Bugün:

DAXİLİ İŞLƏR NAZİRİ ÖLKƏDƏN QAÇDI – Azərbaycanda şok olay! - AÇIQLAMA

14 iy 2017, 15:19, altun
    [declination=3 335]Oxunub: | [/declination]3 335
DAXİLİ İŞLƏR NAZİRİ ÖLKƏDƏN QAÇDI – Azərbaycanda şok olay! - AÇIQLAMA


Altun.az muxalifet.az-da dərc edilən həmin yazının detaylarını oxucularına təqdim edir.

Hurriyyet.org saytında 22 iyun 2017 ci ildə dərc etdiyimiz “Nazir ölkədən qaçdı – AZƏRBAYCANDA ŞOK OLAY!” sərlövhəli yazı böyük rezonansa səbəb olmuşdu. Lakin həmin vaxt ölkədən qaçan nazirin adını müəyyən səbəblərdən açıqlamamışdıq. Çünki əlimizdə dəqiq faktlar olmasına rəğmən, bu xəbər rəsmi mənbələr tərəfindən ciddi-cəhdlə gizlədilirdi. Doğrudur, həmin vaxt sözügedən məmurun Naxçıvan Muxtar Respublikasının naziri olduğunu dəyərli oxucularımıza bildirmişdik. Ancaq həmin nazirin adını qeyd etmədiyimizdən redaksiyamızı yalan məlumat yaymaqda ittiham edənlər olmuşdu. Bütün bunlara rəğmən, həmin informasianın tezliklə rəsmi təsdiqini tapacağına əmin olduğumuzdan, deyilən iradlara əhəmiyyət verməmişdik.

Dəyərli oxucularımızın diqqətinə çatdıraq ki, “Hürriyyət”in təxminən 20 gün əvvəl yazdığı sensasion xəbər artıq öz təsdiqini tapmaqdadır. Belə ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun həmin naziri artıq rəsmən vəzifədən uzaqlaşdırdığı, hətta yerinə yeni təyinat olduğu bildirilir. Bu barədə Hurriyyet.org-a açıqlama verən etibarlı mənbənin sözlərinə görə, ölkədən qaçan məmur Naxçıvan MR-in daxili işlər naziri general-leytenant Əhmədov Əhməd Hüseyn oğludur. Mənbə iddia edir ki, bu gün və ya sabah Vasif Talıbovun yeni nazirin təyinatı ilə bağlı fərmanı ictimaiyyətə açıqlanacaqdır.

Xatırladaq ki, Əhməd Əhmədov 2000-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun fərmanı ilə nazir vəzifəsinə təyin edilmişdir.
hurriyyet.org

P.S. Nazir Əhməd Əhmədovun ölkədən qaçma səbəbi və bundan sonra onun yaxınlarına qarşı olan basqılarla bağlı tezliklə şok faktları açıqlayacağıq. Bizi izləyin!
loading...