Bugün:
Altun.az


Ankaradakı Müasir Sənətlər Mərkəzinə səfirin adı veriləcək

20 dek 2016, 19:50, altun
    Oxunub: 140
Ankaradakı Müasir Sənətlər Mərkəzinə səfirin adı veriləcək

Ankaranın Çankaya bələdiyyəsinin Müasir Sənətlər Mərkəzinin təşkil etdiyi rəsm sərgisinin açılış mərasimində hücuma məruz qalan və hücum nəticəsində həyatını itirən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun adı veriləcək.

“Dekabrın 19-da rəsm sərgisinin açılış mərasimində Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova hücum olub. Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfirə atəş açıb. Rusiyalı diplomat Andrey Karlov ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, aldığı yaralardan dünyasını dəyişib. Bu mənfur hücumu qətiyyətlə pisləyərək, ailəsi və Rusiya xalqına başsağlığı veririk.

1994-cü ildən etibarən paytaxtda fəaliyyət göstərən Müasir Sənətlər Mərkəzinə səfirlər başda olmaqla rəsmi şəxslərin iştirak etdiyi bir çox mədəni tədbirlərə ev sahibliyi edib.

Müasir Sənətlər Mərkəzində mühafizə əməkdaşları, giriş, hər mərtəbədə kameraların və “x-ray” cihazları ilə nəzarət edilir. Mənfur hücumun həyata keçirildiyi gün hücum edən şəxs rəsmi polis vəsiqəsini göstərərək içəri daxil olub. Çankaya bələdiyyəsi hadisə ilə əlaqədar araşdırmaya imkan yaradıb. Müasir Sənətlər Mərkəzinin kamera görüntüləri hüquq-mühafizə orqanlarına təslim edilib.

Mənfur hücumun həyata keçirildiyi Müasir Sənətlər Mərkəzinə səfir Andrey Karlovun adı veriləcək”, - Çankaya bələdiyyəsinin açıqlamasında deyilir.