Bugün:

Elçin Əlibəyli komaya düşdü - XANIMINDAN AÇIQLAMA

15 avq 2017, 14:58, altun
    Oxunub: 60
Elçin Əlibəyli komaya düşdü - XANIMINDAN AÇIQLAMA

Aparıcı Elçin Əlibəylinin komaya düşmə xəbəri yayılıb.
Altun.az xəbər verir ki, aparıcının xanımı Dilrubə Əlibəyli axşam.az-a açıqlamasında bildirib ki, E.Əlibəyli hazırda xəstəxanadadır və gecə əməliyyat olunub:
“İki həftə əvvəl ödündən ağrı tutmuşdu. Həkimə apardıq, dedi əməliyyata ehtiyac yoxdur. Gecə yenidən ağrı tutdu və əməliyyat olundu. Şəkəri var idi, həyəcandan həkimi bu haqda məlumatlandırmadıq. Proses zamanı komaya düşüb. Həkimlər ayılda biliblər. İndi yaxşıdır, bir-iki günə xəstəxanadan çıxarılacaq.
Bundan sonra şəkərdən ciddi müalicə almalıdır. Əvvəl şəkəri 300 olurdu, indi 500-600-ə qalxıb”.
loading...