Bugün:
Altun.az


Alim Qasımov: “Ustadıma həmişə rəhmət oxunacaq”

26 dek 2016, 19:43, altun
    Oxunub: 63
Alim Qasımov: “Ustadıma həmişə rəhmət oxunacaq”

“Mənim ustadım dünyasını dəyişdi. Allah ruhunu şad eləsin. Onun yaxınlarına, sevənlərinə başsağlığı verirəm”.

Altun.az xəbər verir ki, bu sözləri açıqlamasında Ağaxan Abdullayevin vida mərasimində iştirak edən xalq artisti Alim Qasımov deyib.

Vida mərasimində səhnədə də çıxış edən Alim Qasımov çoxsaylı istəkləri nəzərə alaraq Bəxtiyar Vahabzadənin “Muğam” poemasından bir parça səsləndirib: “Dəfn edin siz məni “Zabul-segah”ın mayəsinə, deyirəm, bəlkə, məni bir gün oyandırdı muğam...”

Ağaxan müəllimə bu gün hamı dua oxuyub. Bu dünya durduqca, Azərbaycan durduqca onun səsini eşidən hər kəs “bəh-bəh” deyəcək, ona həmişə rəhmət oxunacaq”.