Impera

XƏBƏR LENTİ
16:11Qarabağ Azərbaycandır! Siz anlamalısınız ki... - Saakaşvili15:59Hücumlar dayanmasa...- M.Çavuşoğlu15:47Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:43Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:42Deputatın oğlu cəzasız qalarsa, çox pis nümunə ola bilər - Hüquqşünas S.Vəkilov15:25Rusiya və Türkiyə qarşı-qarşıya gəldi-Suriya üzərində insident23:18Gücləri birləşdirmədən... - Putin Makronu dəstəklədi23:0723 yaşlı gənc çayda boğuldu - 11 gün idi ki, ailə qurmuşdu...12:05Bakıda ağır qəza: 8 yaşlı uşaq öldü11:44Əgər Tramp yenidən seçilsə... - Vedrin14:05Hər iki ölkə münasibətlərə mənfi təsir edəcək addımlar atacaq - Çavuşoğlu13:57Sabiq prezident Atambayevin arvadına da cinayət işi açıldı-etmə, edərlər...13:49Zakir Həsənov Moskvaya - tamaşaya gedəcək15:23Baş verənlər islam dünyasını radikallaşdıracaq - Müsəlmanlara qarşı növbəti soyqırım...15:15"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU14:40“Azərbaycan xalqını süni sürətdə ermənilər qarşısında təslim edirlər” - SƏRDAR CƏLALOĞLU00:33Dili ağzına ağırlıq edən Vidadi, Qabil və s. kimilərə... - Müəllim nəvəsindən CAVAB - VİDEO18:47Paşinyanın çıxışı ilə bağlı etiraz bəyanatı yayıldı - Foto17:46Nə edək, Cənablar?...15:48Atambayevin evinə hücum zamanı əsir götürülən xüsusi təyinatlıların ilk görüntüsü - VİDEO15:38Rusiyada hərbi hissələr partladılır: bu dəfə 2 ölü, 15 yaralı15:31800 milyonluq helikopter...11:28Nabranda batan uşağın meyiti Rusiyada tapıldı10:27Prezident Təhlükəsizlik Şurasını toplayır10:17Xüsusi təyinatlı vuruldu10:11Lerik rayonunda zəlzələ olub.10:03Sumqayıt yolunda iki avtobus toqquşdu: yaralananlar var - FOTO23:48İŞİD əmri Türkiyədə yaxalandı - Foto01:18"Ermənilərin hamısına düşmən kimi baxmayaq..." - Deputat15:24Ərindən boşanan iki uşaq anası özünü səkkizinci mərtəbədən atdı10:50Salyanda yol qəzası - 4 nəfər yaralandı09:43Ərəb koalisiyasının ABŞ-a 299 milyon borcu var - Rebariç16:47Aprelin 26-na MANATIN MƏZƏNNƏSİ12:33Putin Ukraynadakı seçkilərdən danışdı09:59Salyanda ağır yol qəzasında sürücü həyatını itirdi09:52ABŞ mayın ikisindən verdiyi imtiyazları tamamilə ləğv edəcək09:45Ukraynanın yeni prezidentindən yeni müharibə anonsu09:39Bakıda bu yollar bağlandı - Siyahı09:32Bu, Poroşenko üçün ağır və biabırçıdı məğlubiyyətdir - Kosaçev11:55Rus S-300-ləri öldü: İsrail bu raketlərə Rusiyanı aldada biləcək vasitə kimi yanaşır - Retçer11:14Rayonlara qar yağır, leysan olacaq - YENİLƏNİB + FOTO11:04Makron PYD/YPG-çi terrorçularla görüşdü10:55Qatar relsdən çıxdı: yaralılar var10:48Son dəqiqə: Sərnişin avtobusu aşdı: 11 ölü, 29 yaralı20:08Makrondan qalmaqallı qərar — 24 apreli erməni soyqırımı günü elan etdi19:59Rəsmi Bakıdan Yaqlanda CAVAB19:57Dünya şöhrətli professor ürəyin bir nömrəli DÜŞMƏNİNİ AÇIQLADI: Ailə...19:54Poroşenko: Zelenski virtual namizəddir19:52Azərbaycanlı Cənubi Koreyada dövlət məmuru oldu09:52Bakıda ev yandı - Yaralananlar var09:45Sudan da prezidentini devirdi...10:53Netanyahu seçkidə cüzi səslə irəlidədir – Rəsmi nəticələr14:15Netanyahu bütün dünyanı xaosa sürükləyir - Ömər Çelik14:08Zaqatala və Qax silkələnir21:32Şirvanda ev yanıb09:21Bizim Rusiyanın alyansı təhdid etdiyi istiqamətində düşüncəmiz var - NATO toplanır09:11İstambulda səsələr yenidən sayılacaq - Qərar16:50Hindistan Pakistan arasında müharibə gedir - Ölənlər var16:44Sərnişin avtobusu mağazaya girdi – Foto11:53Sərkisyan Tərtərin Çardaqlı kəndinə gəldi - Meydan oxudu11:05Biz sizin axmaq olacağınız anı gözləyirik - Ukraynanın məhv planı10:54Hərdən elə olurdu ki, anamın üzünü görmürdüm - 9 universitetin arzuladığı azərbaycanlı10:45"Cavad xan"-ın rejissoru Rövşən Almuradlı dayanacaqda keçindi10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video10:38Azərbaycan Xalq Hərəkatında xoşagəlməz olay.. - Video09:22Əxlaqsız videoların yayılması təsadüfi deyil: evimizin altında 12 əxlaqsızlıq yuvası var – Politoloq09:04Hər gün şəhid qanı bunlara görəmi axıdırıq?.. Kimin qeyrəti varsa...- Flora Kərimova21:12Bəzi qüvvələr müstəqilliyi demokratiyaya qurban verməyə hazırdır - Sərdar Cəlaloğlu18:55İspaniyada azərbaycanlılar ermənilərə etiraz etdi - Təxribat18:37Azərbaycanda terrorbaşı Öcalan gündəmə gətirilir? - 30 il sonra17:56Rusiya HDD Xəzərdə genişmiqyaslı əməliyyata başlayır17:47Əxlaqsızlığı təbliğ edən videonu yayanlar 2 il müddətinə həbs edilə bilər12:27Bu gündən sosial müavinətlər artırılır - ƏƏSMN12:18Ukraynada seçki ikinci tura keçə bilər - MSK11:57Yunanıstan Xİ naziri Kolumbiya Universitetində mühazirə oxuyacaq11:44CHP-li Əkrəm İmamoğlu İstanbulda AKP-li Binəli Yıldırımı yendi - YSQ11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:34Azərbaycan qadınının imicinə xələl gətirilib - Açıqlama11:24Rus milyarder Almaniyada təyyarə qəzasında həlak oldu - Video20:54İcra başçısının maşını da "başçıdır": Qırmızıda keçməkdə - Video20:45Paytaxtın bu hissəsində su olmayacaq - Azərsu ASC20:40Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddi bərkidir20:36Türkiyədə ilkin nəticələr açıqlanır15:17“Diqlas”dakı sahibkarlara 8.5 milyon manatlıq güzəştli kredit təklif edildi15:07Seçki məntəqəsində dava olub - Ukraynada...12:51Taliban Əfqanıstan ordusunun silah-sursatını ələ keçirdi12:46Venesuela da Azərbaycan kimi növbəti dəfə...– Rəsmi açıqlama18:38Bakıda əcnəbini qarət edən qrup ələ keçirildi18:28Allahşükür Paşazadə Ramzan Kadırovla görüşüb - FOTO18:03ABŞ Britaniyanı da çökdürməkdə qərarlıdır: Breksiti gözləyirik... - Con Bolton17:52ABŞ Tiflisin Rusiya ilə sərhəddə yeni kazino tikməsindən narahatlığını bildirdi - Bu...17:41Azərbaycanlıların qanlı 31 mart soyqırımı ilə bağlı...- Bəyanat15:47Məxfi əlaqə sistemlərini türk həmkarlarımız quraşdırıb - Poroşenko14:04Əliyev-Paşinyan görüşünün nəticələri... - PA rəsmisi açıqladı13:55Narkotik ticarətçisi saxlanıldı - 11,1 kq-lıq malla...13:50Rusiya Orta Asiya respublikalarına xəbərdarlıq etdi: İŞİD gəlir - Rusiya DİN13:43Elçin Quliyev "Qazax" sərhəd xidmətçiləriylə görüşdü - Foto
BÜTÜN XƏBƏRLƏR

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Alim Qasımovun "muğam bizim deyil" fikrinə sənətkarların REAKSİYASI

17 mar 2017, 16:27   
Alim Qasımovun "muğam bizim deyil" fikrinə sənətkarların REAKSİYASI

Azərbaycan musiqisi deyiləndə ilk yada düşən muğam olur. Elə bir çox ustadlar da hesab edirlər ki, bu səmavi musiqi Azərbaycana məxsusdur.

Ancaq xalq artisti Alim Qasımov hesab edir ki, muğam təkcə bizim yox, ümumilikdə Şərqindir:

"Muğam bizimdir, sizindir ola bilməz. Muğam Şərqindir, hərə də öz dilində oxuyur".

Bəs digər ustadlar bu barədə nə düşünürlər?

Altun.az xəbər verir ki, ölkə.az məsələylə bağlı xalq artistləri Arif Babayev, Əlibaba Məmmədov və Mənsum İbrahimovun fikirlərini öyrənib.

Arif Babayev hesab edir ki, muğam Azərbaycana məxsusdur:

"Muğam necə Şərqin olur ki? Tarix var, sübut var. Gözümüzü açıb Azərbaycanın muğamlarını eşitmişik. Xan Şuşinskini, Seyid Şuşinskini görmüşəm. Bəli, Şərq ab-havasında "Humayun", "Mahur-hindi", "Orta mahur" kimi muğamlarımız var. Amma bizim muğamı danmaq olmaz. Bunu nəzəriyyəçilər, tarixçilər araşdırmalıdır. Amma səksənə yaxın yaşım var. Hələ Azərbaycanın muğamlarının başqa yerdə oxunduğunu görməmişəm. Düzdür, oxşarlıqlar var. Amma bütövlükdə bizim muğamımızın Şərqə məxsus olduğunu demək olmaz. Ən mükəmməli bizdədir. Ritmik muğamlarımızı-"Heyratını", "Kəsmə şikəstə"ni, "Qarabağ şikəstəsi"ni necə Şərqin adlandırmaq olar? Muğam Azərbaycan xalqınındır, belə eşitmişik, böyüklərimiz də belə oxuyublar".

Xalq artisti Əlibaba Məmmədov isə bildirib ki, Azərbaycanda oxunan muğam və heç bir ölkədə oxunmur:

"Azərbaycanda yeddi əsas muğam var. Köməkçi muğamların sayı isə on birdir. Bu on səkkiz muğam heç bir ölkədə oxunmur və oxuya da bilməzlər. Ona görə ucadan deyirik ki, muğam Azərbaycanındır. Ən mükəmməl muğam bizdədir. Deyə bilmərəm ki, kim kimdən bəhrələnib. Muğam elə şeydir ki, kimsə deyə bilmir, nə vaxt və kim tərəfindən yaradılıb. Bu, ilahi musiqidir. Bizdə dəstgah var, heç kimdə yoxdur. İranda muğamı notla oxuyurlar, bizdə improvizə ilə. Üzeyir bəy kitabında yazır ki, nəbadə muğamı nota salasınız. Ona görə də bizim muğam inkişaf edə bilir, digər ölkələrdə yox".

Xalq artisti Mənsum İbrahimov isə müəyyən mənada Alim Qasımovun fikirlərilə razılaşır:

"Bəli, belə bir fikir var. Deyilənə görə, muğam bütün Şərq ölkələrinə məxsusdur. Amma mən deyərdim ki, muğam Azərbaycana aiddir, Allahın bizə bəxş etdiyi tükənməyən mənəvi sərvətdir. Muğamın yaranışı Adəmlə Həvvanın yaranışına təsadüf edir. Hətta Nizaminin əsərlərində "Rast" muğamının adı çəkilir. Hətta laylalarımız da muğam üstündədir. Muğamların içində bizə daha yaxını "Segah"dır. Çünki analarımız balalarına bu muğam üstündə layla deyirlər.

Ona görə hansısa muğamdan "Segah"a keçid edəndə, hamı reaksiya verir və bir köynək daha yaxındır. Muğamın ən çox inkişaf etdiyi ölkə Azərbaycandır və bu ustadlarımızın, dahi Üzeyir bəyin hesabınadır. Muğamımızın proqramını 1925-ci ildə Üzeyir bəy tərtib edib. O vaxta qədər muğamlar İranda, Azərbaycanda qarışıq ifa olunurdu. O, muğamlarımızı sistemləşdirərək, Azərbaycan muğamını Şərq, ərəb, fars muğamından ayırıb və yeni model yaradıb. Məsələn, İranda muğam yarımpərdələrdə, bizdə isə tam pərdələrdə oxunur. Və bizim zərb muğamlarımız heç bir ölkədə yoxdur. "Qarabağ şikəstəsi", "Şirvan şikəstəsi", "Mənsuriyyə", "Heyratı, "Simayi şəms" ancaq bizə aiddir. Dövlətimizin göstərdiyi qayğı nəticəsində Azərbaycan muğamı dünyada daha çox tanınır. Muğam tədqiqatçısı olan fransız alimlər də etiraf edirlər ki, ən düzgün ifa olunan muğam Azərbaycanındır. Çünki burada süjet xətti-kulminasiya və final var. İranla fərqimiz budur ki, orada muğamı notdan öyrənirlər. Orada beş nəfər muğam oxuyur, hamısı da eyni cür. Notdan öyrəndikləri üçün improvizə edə bilmirlər.

Azərbaycanda isə beş nəfər muğam oxuyur və hamısı da fərqli improvizədə. Alim Qasımovun fikrində də həqiqət var. Çünki muğam İranda da, Ərəbistanda da oxunur. Amma kimin olduğu dəqiq deyil. Azərbaycan muğamı özününküləşdirib. İran muğamında bir fikir bir neçə dəfə təkrar olunur. Bizdə isə bir fikir ikinci dəfə təkrar oluna bilməz. Bu da Üzeyir bəyin xidmətidir. Məsələn, yüz il əvvəl oxunan muğamla bu gün oxunanın yerlə göy qədər fərqi var, inkişaf gedib. Hər kəs yaxşı mənada bir nəfəs gətirib. Yüz il sonra da fərq olacaq. Özümüz də bilmədən muğam hər dövrdə bizimlə bərabər inkişaf edir. İranda muğam yüz il əvvəl necə oxunurdusa, elə də oxunur. Monotonluq var, on beş dəqiqə qulaq asırsan, təkrarçılığa görə yorulursan".
OXŞAR MÖVZULAR