xüsusi rütbə verdi
Prezident Rza Talıbova xüsusi rütbə verdi

Prezident İlham Əliyev Rza Talıbovu xüsusi rütbə ilə təltif edib.
Altun.az xəbər verir ki, bununla bağlı olaraq prezident sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq məsələləri Baş İdarəsinin rəisi Talıbov Rza Vasif oğlu III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi ilə təltif edilib.
Qeyd edək ki, Rza Talıbov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun oğludur. O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində Beynəlxalq münasibətlər kafedrasının dosenti, siyasi elmlər üzrə fəlsəfə doktorudur.
Hazırkı vəzifəsinə 2015-ci ilin oktyabr ayında təyin edilib. Ona qədər isə biznesmen kimi fəaliyyət göstərib