Bugün:

Vətəndaşın avtomobilini cərmə meydançasına aparan DYP əməkdaşı günahkardır, yoxsa Xaçmaz polisi? -Müəmma ..- FOTO

09 iy 2017, 13:38, altun
    Oxunub: 384
 Vətəndaşın avtomobilini cərmə meydançasına aparan DYP əməkdaşı günahkardır, yoxsa Xaçmaz polisi? -Müəmma ..- FOTO

Son dövrlər Dövlət Yol Polisi əməkdaşlarının qanunsuz əməlləri gündəmdən düşmür.Onların qanunsuz əməlləri ilə bağlı demək olar ki, social şəbəklərdə, KİV-lərdə hər gün fərqli məlumatlar yayılır.

Altun.az xeberdar.net-ə istinadən xəbər verir ki, «KİA RİO» markalı, 99XV732 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Gülmalıyev Bəhruz Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir. Avtomobilinin qanunsuz olaraq cərimə meydançasına aparıldığını və 50 manat cərimə olunduğunu iddia edir. Bu barədə Xeberdar.net-ə Bəhruz Gülmalıyevin özü danışıb.
Deyib ki, iyulun 4-də Xaçmaz rayon Nabran kəndinə istirahət üçün gedib və idarə etdiyi avtomobilinin ön nömrə nişanını müəmmalı şəkildə itib. Bununla bağlı Xaçmaz rayon Polis Şöbəsinə müraciət edib. Nömrəni tapa bilməyən Xaçmaz polisi iylun 5-də ona nömrənin itməsi ilə bağlı arayış verib və izah edilib ki, 10 gün müddətində bu arayışla avtomobilini idarə edə bilər.

DYP-in verdiyi arayışa arxayın olan Bəhruz Əliyev üz tutub Bakıya. Yolda bir neçə dəfə dövlət yol polisi onu saxlayıb. Hər dəfəsində polislər verilən arayışı gördükdən sonra vətəndaşa yoluna davam edə biləcəyini bildiriblər. Növbəti gün, yeni dövlət nömrə nişanı almaq üçün DYP-nə gedərkən Orxan adlı DYP əməkdaşı onu saxlayıb. Bu dəfə Xaçmaz Polisi tərəfindən verilən arayış onun köməyinə çatmayıb. DYP əməkdaşı ona bildirib ki, arayış keçərsizdir və avtomobil mütləq cərimə meydançasına aparılmalıdır. Böyük mübahisədən sonra avtomobil cərimə meydançasına aparılıb və B.Gülmalıyevdən cərimə adı ilə 50 manat alınsa da, heç bir qəbz təqdim edilməyib. İndi vətəndaş haqqını arayır. Bilmək istəyir ki, Xaçmaz polisi onu aldadıb, ya Bakda DYP əməkdaşı?

loading...