Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Novruzovdan gündəmi silkələyən sensasion - Müraciət

08 mar 2018, 23:47   
Novruzovdan gündəmi silkələyən sensasion - Müraciət
Novruzovdan gündəmi silkələyən sensasion - Müraciət

YAP icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov sensasion müraciət edib.
Altun.az hazırda Avropada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciəti Musavat.com-a istinadla təqdim edir:
“Mən Milli Azadlıq Hərəkatında, Meydan Hərəkatında iştirak edənlərə müraciət edirəm, desinlər, görək bu adamı o proseslərdə görüblər? Azərbaycanın müstəqilliyi, ya Qarabağ uğrunda mübarizədə onun iştirak etdiyini görən olubmu? Mən müraciət edirəm, Əbülfəz Elçibəyin ailə üzvlərinə! Allah onun özünə qəni-qəni rəhmət eləsin! Ailə üzvləri desin, bir dəfə bizim onlar haqqında təhqiramiz ifadə işlətdiyimizi eşidiblər? Ayaz Mütəllibova müraciət edirəm. Etibar Məmmədova, İsa Qəmbərə, Sabir Rüstəmxanlıya müraciət edirəm. Milli Azadlıq Hərəkatında olanlara bir-bir müraciət edirəm. Heç o bunların ad-familiyasını da yaxşı bilmir, amma mən adbaad hər birinə müraciət edirəm. Onu bu hərəkatda görübsünüzsə, deyin! Yaxud sizin haqqınızda, ailə üzvləriniz haqqında bir kəlmə söz deyilibsə, deyin! Nemət Pənahlıya müraciə edirəm. Cəmil Həsənliyə müraciət edirəm, indi onun adından müraciət edirlər, sənin ailən, uşaqların, qohumların haqqında Yeni Azərbaycan Partiyası, yaxud dövlət tərəfindən bir kəlmə söz deyən olub? Heç kəs heç nə deməyib. Kimsə deyibsə, o, özü bilər, özü aydınlaşdırsın, bu, dövlətin fikri deyil”.
S.Novruzov daha sonra hərəkat yolu keçmiş, indi də siyasi arenada olan digər şəxslərə müraciət ünvanlayıb: “Arif Hacılıya, Əli Kərimliyə müraciət edirəm. Hər biri dursun, cavab versin ki, mənim ailəm, mənim evim haqqında filan söz deyilib. Mübarizəni biz kişi kimi aparırıq. Qüdrət Həsənquliyev, Fazil Qəzənfəroğlu, Fərəc Quliyev, Fəzail Ağamalı, Xanhüseyn Kazımlı, Sabir Hacıyevə, bunların hər birinə müraciət edirəm. Biri desin ki, birinin özü, ailə üzvü haqqında indiyə qədər nə isə deyilib. Kimsə bir dənə fakt, sənəd çıxarıb ortaya qoysun, mən gedim, ondan üzr istəyim. Tahir Kərimli məhkəmə sədri ola-ola Milli Azadlıq Hərəkatına qoşulub, sən hardaydın onda? Görmüsənmi onu? Yaxud bu dövlətin, YAP-ın nümayəndələri sənin ailə üzvlərin barədə nə vaxtsa pis bir söz deyibmi?”
YAP funksioneri bu adamlara iki sualı ünvanlayıb: “Birincisi, Milli Azadlıq Hərəkatında, Qarabağın azad olunmasında, döyüşlərdə bu adamı görmüsünüz, yoxsa görməmisiniz? İkincisi, 28 ildir bir-birinizlə siyasi mübarizə aparırsınız. Hüquq müdafiə təşkilatlarının hamısına, başda Novella Cəfəroğlu olmaqla müraciət edirəm. Novella xanım, sənin ailən, uşaqların, nəslin-nəcabətin haqqında mən – neçə ildir mübarizə aparırıq - bir kəlmə demişəm? Sən hüquq müdafiəçisi olanda o, adamları tutub dama qoyurdu, prokurorluq orqanlarında işləyirdi. Xahiş edirəm, mövqeyinizi bildirin! Mənə mövqe lazımdır! Ondan sonra, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədovun adını çəkmirəm, onlar mənim qohumlarımdır, hər ikisi xalanəvəmdir. Adlarını çəksəm, deyəcəklər qohum-əqrabasını yığır. Qurban müəllimin atası Cəlal müəllim müharibə iştirakçısı olub, güllə yarası alıb, sonra da müəllimlik fəaliyyətini davam etdirib. Bizim müəllimimiz, ağsaqqalımız olub. Mənim də iki babam vuruşub. Biri, Qurban müəllimin qohumu 1943-cü ildə Ukraynada həlak olub. O biri babam Berlinə qədər gedib çıxıb. Özüm iki müharibə qəhrəmanıyam. Qəhrəman deyəndə ki, qəhrəmanlığımız bir şey deyil. Torpağımız əgər işğal altındadırsa, nə qəhrəmanlıqdan danışa bilərik? İki müharibənin iştirakçısıyam. Vikipediyaya gir, orda mənim orden və medallarım haqqında gör. Elə orden var ki, onu mənə Qorbaçov verib, Allah ona lənət eləsin! Onu bir tərəfə qoyuram. Həm də mənim əxlaqım, tərbiyəm ona yol vermir ki, kimisə söyəm. Cəmil Həsənliyə, Əli Kərimliyə, digərlərinə müraciət edirəm, biri desin ki, bəli, bizi söyüb. Bəli, tənqid eləmişəm, biz siyasi mübarizə aparırıq”.
S.Novruzov bir daha Azərbaycanın ictmai-siyasi həyatında olanların hamısına üz tutub:
“Zərdüşt, Araz Əlizadə qardaşlarına, Əli Əliyevə müraciət edirəm. Bu adamı görmüsünüzmü? O cümlədən bizim blogerlərin hamısına müraciət edirəm, birincisi, görmüsünüzmü? İkincisi, görmüsünüzmü ki, mən bir adam haqqında hörmətsiz bir söz deyim? Siyasi mübarizə mübarizədir. Siyasi mübarizə təhqir deyil”.
S.Novruzov vurğulayıb ki, onu bu müraciəti etməyə vadar edən səbəb V.İsgəndərlinin onun, dövlət başçısının və digər şəxslərin ünvanına həqarətlər səsləndirməsidir: “Dünən Yutubda mənim haqqımda söyüş söyüb. İddia edir ki, atamın qəbrini Yeni Azərbaycan Partiyasının nümayəndələri təhqir edib. Ən müqəddəs kitabımız Qurandır. Mən də əlimi Qurana qoyuram, sən də qoy. ATƏT-ə də, Avropa Şurasına da, digər qurumlara da müraciət edirəm, xahiş edirəm, araşdırılsın. Yuxarıda silsilə ilə dedim, bir adam desin ki, 1988-ci ildən başlamış, bu günə qədər onların atasına, anasına, övladlarına qarşı kimsə çıxış edib. İndi kim çıxış edib, get, onunla mübarizə apar! Mənim, dövlət başçısının, ümummilli liderin, Mehriban xanımın adını çəkir. Mehriban xanımın dəstək verdiyi insanların sayı-hesabı yoxdur. Nə qədər adamın ürək əməliyyatı ilə məşğuldur, nə qədər adama köməklik edib. Hətta müraciətlər gəlir ki, evimdə televizor yoxdur, Mehriban xanımdan xahiş edirəm, mənə televizor versin, dərhal göndərilir. Bəs, sən bu cəmiyyət üçün neyləmisən?! Bax, görürsünüz, mən söyüşlə danışmıram, səmimi münasibətlə sözümü deyirəm. Həmçinin adlarını çəkdiyim adamlardan xahiş edirəm. Eyni zamanda bütün jurnalistlərə, blogerlərə, bütün internet istifadəçilərinə müraciət edirəm, bunu tanıyan var, ya yox? Avropada yaşayanlardan Qənimət Zahidə müraciət edirəm: Qənimət bəy, sən necə, nə vaxtsa özün bu adamı Hərəkatda görmüsən? İkincisi, sənə, ailə üzvlərinə qarşı bu dövlətdən təhqir eşitmisən?”
YAP təmsilçisi V.İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlı məlumatların da əsassız olduğunu vurğulayıb:
“Belə şey olmayıb. Bu, özü-özündən düzəldir, bütün bunlar öz-özünü məşhurlaşdırmaq istəyindən irəli gəlir. Hüquq-mühafizə orqanları da bu işlə məşğuldur. YAP-ın özü də istəyir ortaya çıxaraq ki, bunlar kimdir? Biri bir kəlmə desin, gedim, ondan üzr istəyim. Bunların ən qatı müxalifətçisi Cəmil Həsənli deyil? Bir kəlmə desin ki, mənim evim, ailəm, uşaqlarım haqqında Siyavuş Novruzov, ya Əli Əhmədov, ya YAP-ın digər nümayəndəsi bir kəlmə söz deyib. Mən gedərəm, ondan üzr istəyərəm. Özü də mən parlamentdə Dini Komitənin sədriyəm, əgər bu cür mövqedən çıxış etsəm, camaat mənə nə deyər? Xəlil Rzanın, Ziya Bünyadovun, İsmayıl Şıxlının, Bəxtiyar Vahabzadənin, İmam Mustafayevin ailəsinə müraciət edirəm, onlar Azərbaycanın ağsaqqal ziyalıları olublar. Qoy ailə üzvləri münasibət bildirsin”.
Sonda YAP-çı deputat V.İsgəndərlinin özünə xitab edib:
“Sən kimi təmsil edirsən? İndi məni vurmaq istəyirsən, vur, mənimlə mübarizə apar! Amma o yolla yox! O, yol deyil. Məni nə qədər söyəcəksən, mən susacağam. Neçə illər ərzində mən kiminsə evi, ailəsi haqqında bir kəlmə danışmışam? İndi durmusan orda, mənim haqqımda nə gəldi, danışırsan... Xaricdə yaşayırsan, başa düşürəm. Gəlmək istəyirsən, gəl! Gəlməyəcəksənsə, mən gəlim. Mən seçkidən sonra bu söhbəti davam etdirəcəyəm. Amma indi seçki vaxtı sən bu camaatı çaşdırırsan...”
OXŞAR MÖVZULAR