Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Cəmil Çiçək: İlham Əliyev olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmayacaqdı

01 noy 2017, 17:11   
Cəmil Çiçək: İlham Əliyev olmasaydı, Bakı-Tbilisi-Qars layihəsi reallaşmayacaqdı

Türkiyə Böyük Millət Məclisinin (TBMM) keçmiş sədri, baş nazirin sabiq müavini Çəmil Çiçək Ölkə.Az xəbər portalına müsahibə verib.

Altun.az həmin müsahibəni oxuculara təqdim edir:

– Oktyabrın 30-da Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimi keçirilib. Bunun əhəmiyyətini necə qiymətləndirirsiniz?

– İlk növbədə qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun inkişafı, sülh və əmin-amanlığı baxımından əsrin uğurlu layihəsidir. Burada ən vacib və uğurlu addım cənab İlham Əliyev tərəfindən atılıb. Çünki prezident İlham Əliyev olmasaydı, onun istəyi ilə Gürcüstana yardım edilməsəydi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi reallaşa bilməzdi. Bu layihə Asiyanı Avropaya bağlayacaq ən uğurlu addımdır. İnşallah, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi tarixi “İpək yolu” üzərində yerləşən ölkələrin Türkiyə ilə əlaqələrini daha da birləşdirəcək, bölgənin inkişafına və insanların rahatlığına böyük imkanlar yaradacaq. Bu layihənin reallaşmasında əməyi olan hər bir kəsə təşəkkür edirəm.

Eyni zamanda, onu deyim ki, Azərbaycan və Türkiyə dost və qardaş xalqlardır. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın, dost və qardaş olan dövlət yoxdur. Türkiyə və Azərbaycan prezidentləri də bir-biri ilə səmimi dost və qardaşdırlar. Bəlkə də, buna görədir ki, dünyanın bəzi dövlətləri bu dostluqdan, qardaşlıqdan böyük paxıllıq hissi keçirirlər. Onlar Azərbaycan və Türkiyənin bir-birinə bu qədər mehriban, dost, qardaş olmasını istəmirlər. Əgər həmin dövlətlər və dairələr bundan narahat olurlarsa, olsunlar. Biz kimlərəsə görə öz dostluğumuzu, qardaşlığımızı pozmarıq. Bizim Azərbaycanla olan münasibətlərimizin arxasında hər hansı maddi maraqlar deyil, qardaşlıq dayanır. Bu, açıq və birmənalı olaraq belədir. Hər kəs də bunu belə anlasın.

Azərbaycanı narahat edən və ya sevindirən hər bir məsələ Türkiyəni narahat edər və ya sevindirər. Bu mənada, Türkiyənin dünyada yaxından dostluq və qardaşlıq etdiyi bir neçə dövlət var ki, onların da başında Azərbaycan və Pakistan gəlir. Pakistan da Azərbaycan kimi, hər zaman Türkiyənin yanında olub. Arzum odur ki, bu cür münasibətlər digər ölkələr üçün də örnək olsun və qardaşlığımız daha da genişlənsin. Bir daha bəyan edirəm ki, Türkiyənin Azərbaycan və Türk dünyası ilə əlaqələrinin kökündə səmimiyyət və qardaşlıq dayanır. Yəni, biz Azərbaycanla neft-qazı olduğu üçün əlaqə qurmamışıq. Biz Azərbaycanı öz qardaşımız bildiyimiz üçün sevirik. Əminəm ki, Azərbaycan da eyni cür düşünür.

– Ermənistan tərəfi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin reallaşmasını çox həsədlə qarşılayıb. Necə düşünürsünüz, işğalçı Ermənistan dövləti də bu layihədə iştirak edə bilərdimi?

– Çox təəssüf ki, Ermənistan hakimiyyətinin illərdir apardığı işğalçılıq siyasəti ölkəni bu cür böyük layihələrdən kənarda saxlayır. Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti hələ də ağıllanmayıb. Ermənistan haqsız və qanunsuz olaraq, Azərbaycanın tarixi ərazilərini işğal edib. Bu işğalçı siyasətin ağır bədəlini isə Ermənistan əhalisi ödəyir. Son onilliklərdə Ermənistan çox böyük layihələri və vəsaitləri itirib. Əgər Ermənistan hakimiyyəti ağıllı addımlar atıb, işğalçılıq siyasətinə son qoysaydı, işğal etdiyi Azərbaycan torpaqlarından çıxsaydı, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Ermənistandan keçərdi. O zaman Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də daha ucuz qiymətə başa gələrdi. Belə olsaydı, o zaman Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin sərnişinləri Ermənistandan keçəcəkdi. Amma çox təəssüf ki, Ermənistan hakimiyyəti yaranan bu şanslardan istifadə etmək istəmədi. Əvəzində isə bu imkanlardan qonşu Gürcüstan dövləti yararlandı. Ermənistanın itirdikləri təkcə bununla bitmir. Ermənistan Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə görə böyük vəsaitlər itirir və bundan sonra da itirəcək. Zənnimcə, Ermənistan ağıllı hərəkət edib, işğala son qoymalıdır. Əks halda Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinin əvəzini erməni əhalisi çox ağır ödəyir.

– Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqların indiki səviyyəsini necə qiymətləndirirsiniz?

– Mən hər zaman demişəm və indi də təkrar edirəm. Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin üz qarasıdır. Çünki bu münaqişənin günahkarı və qurbanı hər kəsə məlumdur. Ermənistan dünyanın gözü qarşısında Azərbaycan ərazilərini işğal edib. Bununla bağlı BMT-nin qəbul etdiyi qərarlar var. Ancaq həmin qərarlar 20 ildən çoxdur ki, icra edilmir. Necə olur ki, dünyanın bir sıra yerlərində BMT-nin qəbul etdiyi qərarlar bir neçə saat ərzində icra olunur. Amma Azərbaycana gəldikdə isə bu, 20 ildən çoxdur ki, icrasız qalır. Bunun nəticəsidir ki, Dağlıq Qarabağ münaqişəsi dünyanın ən uzun müddət davam edən probleminə çevrilib. Çox təəssüf ki, beynəlxalq təşkilatlar Azərbaycanın tapdalanmış hüquqlarının bərpasına dəstək vermirlər. Bu münaqişənin hələ də davam etməsi beynəlxalq təşkilatların adına utanc gətirir.

– Bu yaxınlarda Qərbin ayrı-ayrı dairələri tərəfindən Azərbaycanın Avropa Şurasından çıxması məsələsi gündəmə gətirilib. Oxşar hallarla Azərbaycandan öncə Türkiyə də qarşılaşıb. Bu cür addımlara qarşı necə hərəkət etmək doğru olardı?

– Bilirsiniz, artıq biz bunlara öyrəşmişik. Avropa dairələri tərəfindən bizlərə qarşı qəbul edilən ikili standartlı qərarlar ilk deyil. Biz də səbr və təmkinlə bu ədalətsizliyə qarşı mübarizə aparırıq. Bu məsələ ilə bağlı Türkiyə və Azərbaycan doğru yolda gedir. Təbii ki, bütün bunlardan narahat olan dairələr mövcuddur. Onlar bu cür yollarla Azərbaycan və Türkiyəyə təzyiq etməyə çalışırlar. Ancaq biz də bu cür halları soyuqanlı şəkildə dəyərləndirib, səbr və təmkinlə yolumuza davam etməliyik. Bu məsələdə də Türkiyə-Azərbaycan birliyi öz sözünü deyir.
OXŞAR MÖVZULAR