Bugün:

Məşhur Hollivud ulduzlarına təcavüz edən prodüserə cinayət işi açıldı - Coli də şikayətçi idi

13 okt 2017, 14:08, altun
    Oxunub: 54
Məşhur Hollivud ulduzlarına təcavüz edən prodüserə cinayət işi açıldı - Coli də şikayətçi idi

Bir çox məşhur sima tərəfindən cinsi istismarda təqsirləndirilən “Oscar” mükafatlı prodüser Harvi Veynşteyn haqqında ABŞ və İngiltərə polisi istintaq işi açıb.
Altun.az xəbər verir ki, Nyu-York polisi prodüserin törətdiyi təcavüz hadisələrinin 2004-cü ildən başladığını bildirib. London polisi isə təcavüzün 1980-ci illərdən başlandığını iddia edib.
H.Veynşteyn isə haqqında irəli sürülən ağır iddiaları qəbul etməyərək, qarşılıqlı razılaşma olmadan cinsi əlaqəyə girmədiyini deyib.
1995-ci ildə “Oskar” mükafatı alan prodüseri bu günədək təcavüzdə ittiham edən qadınlar arasında Ancelina Coli, Sara Delevinqne, Li Seydoks, Rozanna Arqutte, Mira Sorvino və Qvunet Paltrov kimi məşhur simalar da var.

Qeyd edək ki, prodüser haqqında təcavüz iddiaları keçən həftə ortaya çıxmışdı. Bu qalmaqaldan sonra Harvinin həyat yoldaşı Corcina Çapman ondan boşanacağını bildirib. H.Veynşteyn isə hər kəsin səhv edə biləcəyini və ikinci bir şansa ehtiyacı olduğunu deyib.

Məşhur aktrisa Keyt Bekkinseyl də prodüser ilə yaşadıqlarını instaqram hesabından paylaşıb:

“17 yaşımda ikən Harvi Veynşteyn ilə oteldə görüşmək üçün çağırıldım. Konfrans zalında görüşəcəyimizi zənn edirdim. Ancaq onun otağına getməyimi istədilər. Qapını açanda əynində sadəcə hamam xalatı var idi. Çox gənc olduğum üçün bu “nəhəng” adamın mənimlə cinsi əlaqəyə girə biləcəyini ağlıma belə gətirməmişdim. Mənə spirtli içki təklif etdi. Ancaq rədd etdim. Çünki səhər məktəbə getməli idim. Hadisədən bir neçə il sonra məndən o gün oteldə nə etdiyini soruşdu. Anladım ki, mənə təcavüz edib-etmədiyini xatırlamır. Bir neçə dəfə mənə cinsi əlaqəyə girməyi təklif edirdi. Rədd etdikdə isə üstümə qışqıraraq, söyüşlər yağdırırdı”.
loading...