Bugün:

Vaqif Mustafayev nüfuzlu mükafata layiq görüldü

31 iy 2017, 14:31, altun
    Oxunub: 70
Vaqif Mustafayev nüfuzlu mükafata layiq görüldü


Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı builki “Milli Kino Mükafatı” sahibinin adını açıqlayıb.
Altun.az xəbər verir ki, ittifaqın mətbuat xidmətindən Azərtaca-a bildirilib ki, Azərbaycan kinosuna verdiyi töhfələrə görə Xalq Artisti, kinorejissor Vaqif Mustafayev “Milli Kino Mükafatı”na (2000 manat) layiq görülüb. Mükafat 2 avqust - Milli Kino Günü münasibətilə Nizami Kino Mərkəzində keçiriləcək təntənəli tədbirdə təqdim ediləcək.
Xatırladaq ki, Vaqif Mustafayev ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Heydər Əliyev” çoxseriyalı filminin, tamaşaçıların rəğbətini qazanmış “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Milli bomba”, “Yaramaz”, “Yoxlama” və digər filmlərin rejissoru və ssenari müəllifidir.
loading...